İnternet/Əsas anlayışlar

../ İnternet

../
  • Xost – Internet şəbəkəsində çoxməsələli operasion sistemdə (Unix, VMS) işləyən, TCP/IP protokollarını dəstəkləyən və istifadəçilərə hər-hansı şəbəkə xidməti göstərən kompyuterlərdir.
  • Marşrütizatorlar – müxtəlif şəbəkələrdə yerləşən qurğular arasında verilənlərin ötürülməsini təmin edən, yəni ən qısa yol seçməklə şəbəkədə paketləri istiqamətləndirir.
  • Şlyuz – müxtəlif protokollardan istifadə edən iki şəbəkə sistemi arasında informasiya mübadiləsi aparmağa kömək edən proqramdır. Yəni, TCP/IP protokolu ilə işləməyən şəbəkədəki (məsələn, X25 protokolu ilə işləyən korporativ şəbəkə) informasiyanın Internet şəbəkəsinə çıxmasına şərait yaradır
  • Relevant informasiya – axtarılan informasiyaya uyğun gələn informasiya.
  • İnternet-provayder (Internet Service provider, ISP) – Web-səhifənin Internetdə yerləşdirilməsini təmin edir. Bu xidmət Web-hostinq adlanır.