Resept:Çoban salatı
(Çoban salatı səhifəsindən yönləndirilmişdir)
Çoban salatı | |||
---|---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | ||
Porsiya: | 5 | ||
Enerji qiyməti: | 300-400 kkal. | ||
vaxt: | 30 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
I variant
redaktəLazımdır
redaktə- Xiyar - 200q,
- pomidor – 200q,
- bibər – 200q,
- göy soğan – 30 q.,
- keşniş – 20 q.,
- şüyüd – 20 q. ,
- yağlı pendir – 50 q,
- istiot, duz.
Hazırlanması
redaktəXiyar, pomidor, pendir və bibər xırda kub şəklində doğranılır, üzərinə narın çərtilmiş göyərti, istiot və duz tökülüb qarışdırılır.
II variant
redaktəLazım olan ərzaqlar
redaktə- Pomidor - 60 q.
- Xiyar - 45 q.
- Göy soğan - 15 q.
- Baş soğan - 20 q.
- Qırmızı turp - 40 q.
- Xama - 30 q.
- Şüyüd - 10 q.
- İstiot
- Duz
Hazırlanma qaydası
redaktəPomidor, xiyar və qırmızı istiot nazik dairələr şəklində doğranıb boşqaba qoyulur. Ortasına doğranmış göy soğan tökülür. Baş soğan halqavarı doğranıb pomidirun üstünə düzülür, duz, istiot və xama əlavə edilir. Üzərinə xırda doğranmış şüyüd səpilir, kənarlarına yaşıl kahı yarpağı düzülür.