Resept:Şokoladlı keks

(Şokoladlı keks səhifəsindən yönləndirilmişdir)

Tərkibi

redaktə
  • 100 q kərə yağı;
  • 200 q tünd şokolad (70% kakao);
  • 2 ədəd yumurta;
  • 60 q buğda unu;
  • qabartma tozu, vanil
  • 100 q şəkər kirşanı.

Hazırlanması

redaktə

Şokoladı və yağı xırda doğrayıb qaba tökün. Buxar vannasında qarışdıra-qarışdıra əridin. Yumurtanı şəkərlə köpüklənənədək çalın, ərinmiş şokoladla qarışdırın, un və qabartma tozu, vanil əlavə edin. Alınmış xəmiri yağlanmış formaya töküb 200 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin. Üzərinə şəkər kirşanı səpin.