Üzümçülük/Üzümlüklərin salınması/Tingin və çubuğun əkinə hazırlanması

../ Üzümçülük/Üzümlüklərin salınması

../

Yeni üzüm bağı salmaq üçün calaq tinglərdən istifadə olunacaqsa bu vaxt calaqaltı ilə calaq üstünün bərabərləşdiyi yerdə dəyirmi qaynağın olması vacibdir. Əkiləcək tingin gövdəsi 12 sm-dən artıq və tingdə 2-3 gözcük olmalıdır.

Yeni üzümlük çubuqdan salınacaqsa yaxşı yetişmiş və diametri 7 mm-dən çox olan çubuqlar seçilməlidir ki, aqrotexnikanın tələbatını ödəsin. Birinci sort əkin materialı olmayan ting və çubuq çıxdaş olmalıdır.

Əgər tingin inkişaf etmiş bir birillik zoğu varsa 3-4 gözcüyə, iki birillik zoğu varsa onların hər birini 2-3 gözcüyə kəsmək lazımdır. Vegetasiyanın sonunda bu gözcüklərdən əmələ gələn zoğların qüvvəlisi saxlanılır, qalanı kəsilib atılır. Tinglər əl ilə basdırılacaqsa hər tingdə 2-3 qüvvəli kök saxlanılmalı və bunlar da 10-12 sm uzunluğunda kəsilməlidir ki, köklər təzələnsin. Əkin hidroburla aparılarsa, tinglərin kökü 4-5 sm-dən kəsilib hidroburun açdığı çalalara qoyulmalıdır. Üzüm bağı çubuqla salınarsa çubuğun torpaq səthində qalan hissəsi gözcükdən 2-3 sm yuxarıdan çəpinə kəsilir. Torpağa basdırılacaq hissədə gözcüyün böyümə istiqamətinin əksinə 2-3 mm aşağıdan kəsilməlidir ki, hüceyrələrdə təzələnmə getsin və çubuqlar əkindən sonra sürətlə kök atsın. Əkinə hazırlanmış ting və çubuqlar əkindən qabaq 2-5 gün suda saxlanılaraq dərhal əkilməlidir ki, fizioloji nəmliyi itirməsin.