İrəvan xanlığı ərazisində məktəbdarlıq və maarifçilik
İrəvan xanlığı ərazisində məktəbdarlıq və maarifçilik Müəllif: Ziyəddin Məhərrəmov |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Filologiya elmləri üzrə fəlsəfə doktoru. |
Xalqın, millətin formalaşmasmda ərazi, dil, mənəviyyat birliyinin mühüm olması əsas şərtlərdəndir. Azərbaycanda tarixən məskunlaşmış türklər yüksək mədəniyyətə malik olduqlarından onların "yerli" mədəniyyəti mənimsəmələrinə elə bir ehtiyac duyulmamışdır. Azərbaycan türkçülüyünün islamı qəbul etməsi eramızdan əvvəlki minillikdə Azərbaycan mədəniyyətinə müəyyən mənada strateji münasibət ifadə edilmişdir. Məzmun etibarı ilə Azərbaycan-Türk müsəlman mədəniyyəti olsa da, mütixtəlif dövrlərdə dünya mədəniyyətinin təsirlərinə məruz qalmışdır. Türk mənşəli olan Azərbaycan mədəniyyətinin təşəkkülü bu ölkədə yaşayan azərbaycanlıların mədəniyyətə çatdırırdı. "Avesta"dan başlar "Dədə-Qorqud"dan bu yana şifahi xalq ədəbiyyatımızm parlaq nümunələri, Molla Nəsrəddin lətifələri və bu kimi folklor örnəklərimizin yaranması ilə bir şəraitdə formalaşan Azərbaycan mədəniyyətinin təbii-tarixi konteksti türk və region olaraq Şərq mühiti ilə bağlı bir mədəniyyətdir. Dünya mədəniyyətinin səviyyəsinin qalxması da türk mühiti ilə, həmçinin özünün folklor mədəniyyətinin öyrənilməsi yaradıcılıq təcrübəsinə daha səmərəli şəkildə cəlb edilməsi ilə bağlıdır. Bu mədəniyyət də şifahi və yazılı ədəbiyyatımızın, incəsənətimizin bütün sahələri professional mədəniyyətin dirçəlməsinə yaratdığı şəraitdən və təsirdən asılılı olmuşdur. Bu təsirlər azərbaycan mədəniyyətini bütövlükdə cilalamış, onu dünya mədəniyyətinin tərkib hissəsinə çevirmişdir. İstər Qərbi və Şərqi, istərsə də, Şimali və Cənubi Azərbaycanda mədəniyyətin türk müsəlman ideologiyası əsasında təkamülü və onun demokratikləşməsi, mili əsaslar üzərində yenidən formalaş XIX əsrin sonu və müasir azərbaycan mədəniyyəti mərhələsi XX əsrin əvvəlləri səciyyəvidir. Bu səciyyəvilik isə Azərbaycanda elmin, təhsilin, məktəbdarlığın, maarifçiliyin, inkişafı ilə daha çox bağlıdır. Hazırda yaşadığımız XXI əs-rdə də işlərin bu istiqamətdə davam etdirilmə dövlətçiliyimizin və idarəçiliyimizin əsas prioritet istiqamətlərindəndir.
XIX əsr Azərbaycanda elmi-ictimai fikrin inkişafında yeni mərhələ təşkil etdiyi kimi, pedaqoji fikrin, xalq maarifi və məktəb təhsilinin inkişafı tarixi ayrıca mərhələ təşkil edir. Azərbaycanın Rusiya tərkibinə daxil edilməsi söhbəti gedən əsrin 30-cu illərindən başlayaraq, dövlət tərəfindən yeni tipli məktəblər təşkilinə zərurəti artırırdı.
XIX əsrin ikinci yarısında bütün Qafqazda Azərbaycan dilində dünyəvi fənlər tədris edən məktəblərin və müəllimlərin olmaması üzündən belə məktəblərin açılması və dərs üçün pedaqoji kadrların hazırlanması olduqca vacib məsələlərdən idi. Rus maarifçilik hərəkatının təsiri ilə Qafqaz xalqlarının azadlıq, milli dirçəliş, milli mədəniyyətlərinin yüksəlməsi uğrunda mübarizəsində yeni mərhələnin əsasını qoyulduğu artıq hiss olunurdu. Burada qəza məktəblərinin açılması, yeni üsulu dərsliklərin hazırlanması, təhsilin rus dilində və hər millətin öz ana dilində aparılmasıma yaradılan imkan zamanın tələbi kimi diqqəti cəlb edirdi. Tiflis hərbi aubernatoru Sipyağ hələ 1827-ci ildə bu barədə məsələ qaldıraraq1, müxtəlif illərdə bir-birinin ardınca, biri digərini tamamlayan «Zaqafqaziya məktəblərinin nizamnamələri» qəbul və təsdiq olunmuşdu. Hətta bu məsələ ilə əlaqədar layihələrin hazıılanasma dair knyaz M.S. Voronsovun 1845-ci ildə təklifi də olmuşdur.
Aparılan işlər nəticəsində 1830-cu illərdən başlayaraq Qafqazın bir sıra qəzalarında, Bakıda, Tiflisdə, Naxçıvanda və digər yerlərində rus dilində təhsil verən məktəblər açıldı. Naxçıvaında 1837-ci ildə Ehsan xanın evində açılan qəza məktəbini xanın hərbçi oğlanları İsmayıl və Kəlbəli xan evlərini pulsuz olaraq uzun müddətə və hər il də gümüş pulla iki yüz manat ianə məktəbə vermişlər. Bu barədə Ermənistan Mərkəzi Dövlət Tarix Arxivində (fond 1 siyahıl, iş 826, vərəq 1) saxlanan sənəddə qeyd edilmişdir.
Tiflis qəza məktəbində işləyərkən M.F.Axundovla dostluq edən, "Azərbaycan dilini öyrətmək üçün Mirzə Şəfi Vazehdən dərs alan" Xaçatur Abovyan 1843-cü ildə İrəvan qəza məktəbinin müfəttişi təyin olunmuşdu. O, Zaqagqaziya maarif orqanlarına yazaraq ana dilinin azəri uşaqları üçün daha vacib olduğunu bildirirdi. Yerli dillərin (türk və erməni -Z, M.) birinci sinifdə keçilən fənlər sırasına tamamilə daxil edilməməsini, həftədə bir dəfə rııs dilində dua oxumaq öyrədilməsi türk uşaqlarına gərəksiz olduğunu vurğulayırdı.1
Azərbaycanlı uşaqlarm İrəvan qəzasmda oxuyanlarının sayı 1850-ci ildə cəmi 15 nəfər, 1863-cü ildə isə 24 nəfər olmuşdur. Rus məktəblərində təhsil alanların da əksəriyyəti imtiyazlı ailələrin uşaqları idi, yoxsulların uşaqları isə geniş yayılmış mollaxanalarda, məscid hücrələrində dini təhsil alır, ərəb-fars dillərini öyrənirdilər. Azərbaycanda elmin əsaslarını ana dilində tədris edən məktəblər yaradıldı. Belə məktəblərdən biri Şuşada (1874), xeyli müddətdən sonra biri Uluxanlıda(1880) və İrəvan şəhərində (1882, rus-tatar məktəbi) açılmışdı.
İlk ibtidai məktəblər XIX əsrin ortalarmda meydana gəlmiş və bu məktəblər ilk dəfə Qafqaz məktəblərinin 1853-cü il Nizamnaməsi ilə təsis edilmişdir. Həmin Nizamnaməyə görə Qafqaz Tədris Dairəsi Tiflis, Kutaisi, Stavropol və Qara dəniz sahilindən ibarət dörd direksiyaya bölünmüşdü , Azərbaycandakı məktəblərin əksəriyyəti Tiflis məktəblər direlsiyasma, Naxçıvan qəza məktəbi ilə Ordubad ibtidai məktəbi isə İrəvan quberniyası ilə birlilcdə Kutaisi məktəblər Ordubad şəhərində bir sinifdən ibarət ibtidai məktəb açılmışdı.
Azərbaycanda məktəb həyatı təhkimçilik hüququnun ləğvinə qədər pedaqoji ideyalarm təsiri altında olmuşdu. Silldlilc, təlimin səthiliyi, mütləqiyyətə sadiq adamlar yetişdirmək o dövr dövlət məktəblərinin başlıca xüsusiyyətlərindən olmuşdur. Çarizm Zaqafqaziyada, o cümlədən Azərbaycanda xalq maarifinin başlıca prinsiplərini müəyyən edərkən heç də geniş xalq kütlələrinin tələb və ehtiyaclarını deyil, yuxarı təbəqələrin mənafeyini nəzərdə tuturdu. Çarizm Zaqafqaziya xalqları içərisində azərbaycanlıların təhsili məsələsinə ayrıca münasibət bəsləyir, " müsəlman uşaqlarının tərbiyəsinə xüsusi diqqət" yetirirdi. Bu cəhət azərbaycanlıların dini xüsusiyyətləri ilə əlaqədar olmuşdur.
XX əsrin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlı əhalinin geniş təbəqəsi təhsil almaqdan məhrum idi. Müstəmləkəçilik siyasəti yeridən çar hökuməti yerli mürtəce siniflərin köməyilə Azərbaycan xalqını cəhalət və nadanlıq içərisində saxlayırdı. Ermənistanda azərbaycanlılar üçün birinci məktəb 1880-ci ildə Uluxanlı kəndində açılmışdı. Bu məktəbdə cərni 22 şagird oxuyurdu. 1904- cü ildə cəmi 4 ibtidai məktəb açılmışdı. Bu məktəblərdə isə rus məmurlarmın yerli bəy, xan, tacir və mülkədarlarm uşaqları oxuyurdular. Sonrakı illərdə də Ermənistanda azərbaycanlı məktəbləri çox zəif inkişaf etmişdi. 1914- 1915-ci illərədək İbadulla bəy, Mirzə Cabbar, Mirzə Rza, Mirzə Qafar, Mirzə Əli və başqaları tərəfindən 500-dək şagirdi əhatə edən cəmi 30 ibtidai məktəb açılmışdı.
Birinci orta məktəb Ermənistan adlandırılan ərazidə yalnız 1876- cı ildə açılmış. 1914-cli ildə bunlarm sayı 18-ə çatmışdı. Azərbaycanlı uşaqlar azlıq təşkil edirdi. Oxuyanların da hamısı əhalinin varlı təbəqəsinə mənsub idi. 1905-ci ildə İrəvamn azərbaycanlı xalq miiəllimləri admdan çar hökumətinə bir ərizə verilmişdi. Irəvan miiəllimləri bu ərizədə ana dilində (rus dilinə xtisusi fikir verməkdə) rus məktəblərinə bənzər məktəb təşkil olunmasını, azərbaycanlı uşaqlarm hər cinsi üçün ümumi ibtidai təhsilinin həyata keçirilməsini tələb edirdilər.
Keçmişdə savadsızlıq, avamlıq, cəhalət ağır və dözülməz bir dərd idi. Bu cəhətdən qızlarm vəziyyəti daha pis idi, daha fəlakətli idi. Qara qüvvələr azərbaycanlı qızları ilə elm və maarif arasmda. məktəb və ictimai həyat arasmda uçulmaz sədlər çəkrnoyə can atırdılar. Bu sədlər çar lıökümətinin qoyduğu məhdudiyyətlərdən, köhnə adət və mövhumatdan, cəhalətpərəst valideynlərin çürük görüşlərindən ibarət idi. Azərbaycanlx qızlar arasmda təhsil işi tamamilə yarıtmaz idi. 1899-1900-cü dərs ilində İrəvandakı ild sinifli şəlıər qız məktəbində oxuyan 120 şagirddən iki nəfəri azərbaycanlı qız idi.
1875-ci ildən 1900-cü ilədək müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi natarius İsmayıl bəyin qızları, ikisi isə Ələşrəf bəyin qızları idi. Qızlarm acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü.1
Məscid məktəblərinin get-gedə bağlanması prosesi başlamışdı. İyrimidən çox məktəb bağlanmış, bunun əvəzinə "Təzə üsul ilə elm və ədəb" təhsil edən məktəblər azərilər yaşayan lcəndlərədə2 də açılmağa başlamışdı. İmanşalıda (1883), Zodda (1884), Uluxanlıda (1881), Böyük Vedidə(1889), Qəmərlidə (1905), Ağahəmzəlidə(1908) fəaliyyətə başlayan məktəblərə maraq get-gedə artırdı.
Uluxanh moktəbi barədo: "Kaвказский календар " məcmuəsinin 1892-ci il tarixli nömrəsində Irəvan quberniyasmda Uluxanlı məktəbiııin ilk yeni tipli məktəblərdən biri olması və 1881-ci ildə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məlctəbin ilk müdiıi o zamanın tamnrnış maarifçisi Muxin olmuşdur. Xanlar bəy Həsəııbəyov fənn müəllimi, Hacı Məşədi Hüseyn oğlu şəriət müəllimi, Məmməd bəy Liitfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Rəhim Xəlilov və başqaları burada işləmişdir. Tanmmış ədəbiyyatşünaslardaıı və tənqidçilərdən Əziz Şərifin "Molla Nəsrəddiıı yaranması" və Qulam Məmmədlinin "Molla Nəsrəddin" kitabmda qeyd olunur ki, "Keçən əsrin 80-ci illərində (XIX əsr nəzərdə tutulur- Z.M.) Uluxanlı kəndində ilk dünyəvi məktəb açıldı. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə müəllimlik fəaiiyyətinə Uluxanlı məktəbində başlamışdır. Əziz Şərif "Molla Nəsrəddin yaranması"kitabmda bu məktəb haqqmda lazımi məlumatlar vermişdir.
Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksəlc səviyvədə həyat: lceçirilən tədbirlər sırasmda Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol, məzunları və burada müəllim işləmiş Cəlil Məmmədquluzadənin anadan olmasmm 140 illiyinə ithaf olunan "Zülmət səltənətində məşəl" adlı ensiklopedik toplu- kitabm 2006-cı ildə nəş: olunması təqdirəlayiq haldır.3 KitabUluxanlı məktəbinin lceçmiş direlctorlarmdan biri olmuşİsmayıl Abdulla oğlu İsmayılov və dünyasım çox cavan yaşlarmdı dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq üzü görmüşdür Burada Azərbaycanxn ictimai-siyasi və mədəni həyatmda əvəzsiz xidmətləri olan ünlü ziyalılarm tərcümeyi-hal - oçerkləri oxuculara təqdim edilmişdir.
Bövük Vedi moktəbi barədə: Qərbi Azərbaycanm Ağrı dağı vadisinin mərkəz hissəsinin böyük sahəsində yerləşən İrəvan xanlığmm İrəvan şəhərindən şərqə doğru Naxçıvan MR-mn Sədərək rayonunun sərhəddinə ldmi olan ərazidə yerləşən Vedibasar, Qəmərli və Zəngibasar rayoıılarmda təhsil ocaqları, dah.: doğrusu məktəblər on doqquzuncu əsrin ortalarmda yaramnağa başlamışbır. Əv- vəl İrəvan şəhərində Mirzə Məmtnədvəli Qəmərlinskinin müəllim işlədiyi rus- tatar seminariyası, sonralar Zəngibasarm ən böyük yaşayış kəndi olan, Cəl:. Məmmədquluzadənin işlədiyi Uluxanlı məktəbi, daha soııra da Bedibasarır. Böytik Vedi kəndində dördillilc rus-tatar məktəbi fəaliyyətə başlamışdır. Böyük Vedi dördillik məktəbm ilk müəilimi və məktəbin təşkilatçılarmdan biri, əslən Böylik Vedidən olan Fərəməz Mahmudov olmuşdur. Həmin məktəbdə ilk təhsilinə başlayanlardan Abbasqulu bəy Şadlinsld, Məmməd Kərimov, Seyfulla Süleymanov, Ağamirzə Mahmudbəyov və başqalarmm adları indi də yaşlı nəsliıı nümayəndələıi tərəfindən yad edilir. Bunlardan soııra həmiıı məlctəbdə təhsil alanlardan Cəfər Kərimo.v, Mtiseyib Mahmudbəyov, Cəbrayıl Hacıyev, Əli Eyvazov, Hliseyn Şadliırski, Əlirza Rzayev, Abdulla Kərimov kimi məşhur maarifçilər yüzlərləiə insana ibtidai təhsil verərək, onlara İrəvan gimnaziyasmda və Qori seminariyasmda təhsillərini artırmaq imkanı yaratmışdır.
İrəvan seminariyası barədə. Bu seminariya 188I-ci ildə fəaliyyətə başlayıb."Kaвказский календар"ын 1900-cü il məcmuəsinin 335-ci səhifəsində Rəhim Xəlilovun həm Uluxanlı məktəbinin, həm də özünü layiqli müəllim təqdim etdikdən sonra. İrəvan Müəllimlər Seminariyasma dəvət olunduğu göstərilmişdir. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan Gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmış, Uluxanlı məktəbi 1920-ci ildə yenidən açılmış, İrəvan Müəllimlər Seminariyası və İrəvan gimnaziyası bir daha fəaliyyət gösrərməmişdir. 1920-ci ildən sonra elmin, mədəniyyətin inkişafı üçün açılan geniş imkanlara görə İrəvanda Pedaqoji Texnikum yaradılmışdır. Məktəbin müəllimlərinin böyük bir qismi, o ciimlədən Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov İrəvanda Pedaqoji Texncumunun məzunları olmuşdur. 1928-1930-cu illərdə İrəvanda Pedaqoji Texnikumunda müəllim işləmiş, gələcəyin böyük elm xadimi. alcademik Yusif Məmmədəliyev bir sıra ünlü ziyahlara dərs demişdir.
İrəvan gimnaziyası barədə. 1896-cı ildə qəza məktəbinin əsasmda progim- naziya açdıb. 1881-ci il martııı 31-də progimnaziya əsasmda gimnaziya yaraddıb. 1883-cü ildə gimrıaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuş, 1885-1895-ci illərdə görkəmli maarifçi F. Köçərli burada dərs demişdir. İyriminci əsrin əvvəllərində Əziz Əliyev, Yusif Mirbabaysv, Mehdixan Erivanski, Qənizadə Əbdülhəmid, Hüseyn Şahtaxtinski, Mustafa bəy Topçubaşov, Mirhəsən Miıbabayev, Rza Ağayev və başqaları bu gimnaziyanm məzunları olmuşlar. Maarifə, təhsilə artan tələbat və qayğı getdikcə dərsliklərin hazırlanmasına, kitab nəşrinin canlandırılmasma zərurət yaradırdı.
Zod məktəbi barədə. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adarnları sırasmda Səməd ağanm xüsusi yeri vardır. O, yüksəlc mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqlarm Avropanın böyük şəhərlərində təhsil almasma şərait yaradan, maddi köməklik göstərən bir adlı-sanlı tarixi şəxsiyyətdir. Avropanın məşhur təhsil ocaqlarında təhsil görmiiş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götüriür. Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə "Molla Nəsrəddin" jurnalının Göyçədə yayılmasma geııiş imkan yaradanlardan biri olmuşdur.
Əsrin sonlarına doğru Zaqafqaziyanın hər yerində- İrəvan quberniyasında, Şuşa, Cəbrayıl, Zəngəzur və Cavanşir qəzalarının bir çox yaşayış məntəqələrində, qəsəbə və kəndlərində məktəblər fəaliyyətə(1876-1898-ci illərdə) başlamışdır. Azərbaycanda məscidlər nəzdində rus-Azərbaycan məktəbləri açmaq ideyasmm irəli sürülməsi əlali tərəfindən rəğbətlə qarşılanmış, Haşım bəy Vəzirovun müdirliyi ilə 1898~cı il oktyabrm 6-də Şuşada ikisinifli rus-tatar məktəbi açılmış, şəhər mtisəlman cəmiyyətinin xahişi ilə məktəbin müəllimlərinə dövlət qulluqçusu və çarın tacqoyması münasibətilə həmin məktəbə "Şuşa Nilcolayevsk rus- tatar məktəbi" adı verilmişdir. Şuşada, İrəvanda və digər yerlərdə qız məktəblərinin yaranmasma əhəmiyyət verilməyə başladı. XX əsrin əvvəllərində, hələ ötən əsrdən meydaııa çıxan dövlət məktəbləri, gimnaziyalar, real məktəblər öz fəaliyyətini davam etdirirdı. Artıq bütöv Azərbaycanın bir çox guşələrində bu tipli ıus- Azərbaycan məktəblərində iki il ərzində tədris olunan dilləri şagirdlər öyrənə bilirdilər.. Azərbaycanın Rusiyaya zorərı birləşdirilməsindən meydanə gələn rus dilinə ehtiyac amili valideynlərin öz uşaqlarnı dünyəvi, yəni dövlət məktəblərində oxutmağa can atması ilə nəticələndi.
Ədəbiyyat
redaktə1.Əsgər Zeynalov. İrəvan ziyalılan, səh., 20. Bakı-"Oğuz eli"-1999.
2.Eldar İsmayıl. Aqrı dağı qədər ağrılanm var... Bakı, 1999. s.44.
3.XIX əsrinsonu-XX əsrin əvvəllərində Qarabağda maarif. "Qarabağa aparan yol" qəzeti, Jvfs 9(017)7 may 2 4.Leninqrad Mərkəzi Dövlət Tarix Arxivi. LMDTA, f. 733 s, 82 iş N 259, v. 31 arx.
5."Sovet Erməııistam" qəzeti N« 238, səh, 3, İrəvaıı, 1 dekabr 1957. Marksizm-Leninizm İnstitutunun Ermənistan filialı, fond 4033, İş 54, səh.105.
6.Bax: "Züİmət səltənətində məşəl". Bakı. Qismət, 2006.
7."Vedibasaf" qəzeti N 07(122) 01-15 aprei 2008.
8.Nizami cəfərov. Azərbaycan mədəniyyəti məsələləri. Bakı, 200
9.Л.Модзалеиский. Ход учебного дела по Кавказе с 1802 по 1880 г.Тифлис, 1880 г стр. 17.
10.Аbovyan X. Divan, I cild, səh.,191.
11.H.M.Əhmədov. XIX əsrAzərbaycan məktəbi. Bakı, 1985, səh ., 3,5
SUMMARY
redaktəZiyaddin Magerramov, senior lecture, Academy of Public Administratioıı under tlıe Prezideııt of the Republic of Azerbaijaıni.
Tlıe problem of creating of schools in Erevan.
The publication deals with the problem of cıeating of schools irı Erevan. The article devoted to the maintance of azeri people in the direction of creating of schools in region of Uluxanii, Large Vedi, Imanshanli, Agagamzali, Zod and others. The author gives important information about educational, literary, cultural environment in those years based on these schools.
- Key words: the problem of creating school, Uluxanli, Large Vedi, Zod and other schools, educational, cultural environment,literary
РЕЗЮМЕ
redaktəЗияддин Магеррамов, доцент Академии Государственного Управления при Президенте Азербайджанской Республики
К проблеме школоведения и просветительства на территории Ереванского ханства
В статье освещается целенаправленная деятельность азербайджанцев по созданию школоведения в населенных пунктах Улуханлы, Большой Веди, Иманшали, Агагамзалы, Зод и др. Ереванской семинариях, гимназиях. Публикация отражает просветительские работы населения в этом направлении.
- Ключевые слова: проблема школоведения в Иреване, Улуханлы, Большой Веди, село Зод и др.