İqtisadi təhlilin nəzəriyyəsi/İqtisadi hadisə və proseslərin kompleks qiymətləndirilməsinin metodları
←../ | İqtisadi təhlilin nəzəriyyəsi |
../→ |
Bazar iqtisadiyyatında azad bazar rəqabəti şəraitində müəssisənin yaşaması, iflasa uğraması və böyük maliyyə uğursuzluqlarına düçar olması, rəqabətdə liderlik, qiyməti və mənfəətin maksimumlaşdırılması, mümkün iqtisadi artım templəri, müəssisə fəaliyyətinin yüksək rentabelliyinin təmin olunması və i.a. fəaliyyətində həlledici rol oynayan bu əlamətlər maliyyə vəziyyətindən bilavasitə asılıdır.Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə vəziyyətində əmələ gələn dəyişikliklərə təsir göstərən əsas amilləri aşkara çıxartmaq, onların dərəcəsini təyin etmək və maliyyə vəziyyətində gözlənilən meylləri proqnozlaşdırmaq təhlilin başlıca isatiqamətləridir.Müxtəlif mülkiyyət formalarında fəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyətinin yaxşılışdırılmasında dövlət təminatı mövcud olmayan indiki zamanda bütün müəssisələrdə, hətta yüksək inkişaf templərinə nail olmuş müəssisələrdə belə, maliyyələşdirmə mənbələrinin artırılmasına bu və ya digər dərəcədə ehtiyac daim hiss olunur. Bu ehtiyacı həm daxili ehtiyyatları səfərbər etmək, həm də müəssisədən kənar mənbələr hesabına ödəmək tələb olunur. Həmin mənbələri müəssisə özünün təsərrüfat-maliyyə fəaliyyəti haqqında obyektiv informasiyanı təhlil etməklə,kapital bazarında axtarıb tapmaq mümkündür. Deməli,müəssisənin maliyyə vəziyyətinin öyrənilməsi xarici investorların və kreditorların da maddi marağını təmin edən problemlərdən biridir.Maliyyə vəziyyəti müəssisənin işgüzar fəaliyyətinin və etibarlılığının mühüm xarakteristikasıdır. O, müəssisənin rəqabətə davamlılığını və işgüzar əməkdaşlıqda onun potensialını müəyyən edir, yalnız müəssisənin deyil, eləcə də onun portnyorlarının iqtisadi maraqlarının səmərəli təmin edilməsi üçün təminatdır.Bazar iqtisadiyyatı şəraitində iqtisadi proseslərin iştirakçılarının müəssisənin maliyyə vəziyyəti və üşgüzar aktivliyi haqqında obyektiv və düzgün informasiya əldə edilməsinə marağı daha da artmışdır. Bazar münasibətlərinin bütün subyektləri öz portnyorlarının rəqabətə davamlılığı və etibarlılığının birmənalı qiymətləndirilməsində maraqlıdırlar. Analitik işin müvəffəqiyyətlə həyata keçirilməsi onun təşkil edilməsinin səviyyəsindən asılıdır. Firmada daxili analitik iş bütöv və düşünülmüş sisitem kimi təşkil edilməlidir. Bura istehsal və maliyyə retrospektiv, operativ və prespektiv, kompleks və tematik təhlil, habelə digər kommersiya təşkilatlarının - rəqiblərin, mal göndərənlərin alıcıların, borc verənlərin xarici təhlili daxil edilməlidir. İqtisadi təhlil mütəlif formada təşkil edilə bilər:
İri firmalarda – xüsusi bölmələr, maliyyə direktoru yanında qruplar (şöbələr və labaratoriyalar);
Orta firmalarda – maliyyə məsələləri üzrə qrup və ya heç olmazsa bir mütəxəssis (malyyə meneceri yaxud direktorun maliyyə məsələləri üzrə mavini);
Kiçik firmalarda – baş mühasib.
Analitik tədiqiqat, onun nəticələri və istehsalın idarə edilməsində onlardan isyifadə olunması müəyyən prinsiplərə uyğun olmalıdır. Bu prinsiplər analitik tədqiqat zamanı nəzərə alınmalı və təhlilin təşkili , aparılması və onun nəticələrindən əməli istifadə edilməsi zamanı mütləq yerinə yetirilməlidir.