Şahdağ xalqları/Tarixi xronologiya

../ Şahdağ xalqları

../


1918   1926   1947   1948   1950   1956   1957   1958   1959   1960   1961   1962   1963   1964   1965   1966   1967   1968   1969   1970   1971   1972   1973   1974   1975   1976   1977   1978   1979   1980   1981   1982   1983   1984   1985   1986   1987   1988   1989   1990   1991   1992   1994   1995   1996   1997   1998   1999   2000   2001   2002   2003   2004   2005   2006   2007   2008   2009   2010   2011  

  • Buduqlularla bağlı ilk rəsmi sənəd verilmişdir. Bu Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Həmin fərmana əsasən Məlik Adi Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə Buduq kəndinin sahibi olmuşdur.
  • Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində Şahdağ xalqları soyqırımına məruz qalmışdır.
  • Xınalıq və Cek kəndlərində məktəb yaranmışdır.
  • Xınalıq haqqında "Xınalıqlıların qonağı" adlı ilk sənədli film səssiz lentdə, mətn rus dilində yazılmaqla çəkilmişdir.
  • Xınalıqda Tibbi ambulatoriya fəaliyyətə başlamışdır.
  • Xınalığa ilk su xətti kəndin 2 km məsafəsində olan "Xəncər bulaq"dan saxsı borulardan istifadə etməklə çəkilmişdir.
  • Xınalıqda ilkin elektrikləşmə dizel-generator vasitəsilə həyata keçirilmişdir. Dizel-generator 110 volt sabit cərəyan verməklə axşamlar müəyyən saat hesabı ilə qoşulurdu. Bu ancaq yayda mümkün idi, qışda elektrik olmurdu.
  • Xınalığa ilk telefon xətti çəkilmişdir.
  • Xınalıqda kitabxana fəaliyyətə başlamışdır.
  • Xınalığa 1967-1968-ci illərdə 220 voltluq elektrik xətti çəkilmişdir.
  • Xınalıqda rəsmi poçt təsdiqlənmişdir.
  • Xınalığa ilkin avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir.
  • Xınalıq haqqında C.Cabbarlı adına kinostudiya tərəfindən "Dağlarda ada" adlı sənədli qısametrajlı film çəkilmişdir.
  • "Xınalıq dilinin qrammatikasının fraqmentləri" kitabı nəşr olunmuşdur.
  • Xınalıq haqqında "Xınalıq etüdləri" adlı film çəkilmişdir.
  • Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən Cek kəndndəki Əbu Müslim məscidi kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir.
  • 2 mart — Quba rayon XDS-nin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 1995-ci il tarixli, 039 nömrəli Qərarı ilə Xınalıq kənd orta ümumtəhsil məktəbinə Rüfət İbrahim oğlu Kəlbiyevin adı verilmişdir.
  • Xınalıq haqqında "Zirvədən boylanan Xınalıq" adlı film çəkilmişdir.
  • Xınalıq bələdiyyəsi yaradılmışdır.
  • Kənd ağsaqqalı Xəlilrəhman Cabbarovun rəhbərliyi altında Xınalıqda tarix-etnoqrafiya muzeyi yaradılmışdır.
  • "Xınalıq Mədəniyyət və Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi yaradılmışdır.
  • 31 mart — "Azərbaycan Cekli İcması" İctimai Birliyi yaradılmışdır.
  • Xınalıq haqqında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Xınalıq və Xınalıq yolu" sənədli filmi çəkilmişdir.
  • Prezident İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir.
  • Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa yeni, son modelli elektron telefon xətti çəkilmişdir.
  • 7 oktyabr — Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xınalıq kəndində olmuşdur.
  • Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Xınalıq kəndindən 5 km məsafədə yerləşən və suyu daha keyfiyyətli olan "Südlü bulaq"dan dəmir borularla kəndə yeni su xətti çəkilmişdir.
  • 19 dekabr — Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli Sərəncamı ilə "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilmişdir.
  • 19 sentyabr — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə isə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilmişdir.
  • "Xınalıq turizmin inkişafına dəstək" İctimai Birliyi yaradılmışdır.
  • 31 mart — "Azərbaycan Cekli İcması" İctimai Birliyinin təsisçilərinin qərarı ilə Birliyin adı dəyişdirilərək "Cek Cəmiyyəti" İctimai Birliyi olmuşdur.
  • avqust — Arxeoloq İdris Əliyev tərəfindən Cek kəndinə aid Kukaş ərazisində kurqan və Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır.
  • noyabr — Azərbaycanın ən hündür körpüsü olan Qrız körpüsü istifadəyə verilmişdir.