Üzümçülük/Üzümlüklərin salınması/Tingin və çubuğun basdırılma üsulu

../ Üzümçülük/Üzümlüklərin salınması

../

Yeni üzüm bağları salarkən bir qayda olaraq ting və çubuğun aqrotexnikanın tələbinə uyğun basdırılması tənəyin uzun ömürlülüyünə təsir edir. Sahədə nişanlama işləri aparılandan sonra torpaq-iqlim şəraitindən sortun bioloji xüsusiyyətlərindən aslı olaraq 1,00-1,25-1,50-1,75-2,00 metrlik nişangahlarda yerlərdə 50-60 sm dərinliyində çalalar qazılır və çalaların dibinə mineral və yerli kübrə tökülür ting və ya çubuq çalanın ortasına qoyulur və dibinə torpaq tökülüb tapdalanır, yenidən su tökülür və ting kök boğazına qədər torpaq doldurulub tapdalanır, ting və çubuğun yerüstündə qalan gözcükləri qorumaq üçün örtülməlidir. Ting və çubuq əkilmiş çalaların ətrafı da tapdalanmalıdır ki, köklərin yaxınlığında boşluq qalmasın və kök torpaqla yaxşı təmasa girsin.

Həmçinin yeni üzümlüklər salınarkən tinglərin hidroburla basdırılması üsulundan da istifadə oluna bilər. Bu zaman tinglərin kökü daha 4-5 sm qədər gödəlir, bu üsulda bitgiyə lazım olan qədər su ehtiyatı verilir və bitiş faizi artır.