Ölkələrə görə səhər yeməyi/Azərbaycan

Ölkələrə görə səhər yeməyi

Fransa


Süfrədə üstünlüyü yüksək kalorili ət və yağdan bol yeməklər təşkil etməsinə baxmayaraq, səhər yeməyi çox yüngüldür. Azərbaycanlıların səhər süfrəsini yağ-pendirsiz və şirin çaysız təsəvvür etmək mümkünsüzdür. Bal, qaymaq və müxtəlif növ cemlər də süfrəyə əlavə olunur. Yay günlərində əsasən pomidor-yumurta, digər vaxtlarda isə yumurtalı çörək, qaynamış sosis və ya qızartması, yumurta soyutması yeyilir.