Tərkibi

redaktə

Birinci növ buğda unu – 617q, şəkər – 195q, kərə yağı – 74q, süd və ya qatıq – 150q, yumurta – 2ədəd, maya – 10q, ədviyyat qarışığı (hil, zəncəfil, keşniş toxumu, muskat qozu, c.vüz, darçın) – 5q, zəfəran – 0,1q, xaşxaş – 3q, duz.

Hazırlanma qaydası

redaktə

Opara üsulu ilə mayalı yağlı şirin xəmir yoğrulur. Xaşxaş, yumurta sarısı və zəfəran şirəsinin bir hissəsi ovmanın üzərinin bəzənməsi üçün saxlanılır. Xəmir gəldikdən sonra 700-800 qramlıq paylar kəsilir, 15-20 mm qalınlıqda 180-190 mm diametrdə yayılır, üzərinə naxış vurulur, 25-30 dəqiqə saxlanıldıqdan sonra üzərinə zəfəranlı yumurta sürtülür. Xaşxaş səpilir, 30-35 dəqiqə ərzində 190-200 °S temperaturda bişirilir.

Xarici keçidlər

redaktə