İnternet/İnternet Banking
< İnternet
←../ | İnternet |
../→ |
"İnternet Banking" sistemi vasitəsilə real vaxt rejimində, günün 24 saatı istifadəçi öz kart və ya cari hesabını idarə edə və aşağıdakı əməliyyatları yerinə yetirə bilər:
- plastik kart və ya cari hesabın balansının yoxlanılması;
- kartlar haqqında ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın və ya cari hesabınızın hesabında mövcud olan vəsaitin məbləği) əldə edilməsi;
- kart ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;
- istifadəçinin kart və ya cari hesabı üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında ətraflı məlumatla çıxarışların tərtib edilməsi;
- kommunal xidmətlərin, elektrik enerjisindən istifadə haqqının ödənilməsi;*
- mobil telefon rabitəsindən istifadəyə görə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile);*
- KartTransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;*.
- internet (ADSL) xidmətlərinin ödənilməsi ;
- stasionar rabitə haqlarının ödənilməsi;
- diqər ödəmələr.