Üzümçülük/Üzüm xəstəlikləri/Antraknoz

../ Üzümçülük/Üzüm xəstəlikləri

../


Antraknoz xəstəliyi az yayılmış bir xəstəlik olmaqla zoğlarda, yarpaqlarda və salxımlarda gilələrində müşahidə olunur. Zoğlar üzərində qonur ləkələr əmələ gəlir, zoğlar böyükükcə bu ləkələr oval və uzunsov formalar alır. Gilələrdə isə boz rəngli, qara haşiyəli ləkələrlə müşahidə olunur.

Antraknozu göbələklər törədir. Göbələklər xəstə zoğların hüceyrələrində və xəstə bitkilərin calaqlarında qışlayır və vegetasiya dövründə tənəklərə ziyan vurur.

Aqrotexniki tədbir olaraq xəstə zoğ və yarpaqlar kəsilib sahədən çıxarılmalı, payızda cərgə araları dərin şumlanmalı, yaşıl budama və bağlama vaxtında və aqrotexniki qaydalara uyğun aparılmalıdır.

Kimyəvi mübarizə: Bu xəstəliyə qarşı erkən yazda tumurcuqlar açılana kimi, yaxud payızda yarpaqlar töküləndən sonra tənəklər 10%-li dəmir kuporosu məhlulu kükürd turşusu ilə qarşılaşdırıb çilənməlidir. Bunun üçün hər 100 litr suya 10 kq dəmir kuporosu və 1 kq kükürd turşusu qatılır. Yaxud tənəklər 1%-li DNOK (1ha/10 kq) 2-3%-li nitrafin (1ha/30 kq) məhlulu ilə çiləmək lazımdır. Həmçinin vegetasiya müddətində üç dəfə 1-2%-li bordo mayesi ilə çiləmə aparılmalıdır.