Ölkələrə görə səhər yeməyi/Türkiyə

Rusiya Ölkələrə görə səhər yeməyi


Süfrəyə ilk olaraq qızardılmış çörək, ağ pendir, yumurta, qara və yaşıl zeytun qoyulur. Kolbasa və basdırma da süfrəyə ayrı ləzzət qatır. Müxtəlif növ cemlər – gül, ərik, albalı, portağal, həmçinin bal, qaymaq da süfrəyə əlavə olunur. Zəngin türk süfrəsi armudu stəkanda tünd dəmli çayla tamamlanır.