Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama/Bic zoğların ucunun qoparılması
←../ | Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama |
../→ |
Tənəyin vegetasiya dövründə bar zoğlarının yarpaq qoltuğundakı tumurcuqlarından bic zoğlar çıxır. Bic zoğların yarpaqlarından fotosintez prosesi demək olar ki, əsas zoğların yarpaqlarına nisbətən daha fəal gedir. Ona görə də az yüklü, zəif tənəklərdə üzvü maddələrin toplanmasında biclərin yarpaqları böyük rol oynayır. Bic zoğların ucu 2-3 yarpaqdan sonra qoparılmalıdır.
Təcrübələr göstərir ki, biclərin dibdən qoparılması tənəyə mənfi təsir edir, nəticədə zoğ yaralanır və fotosintez prosesi zəifləyir.