İnformasiya müharibəsi/İnformasiya qarşıdurmasının məqsədi

../ İnformasiya müharibəsi

../

İnformasiya qarşıdurması hərbi, iqtisadi, bank, sosial və digər sahələri əhatə edir və aşağıdakı məqsədləri daşıya bilər:

  • İdarə strukturlarının, nəqliyyat axınının və kommunikasiya vasitələrinin fəaliyyətinin pozulması;
  • çoxhissəli texnoloji əlaqələri və qarşılıqlı hesab sistemlərini pozmaqla, valyuta-maliyyə fırıldaqları həyata keçirməklə ayrı-ayrı müəssisələrin, bankların, müxtəlif istehsal sahələrinin fəaliyyətlərinin məhdudlaşdırılması və ya tamam təcrid edilməsi;
  • təhlükəli maddələr və enerjinin yüksək konsentrasiyaları ilə əlaqəli olan texnoloji proseslərin və obyektlərin düzgün idarəsinin pozulması nəticəsində düşmən ərazisində iri texnogen qəzaların təşkili;
  • insanların şüuruna müəyyən təsəvvürlərin, davranışların və əxlaqi stereotiplərin kütləvi yönəldilməsi və yayılması;
  • əhali arasında hərcmərcliyin və narazılığın, eləcə də ayrı-ayrı sosial qruplar arasında destruktiv fəaliyyətlərin təşkil edilməsidir.

İnternet mühitində informasiya qarşıdurması müharibə və həm də sülh şəraitində, aşağıdakı xüsusi strukturlar tərəfindən həyata keçirilir [7]:

  • dövlət təşkilatları tərəfindən idarəetmə funksiyalarını yerinə yetirən kompyuter və əlaqə sistemləri;
  • ordunun və hərbi texnikanın idarə edilməsi məsələləri ilə, eləcə də hərbi qüvvələrin maraqlarına uyğun olaraq informasiyanın yığılması və emalı ilə məşğul olan hərbi informasiya infrastrukturları;
  • bankların, nəqliyyat və istehsal müəssisələrinin informasiya və idarəedici strukturları.