Üzümçülük

Üzümlüklərdə torpağın becərilməsi


Üzüm bitkisi Vitaceae fəsiləsindən olub çox faydalı və qiymətli bitkidir. Ona görə də o, dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən hazırlanan kişmiş, şərbət, xoş ətirli doşab çox faydalıdır.

Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.Azərbaycanın əksər rayonlarında xalqımızın ən sevimli neməti kimi üzüm becərilir. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağı da çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.

Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltıhabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.

Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyinin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.