İnformasiya iqtisadiyyatı/İnformasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkası. Təkamül və transaksiya nəzəriyyələri/M.Spenserin siqnallar nəzəriyyəsi

../ İnformasiya iqtisadiyyatı/İnformasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkası. Təkamül və transaksiya nəzəriyyələri

../

  
Spens Maykl 1943–cü ildə ABŞ–da anadan olmuşdur. O, assimetrik informasiyalı bazarların tətqiqinə görə 2001-ci ildə iqtisadiyyat sahəsi üzrə Nobel mükafatı almışdır.
Əmək bazarı assimetrik informasiyalı bazar kimi çıxış edir, çünki işəgötürənlər işçinin məhsuldarlığı haqda işçilərin özləri ilə müqayisədə daha az məlumatlıdırlar. Bu baxımdan işəgötürənlər işçilərin məhsuldarlığını xarakterizə edən illik informasiyanı əldə etməyə çalışırlar. Bu tip informasiya siqnal adlandırılır. Əmək bazarında başlıca siqnal kimi təhsil müddəti (səviyyəsi) çıxış edir.
Əgər işçinin məhsuldarlığı onun təhsil səviyyəsi ilə müəyyənləşdirilmiş olsaydı, onda təhsil haqqında şəhadətnamə yeni işçilərin işə qəbulu zamanı bütün qeyri müəyyənlikləri aradan qaldırmış olardı və beləliklə də əmək bazarında informasiya assimetriyası baş verməzdi. Lakin real həyatda əmək məhsuldarlığının təhsil səviyyəsindən asılılığı heç də hər zaman müşahidə olunmur, hətta bəzi iqtisadtçılar ümumiyyətlə bunu inkar edirlər. Buna baxmayaraq işçinin təhsilini bazar siqnalı kimi aktiv şəkildə istifadə etməyə davam edirlər. Niyə görə?
Bu sualın cavabını M.Spensin təklif etdiyi əmək bazarında siqnallaşdırma modeli verir. O, sübut edir ki, təhsil haqqında siqnalın təsiri məhsuldarlıq və təhsil müddətinin qarşılıqlı əlaqəsi deyil, təhsilə çəkilən xərclərlə işçinin bacarıqlarının qarşılıqlı əlaqəsinə əsaslanır. Eyni səviyyəli təhsili almaq üçün bacarıqlı insan bacarıqsıza nisbətən daha az vəsait sərf edir. Belə ki, o, ali məktəbin ödənişsiz bölməsinə daxil ola bilər və yaxud ictimai təşkilatlar və həmçinin bu işdə maraqlı olan işəgötürənlər arasında özünə sponsor tapa bilər. Bundan başqa, o, dərslik vəsaitlərinin mənimsənilməsinə, əlavə ədəbiyyatın alınması və repetitorlara etdiyi ödənişlər üçün daha az vaxt və güc sərf edir. Nəhayət bacarıqlı işçinin daha az mənəvi məsrəfləri vardır, çünki təlim prosesi ona çox böyük zövq verir. Əksinə olaraq bacarıqsız işçi təlim prosesində özündə neqativ emosiyalar hiss edir.
Ehtimal edilir ki, eyni təhsilə yönəlmə bacarıqlı və bacarıqsız işçilərin aldığı əmək haqqlarına bərabər miqdarda əlavəni təmin edir. Belə çıxır ki, bu işçilər fərqli məqsədlərə baxmayaraq eyni iqtisadi nəticəni əldə edirlər. Aydın məsələdir ki, xərc – nəticə nisbəti bacarıqlı işçinin xeyrinədir. Hesab olunur ki, insan öz təhsilini davam etdirməklə bağlı qərar verərkən mütləq rasionallıqdan çıxış edir, yəni bu qərarı o, maddi səmərə meyarına əsasən qəbul edir. O, təhsil almağa o halda başlayacaqdır ki, gözlənilən iqtisadi səmərə sərf olunmuş vəsaitləri üstələmiş olsun.
Təhsilin marjinal səviyyəsi aşağıdakı iki əsas şərtə cavab verən işçinin təhsil müddətidir:
• təhsil bacarıqlı işçiyə tam sərfəlidir, yəni təhsil ona yönələn xərcləri kompensasiya edə biləcək gəlirlər axınını təmin edir;
• təhsil bacarıqsız işçiyə sərfəli deyildir, yəni təhsil ona yönələn xərcləri kompensasiya edə biləcək gəlirlər axınını təmin etmir ;
Təhsilin marjinal səviyyəsi işəgötürən üçün firmanın bütün işçilərini az əmək haqlı və yüksək əmək haqlılara ayırmaq üçün bir meyar kimi çıxış edir. Əgər işçinin faktiki təhsil müddəti marjinal həddən aşağıdırsa, onda o, bacarıqsız və deməli az məhsuldar hesab edilir. Bu səbəbdən ona ən az əmək haqqı təyin edilir. Bu cür əməyin ödənilməsi sisteminin, yanlış siqnalların yaranmasının mümkünlüyü ilə bağlı çatışmazlığı vardır. Əgər hər hansı bir bacarıqsız işçi sadəcə prestij xatirinə marjinal səviyyəni üstələyən ali təhsil almış olarsa, bu zaman ona da yüksək əmək haqqı təyin olunacaq və o “ bacarıqlı “ işçi hesab olunacaq. Əksinə, əgər bacarıqlı işçi “ tənbəllik “ edib ali təhsil almazsa, onda ona aşağı əmək haqqı təyin olunacaq və o, “ bacarıqsız” hesab olunacaq.
Əmək bazarında siqnallaşmanın sadə modeli təhsilin marjinal səviyyəsini, bacarıqlı işçinin əmək haqqına edilmiş əlavəni, bacarıqlı və bacarıqsız işçilərin təhsilinə çəkilən xüsusi xərcləri və faiz dərəcəsini əhatə edən kəmiyyət nisbətini təyin edir. Modelin aşağıdakı fərziyyələri vardır :
• İki növ işçilər vardır: bacarıqlılar və bacarıqsızlar. İl ərzində bacarıqlı işçinin təliminə çəkilən xərclər C1, bacarıqsız işçinin təliminə çəkilən xərclər isə C2 işarə olunur. İşçilərin təhsilinə yönələn cəmi xərclər illik xərclər ilə təlim illərinin miqdarının hasilinə bərabərdir. Təhsilə görə ödəniş bütövlükdə müəyyən vaxt anında investisiya edilir.
• İşəgötürən öz işçilərinə əmək haqqını onların təhsillərinin müddətinə müvafiq olaraq müəyyənləşdirir. Orta səviyyədən artıq təhsilə yiyələlənlər digər işçilərlə müqayisədə həcmində artıq əmək haqqı alırlar.
• İşçinin təhsil aldıqdan sonrakı əmək stajı sonsuz olaraq böyük qəbul edilir. Təhsil almaqla şərtlənən əmək haqqına illik əlavə dəyişməzdir;
• İllik faiz dərəcəsi dəyişməzdir və i-ə bərabərdir (onluq kəsirlə ifadə edilir);
• İnsan təhsilə vəsaitlərin investisiya edilməsi qərarını o şərtlə qəbul edir ki, investisiya anına gətirilmiş alınan əlavə diskont gəlirlər axını, investisiyanın miqdarından çox olsun.
Bu zaman təhsilin marjinal səviyyəsi E aşağıdakı nisbətə uyğun gəlir:
 
Başqa sözlə təhsil almaqla şərtlənən, əmək haqqına illik əlavə, təhsilə investisiyanın miqdarı ilə illik faiz dərəcəsinin hasilindən çox olmalıdır.