İnternetdə axtarış sistemləri/Google axtarış sistemi
←../ | İnternetdə axtarış sistemləri |
../→ |
Bu gün İnternet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərir. Lakin axtarış sistemlərinin sayının çox olmasına baxmayaraq İnternet istifadəçilərinin çox hissəsi Google və Yahoo serverlərinə üstünlük verirlər.
İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan Google severinə müraciət etməyə üstünlük verir.
Google axtarış sistemi olub, Amerikanın Google Inc. Şirkətinə aiddir. 8 milyardddan çox veb-səhifəni indeksasiya edir. 2009-cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı tapa bilir. Eyni zamanda PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və s. formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir. Google Stenford tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılmışdır. 1996-cı ildə BackRub axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci ildə Google sistemini yaratdılar, baxmayaraq ki Google.com domen adı 15 sentyabr 1997-ci ildə qeydiyyatdan keçmişdir.
Google adı 10100 rəqəminin adından götürülmüşdür.
Axtarış Google-nin məlumat bazalarında axtarış yolu ilə həyata keçirilir. Onu da qeyd edək ki, Google sisteminin məlumat bazaları Agent adlanan xüsusi proqramlar vasitəsilə doldurulur və korrektə olunur. Minlərlə Google agent sistemləri, 24 saat müddətində, İnternetdəki resursları (Web səhifələri) indeksasiya edərək, əldə olunan informasiyanı uyğun məlumat bazalarına əlavə etməklə məşğuldurlar. İstifadəçinin Google sisteminə daxil etdiyi axtarış sorğusu məhz bu məlumat bazalarında aparılır.
Daxil edilmiş sorğuya cavab verən minlərlə, bəzən milyonlarla Web səhifələr tapılır. Bu səhifələrin hamısını bir-bir açaraq, onların məzmunu ilə tanış olmaq, vaxt nöqteyi nəzərdən, demək olar ki, qeyri mümkündür. İstifadəçiyə lazım olan məlumatların tapılması və axtarış dairəsini kiçiltmək üçün Google sorğu sisteminə inteqrasiya olunmuş xüsusi operatorlardan istifadə olunur.
Google axtarış sistemində mövcud axtarış operatorları və onlarla işləmək qaydaları ilə bağlı cədvəl verilmişdir. İnternet istifadəçisi bu operatorlardan tək və ya kompleks şəkildə istifadə edərək effektiv axtarışı təşkil etmək imkanlarını əldə edə bilər.