İnformatika/Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində İKT-nin rolu və yeri

../ İnformatika

../

Elmi sahələrdə informasiyalaşdırma, kompyuter, telekommunikasiya texnologiyalarının və müasir informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və istifadəsini təmin edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısı isə yalnız ən yeni İKT-dan istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar.

Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdıralması, eletron nəşrlər, bir çox elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri kompyuterləşdirilmiş və İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də həyata keçirməlidir:

  • İnformasiya resuslarının elektronlaşması;
  • Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanı;
  • Rəqəm kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
  • ET-da kompyuter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;
  • Elmi verilənlər bazasına girişin təmini;
  • Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
  • İnformasiya mərkəzləri və fondları arasında səmərəli əlaqənin qurulması;
  • Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
  • Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.