Üzümçülük/Üzümlüklərin salınması/Cərgələrin istiqaməti

../ Üzümçülük/Üzümlüklərin salınması

../

Üzümlüklər salınmazdan şumun səthi hamarlanır, sonra Geodoziya alətləri və qaytan vasitəsilə bölünmüş sahələrdə cərgələrin istiqaməti müəyyənləşdirilir. Tənəglərin günəş şüasından yaxşı istifadə etməsi üçün üzüm sahələrdə cərgələr suvarılan sahə olarsa suvarma nəzərə alınmaqda şimaldan cənuba doğru düzülməlidir (yəni nişan üçün qarğılar basdırılmalıdır). Suvarılan sahələrdə bəzi hallarda sahənin relyefindən aslı olaraq, cərgələrin istiqaməti dəyişdirilərək su hansı istiqamətdə axarsa su eroziyasına yol verməməklə cərgə də o istiqamətdə düzülməlidir.

Dağətəyi sahələrdə cərgələrin istiqaməti yamacın köndələninə olmalıdır və yağış yağan zaman torpağın yuyulmasının qarşısı alınsın. Həmçinin küləyin istiqaməti də nəzərə alınmaqla cərgələrin istiqamətini küləyin əsmə istiqamətinə doğru qoymaq məsləhətdir.