Resept:Qarpız mürəbbəsi
Qarpız mürəbbəsi | |
---|---|
Kateqoriya: | Şərq şirniyyatı |
Porsiya: | 20 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 10 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- Qarpız qabığı - 1kq,
- Şəkər - 1,2kq,
- Vanil - 0,5q,
- Limon turşusu - 1,2q.
Hazırlanma qaydası
redaktəQarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5-2) və ya kub (2-3 sm) formasında doğranılır. 0,8-1,0 saat əhəng suyunda saxlanılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın lumu turşusu və vanilin əlavə edilir.