Üzümçülük/Üzümlüklərin salınması/Əkin müddəti
Üzümçülük/Üzümlüklərin salınması |
Torpaq iqlim şəraitindən asılı olaraq yeni üzümlüklər yazda və payızda şumlanmalıdır. Payızı şaxtalı keçən, torpağı donan zonalarda üzümlüklər yazda şumlanmalıdır. Martın sonu aprel ayının əvvəllərində basdırılan ting və calaqların bitmə faizi daha yüksək olur.
Üzümlüklərin payızda şumlanması iqtisadi cəhətdən sərfəli olmaqla torpağı payızda donmayan iqlimi mülayim keçən zonalarda tinglərin noyabr və dekabr ayının birinci yarısında əkilməsi məqsədə uyğundur.
Payızda əkilən tinglərə edilən əsas aqrotexniki qulluq şaxtadan qorumaq məqsədilə tinglərin yer üstü hissəsində saxlanılmış 2 və ya 3 gözcüyün üstünü torpaqla örtməkdən ibarətdir.