Ağbaba folkloru/Nanaylar/Deyişmə (nanay)
←../ | Ağbaba folkloru/Nanaylar |
../→ |
DEYİŞMƏ-NANAY
Qızlar:
Qapımızda düz dağı,
Yeri, yeri, yandım oy-oy
Yel vurur tökür bağı,
Seno can, yandım oy-oy.
Bir elə yar sevmişəm,
Yeri, yeri, yandım oy-oy
Köhnə yara göz dağı,
Şeno can, yandım oy-oy.
Oğlanlar:
Arxalıq sırıq-sırıq,
Yeri-yeri, yandım oy-oy.
Büzməsi daldan buruq.
Şeno can, yandım, oy-oy.
Yar sevmə, yar sevərəm,
Yeri-yeri, yandım oy-oy...
Qalarsan boynu buruq,
Şeno can yandım oy-oy.
Qızlar:
Ağ donu ağartmışam,
Yeri, yeri yandım oy-oy.
Belimə daratmışam.
Şeno can yandım oy-oy.
Çox da gözəl deyiləm
Yeri, yeri yandım oy-oy.
Yüz oğlan saratmışam,
Şeno can yandım oy-oy.
Oğlanlar:
Ağ donun ağlı qalsın,
Yeri-yeri yandım oy-oy.
Baxçada bağlı qalsın,
Şeno can yandım oy-oy.
Səni məndən edənin
Yeri, yeri yandım oy-oy.
Sinəsi dağlı qalsın.
Şeno can, yandım oy-oy.
Qızlar:
Qar yağır kəpək kimi,
Yeri, yeri yandım oy-oy.
Qızlar var ipək kimi
Şeno can yandım oy-oy,
Oğlanlar daldan baxır,
Yeri, yeri yandım oy-oy...
Yal içmiş köpək kimi,
Şeno can yandım oy-oy.
Oğlanlar:
Ay hindimiz, hindimiz,
Yeri, yeri yandım oy-oy.
Oxçoğludu kəndimiz,
Şeno can yandım oy-oy.
Qızların acı sözü
Yeri, yeri yandım oy-oy.
Şəkərimiz, qəndimiz,
Şeno can yandım oy-oy.
Toplayanı:Tacir Səmimi, AMEA Folklor İnstitutunun elmi işçisi