Kosmetika/Çiyələk maskası

(Çiyələk maskası səhifəsindən yönləndirilmişdir)


Solğun və yorğun üzlər üçün nəzərdə tutulur. Hər hansı tədbirə hazırlaşarkən bu maskadan istifadə etmək məsləhətdir.

Tərkibi

redaktə
  • 2 ədəd orta ölçüdə təzə çiyələk. Dondurulmuş çiyələkdən istifadə etmək məsləhəıt deyil.
  • 1 çay qaşığı qaymaq.

Hazırlanması

redaktə

İki orta ölçüdə çiyələyi çəngəllə əzin və 1 çay qaşığı təzə qaymaqla qarışdırın. Uzünüzə sürtün. Yarım saat sonra yuyun. Maskanı 3 gün ardıcıl olaraq tətbiq etsəniz nəticəsini görəcəksiniz.