Resept:Ət qutabı

(Ət qutabı səhifəsindən yönləndirilmişdir)

Tərkibi

redaktə
  • Qoyun əti – 200 q.,
  • baş soğan – 50 q.,
  • nar – 1 ədəd,
  • buğda unu – 300 q.,
  • ərinmiş yağ – 50 q.,
  • istiot, duz.
  • sumaq - 20 q.

Hazırlanması

redaktə

Duzlu su ilə undan bərk xəmir yoğrulur, 1-0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır.

Süfrəyə verilməsi

redaktə

Süfrəyə verdikdə üstüna sumaq səpilir.