Ağbaba folkloru/Nanaylar/Ay uca dağlar
←../ | Ağbaba folkloru/Nanaylar |
../→ |
Nanay
Dağ başı qarsız olmaz,
Bağçalar barsız omaz.
Qürbət eldə qalanın
Ömrü azarsız olmaz.
Ay uca dağlar,
Qar yağar, bağlar.
Mən qərib ölsəm
Kim məni ağlar.
Ellər düşdü yanhayan,
Bağrım bişdi yanhayan.
Həsrət qaldım vətənə,
Yazıq canın yanhayan.
Ay uca dağlar,
Qar yağar, bağlar.
Mən qərib ölsəm
Kim məni ağlar.
Dağlar dumanda qaldı,
Xırman samanda qaldı.
Əlim rəbb ətəyində
Dilim amanda qaldı.
Ay uca dağlar,
Qar yağar, bağlar.
Mən qərib ölsəm
Kmi məni ağlar.
Toplayanı:Tacir Səmimi, AMEA Folklor İnstitutunun elmi işçisi