Şirin nazik
Tərkibi
redaktəƏla növ buğda unu - 700q, ərinmiş yağ - 200q, şəkər kirşanı - 115q, yumurta sarısı - 1əd., maya - 2q, zəfəran - 0,03q, duz - 1,5q.
Hazırlanma qaydası
redaktə520 qram un, 90q yağ və duz əlavə edilməklə mayalı xəmir yoğrulur. İçlik hazırlamaq üçün 70 qram yağa zəfəran şirəsi və şəkər kirşanı qatılıb yaxşıca qarışdırılır, sonra üzərinə tədricən 140 q un tökülüb bircinsli kütlə alınana qədər qarışdırılır. Xəmir gəldikdən sonra 3-5 mm qalınlığında yayılır, üzərinə yağ sürtülüb bir neçə dəfə qatlanmaqla qat-qat xəmir əldə edilir. Xəmirin ortasına içlik qoyulur, kənarları qatlanaraq mərkəzə birləşdirilir və 10-12 mm qalınlıqda yayılır. Beləliklə qat-qat xəmirdən hazırlanmış içlikli kökə yağlı listə qoyulub, üzərinə yumurta sarısı sürtülür, çəngəllə bəzək vurulur. Şirin nazik 200-220° S temperaturda 25-30 dəqiqə bişirilir.