Üzümçülük/Üzüm xəstəlikləri/Bakterial xərçəng xəstəliyi

../ Üzümçülük/Üzüm xəstəlikləri

../

Bakterial xərçəng xəstəliyi tənəyin kök boğazında, ştambında və başqa birillik və çoxillik hissələrində iri fırlar əmələ gəlməsi ilə müşahidə olunur. Şaxtaya davamsız üzüm sortlarında tənəklərin müxtəlif yerüstü hisssələrində və bəzən köklərində də çatlar əmələ gəlir və bunlara bakteriyalar daxil olaraq böyümüş və iri fırlar əmələ gətirir. Xərçəng xəstəliyinə tutulmuş tənəklərdə maddələr mübadiləsi pozulduğundan onun böyümə və inkişafı get-gedə zəifləyir və məhsuldarlıq aşağı düşür.

Aqrotexniki tədbir olaraq şaxtaya davamlı sortlar əkilməsi, çökəklərdə, dağ-dərələrdə əkilmiş üzüm sortlarına hündür ştamblı forma verilməli və şaxta gözlənilən yerlərdə ona qarşı xüsusi mübarizə tədbirləri hazırlanmalıdır. Xəstəlikdən əmələ gəlmiş fırlar tənəyin yuxarı hissələrində yerləşdirici tənək fırın aşağı hissəsindən kəsilməli vegetasiya müddətində yatmış tumurcuqlardan əmələ gələn zoğlar hesabına tənəkdə yeni ştamb yaradılmalıdır.

Kimyəvi mübarizədə: Fırlar bıçaqla kəsilib atılmalı yerinə 1% Dnok məhlulu sürtülməli və 5%-li mis kuporosu ilə yuyulmalıdır.