Abbas Bağırov/Biblioqrafiya/Haqqında yazılan şeirlər

Abbas Bağırov/Biblioqrafiya


ABBAS HƏKİM.
Hörmət dolu salamına,
Olsun salam Abbas həkim.
Bizi bizə bağlayandı,
Bax bu kəlam, Abbas həkim.

Yaz,yay,payız,həm qış mənim,
Olmayıbdı bir düşmənim.
Yaxşı dostlar olub mənim,
Bürcüm,qalam Abbas həkim.

Yox ümidim sərin dosta,
Toy olacaq şərim “dosta”.
Sizin təki şirin dosta,
Şəkər,balam Abbas həkim.

Sevginiz var sizin bizə,
Qismət olsun,bir gün sizə,
Xoş sorağa,evinizə,
Yolum salam Abbas həkim.
Deyim-salam Abbas həkim.

04.12.2018.

ALQIŞ, AFƏRİN!
Əməli səxalı, dili dualı,
Doktor Hacı Abbas-idrakı dərin.
Qaynayır köksündə Haqqın sevgisi,
Təqva yolçusudur mömin bəşərin.

Arzusu- xalqına gün firavanlıq,
Niyyıti, istəyi- əminamanlıq.
Səcdəsi -insanlıq, dost, mehribanlıq,
Bu böyuk amala alqış, afərin!

Göyçənin belə bir alim oğlu var,
Ömrü vərəqləyir “47 bahar”.
Sağlam, yüz yaşasın zəngin, bəxtiyar,
Qalxsın zirvəsinə elmin- hünərin!

niftalı göyçəli

Qılman İman
Bir dünyalıq hikmət yatır sinəndə
Hər söhbəti şeir, qəzəl qardaşım.
Səni müdam bax beləcə şux görüm
Üzü nurlu, özü gözəl qardaşım.

ODLARA ÇATILAN HƏYAT EŞQİMİ,
SÖNMƏYƏ QOYMUYAN KÖZÜMSƏN, ABBAS.
DÖYÜNƏN ÜRƏYİM, DÜŞÜNƏN BEYNİM,
AĞILIM, HİSSİM, DUYĞUM, GÖZÜMSƏN, ABBAS.

PEYĞƏMBƏR ELMİYLƏ DOLUDAN DOLUM,
KAŞ ƏLİ EŞQİNƏ QURBAN MƏN OLUM.
MƏKKƏ, MƏDİNƏYƏ YETİŞƏN YOLUM,
KƏRBƏLAYA GEDƏN İZİMSƏN, ABBAS

TƏBİBSƏN, LOĞMANSAN ŞÖHRƏTDİ, ADDİ,
QOHUMLU, QONŞULU, ELLİ, ELATDI,
QOŞMA BƏRƏKƏTLİ, BAYATI DADDI,
DİLİMDƏ ƏN ŞİRİN SÖZÜMSƏN, ABBAS.

ZÜLMƏT GECƏLƏRDƏ İŞIĞIM, ZİYAM,
TÜKƏNMƏZ SƏRVƏTİM, AZALMAZ MAYAM,
BAŞI ƏRŞƏ DƏYƏN QARTALLI QAYAM,
ÇİÇƏKLİ ÇƏMƏINİM, DÜZÜMSƏN, ABBAS.

SEVİNCİM ŞADLIĞIM, KƏDƏRİM, QÜSSƏM,
ŞƏRƏFİM, ŞÖHRƏTİM, VÜQARIM, CÜSSƏM.
SƏN MƏNİM BƏDƏNDƏN AYRILMAZ HİSSƏM,
CANIMSAN RUHUMSAN ÖZÜMSƏN ABBAS.

Ələmdar Keştəkli
ABBAS GÖYÇƏLİ BALASI ÖZÜ HAL HAZIRDA HACC ZİYARƏTİNDƏ OLAN BAŞ HƏKİM ABBASA

Qəbul olsun ziyarətin, a qardaş,
Gün-gündən xoş gəlsin illərin, Abbas.
Bu gözəl gününə sevinib hamı,
Göyçən, Kəlbəcərin ellərin, Abbas.

Səs-sədan yaılsın görüm hər yana,
Şərəf gətirəsən Azərbaycana.
Qayıdaq Göyçəyə,həm İrəvana,
Bülbül kimi ötsün dillərin, Abbas.

Ömrü yüzəlli il yola salasan,
Çox demirəm, bax beləcə qalasan,
Dünyada elə bir bağban olasan,
Saralıb-solmasın güllərin, Abbas.

Heç zaman itməsin haqqın, əməyin,
Allah, Seyid Bayram olsun köməyin,
Ələmdaram, hasil olsun diləyin,
Həkimsən var olsun əllərin, Abbas.

              ***
Yola salıb əsirləri illəri
Olub adlı sanlı çox nəsilləri,
Heç kim susdurmayıb ötən dilləri,
Alı, Ələsgərdən ta üzü bəri,
Dağ üstə çəkilib nədən dağınız?
Yoxdu Səməd Ağa, Hacı Nağımız.
Arxdan su gəlibsə, yenə gələcək,
Bir vaxt üzümüzə zaman güləcək.
bu günə çox şükür yurd boş qalmayıb,
Yrardan hər şeyi bizdən almayıb.
O vaxt Hacı Nağı, bu vaxt Hacı Abbas,
İndi mən söyləyim, dostum qulaq as.
Bağırı, Abbası, Mayılı, Əli,
Bu gen kişilərdən gəlib irəli.
Sizə bir əhvalat söyləyim bir az,
Yaxşılığı heç vaxt unutmaq olmaz.
Çox yaxşı bir insan olubdu Mayıl,
Ondanj inciməyib nə ağa, sayıl.
Evlənir, bir müddət evladı olmur,
Bu işdən heç zaman saralıb solmur.

Zaman sınağa çəksə də,
Bulud kimi dolmur Mayıl,
Allahdan payın istəyir,
Bədgüman da olmur Mayıl.

Bir ziyarət sorağına,
Gedir Daşkənd qucağına,
Seyd Bayram ocağına,
Çiçəklənir solmur Mayıl.

Bəli ziyarətə gedir,
Qadir Allah nələr edir.
Ana maral balasıyla,
O ocağa səcdə edir.

Qoxlayıb Seyd Bayramı,
Ondan nur ətri alır.
Bunu görüb gözləriylə,
Xalqa yayır sözləriylə.
Mayıl da ziyarət edir,
Şad-xürrəm evinə gedir.
Bir keçir, Əli olur,
Seyid Bayram kirvə olur.
Bax bu ərən kişilərin,
Nəvəsidir Hacı Abbas.
Munis, Əli, Fatimənin,
Atasıdır Hacı Abbas.

HACI ABBAS

Tarixlərə adı düşüb,
Qalasıdı Hacı Abbas.
Göyçə Kəlbəcərin fəxri,
Balasıdı Hacı Abbas.

Ağsaqqalı, ağbirçəyi,
Sayır gözəllər göyçəyi.
Hamı deyir dağ çiçəyi,
Lalsıdı Hacı Abbas.

Munis, Əlidir butası,
Görməsin düşmən xatası.
Vallah-billah el atası,
Olasıdı Hacı Abbas.

Saya gəlməz saysan sayla,
El yoluyla illə-ayla,
Öz xalqına şirin layla,
Çalasıdı Hacı Abbas.

Qüvvətidir biləyinin,
Arxasıdı kürəyinin,
Ələmdarın ürəyinin,
Parasıdı Hacı Abbas.


Rasim Akifoğlu
YAXŞI İNSAN
Yaxşı insanlara var daim maraq,
Səs-sədan dolaşır almışam soraq,
Çox Adəm oğluna olmusan dayaq,
İlahi qoy olsun dayağın, Abbas.

Fəxri -vüqarısan bu doğma elin,
Allah xoş gedir, hər xoş əməlin,
Ayağın qoy gedib gətirsin əlin,
Sönməsin həyatda çırağın, Abbas.

Yaxşı insanlar bax, çox azdır indi,
Adını eşitdim qəlbim sevindi,
Nəğməkar ürəyim danışdı, dindi,
Dünyanı dolaşsın sorağın, Abbas.

Ömrün uzun olsun, canın da sağlam,
Yaxşı insanlara hörmət, ehtiram,
Adınla yazılıb hər şirin kəlam,
Artacaq sözümə marağın, Abbas.

Yaxşı insanların qədrini bilək,
Sevinci, qəmini tən yarı bölək,
İlahi bəxş edibsaf, təmiz ürək,
Gur yansın ömür adlı ocağın, Abbas.

Rasim yaxşılardan yazıb çox əsər,
Sözündə məna var, məntiq, həm kəsər,
Bu xalqın sözüdür deyim müxtəsər,
Düşməsin bəxtə bəd sınağın, Abbas.
 
Rasim Akifoğlu
'Düşündüm bir anlıq'

Düşündüm tək-tənha yalqız qalanda,
İnsan tək dünyaya nəzər salanda,
Borcludan borcunu geri alanda,
Gərək eyləməsin şikayət, Hacı.

Vəfasız dünyanın etibarı yox,
Nazlı gözəllərin düz ilqarı yox,
Andına dönükdü həya, arı yox,
Kimə etməyib ki, xəyanət, Hacı!?

Olmasın qəlbində nalə fəryadın,
Duyasan dünyanın ləzzətin dadın,
Müəqddəs Qurana həkk olub adın,
Var belə bir surə, bir ayət, Hacı.

Vacibdi namaz qıl, ibadət eylə,
Qəlbin təmiz olsun,xoş niyyət eylə,
Düz əhdə peymana sədaqət eylə,
Saf olsun qəlbində məhəbbət ,Hacı.

Düz on beş əsrlik tarixə malik,
Çox qədim, müqəddəs ada shibik,
İnsanı göylərə ucaldır bilik,
Verərəm mən buna zəmanət, Hacı.

Tanrı əsirgəməz öz mərhəmətin,
Rəhminə sığınsan artar qüdrətin,
Düşüncə tərzin var, nəzər-diqqətin,
Dünyadan alırıq biz ibrət, Hacı.

Çalış ki, olasan dözümlü mətin,
Başın uca olar, artar hörmətin,
İndi halal pulla dolanmaq çətin,
İnsanlar eyləyir cinayət, Hacı.

Dəni dəyirmanda döyüb,əz,üyüd,
Nə qədər calasan bar verməz söyüd,
Heç kimə vermərəm mən ağıl, öyüd,
Sadəcə eylərəm məsləhət, Hacı.

Məzluma, sailə kim edərsə lağ,
Dərdə düçür olar, qəlbə çəkər dağ,
Axirət evinə getsən üzüağ,
Qorxulu olmaz heç qiyamət, Hacı.

İlahi nurundan xəlq olub bəşər,
Tanrı kölgəsində ömr et bəxtəvər,
Dəyməsin kimsədən ziyan, nə zərər,
Gözlərin görməsin fəlakət, Hacı.

Qüdrətli Tanrıdan güc İlham aldın,
Ruhu saflaşdırıb xəyala daldın,
Ədalət naminə haqqa ucaldın,
Eylədin bənzərsiz cəsarət, Hacı.

Yaxşı keyfiyyətdir cəm olub bizdə,
Mərhəmət, rəhm var saf qəlbimizdə,
Şirindi hər kəlmə, söz dilimizdə,
Bu da bir yadigar hekayət, Hacı.

Mahirə MUSAYEVA

Q A R D A Ş I M

SİZƏ HÖRMƏTİM VAR SƏMİMİ QƏLBDƏN,
HƏKİMTƏK FƏRQLİSƏN SƏN ÇOX CƏHƏTDƏN,
SANKİ NUR ALIRSAN HƏR İBADƏTDƏN,
TANRI DƏRGAHINA ƏYİLİR BAŞIN,
ƏMƏLİ SALEHSƏN, HACI QARDAŞIM.

LAYİQSƏN ƏN YÜKSƏN ŞÖHRƏTƏ-ŞANA,
ELMİN ZİRVƏSİNİ QOYAQ BİR YANA,
AİLƏ TƏRBİYƏNİZ XOŞ OLDU MANA,
BİRGƏ XOŞBƏXT OLUN, BİRGƏ ÇALIŞIN,
SİZƏ UĞUR OLSUN, HACI QARDAŞIM.

İBRƏT OL HƏR KƏSƏ ƏMƏLLƏRİNLƏ,
FƏTH ET ÜRƏKLƏRİ KƏLMƏLƏRİNLƏ,
SAĞLAM ƏQİDƏNLƏ, İBADƏTİNLƏ,
ÇALIŞ EL YOLUNDA AĞARSIN BAŞIN,
TANRI MÜJDƏSİSƏN, HACI QARDAŞIM.

GÖRDÜM OTAĞINDA ŞAD OLDUM AZI,
ƏLƏSGƏR ƏLİNDƏ SƏDƏFLİ SAZI,
SANKİ VƏSF EYLƏYİR BAHARI, YAZI,
BİR ANLIQ GÖYÇƏMƏ DÖNDÜ YADDAŞIM,
SİZ DAHİ İNSANSIZ, HACI QARDAŞIM.

VAXTSIZ QOCALMIŞAM ƏYİLİB DİZİM,
CANIMIN ƏLİNDƏN QARADIR ÜZÜM,
QURTARMIR GİLEYİM, QURTARMIR SÖZÜM,
MƏN BU TALEYİMLƏ NECƏ BARIŞIM?
MƏNƏ KÖMƏK EYLƏ, HƏKİM QARDAŞIM.

AYAQ DÜZƏLMƏYİB, BAŞ GEDİR ƏLDƏN,
NƏ QƏDƏR GİLEYİM QALIBDI BELDƏN,
BİRCƏ SALAMAT YER OLUBDU DİLDƏN,
QOCALIQ DA TEZDİR, NƏDİR Kİ, YAŞIM?
MƏNƏ KÖMƏK EYLƏ, HƏKİM QARDAŞIM.

MAHİRƏYƏM CANIMDAN BEZAR OLMUŞAM,
DÜNYANIN DƏRDİNDƏN YAZAR OLMUŞAM,
XAİNDƏN, XƏBİSDƏN HAZAR OLMUŞAM,
QALIB YAĞILARDA TORPAĞIM, DAŞIM,
MƏNƏ KÖMƏK EYLƏ, HƏKİM QARDAŞIM
MƏNƏ KÖMƏK EYLƏ, HACI QARDAŞIM.

AŞIQ FƏTULLAH GÖYÇƏLİ

       A B B A S I N 

MƏRİFƏTİNİ MAHAL BİLİR, EL BİLİR,
SƏXAVƏTDƏ YOXDU TAYI ABBASIN.
GENİŞ ÜRƏKLİDİR, AÇIQ QƏLBLİDİR,
XUDADAN VERİLİB PAYI ABBASIN.

ÖMÜR BOYU ÇIXMAZ ALLAH YOLUNNAN,
YIXILANIN TEZ QALDIRAR QOLUNNAN,
DOST YOLUNDA KEÇƏR DÖVLƏT MALINNAN,
BAX BELƏ OLUBDU SAYI ABBASIN.

MƏCLİSLƏRDƏ ÇOX HÖRMƏTLİ YERİ VAR,
SİNƏSİNDƏ COŞAN TƏBİ, SELİ VAR,
GÖYÇƏ KİMİ QONAQPƏRVƏR ELİ VAR,
KƏSİLMƏZ ÇÖRƏYİ, ÇAYI ABBASIN.

İBADƏTİ İLAHİNİN TÖHVƏSİ,
PEYĞƏMBƏR NƏVƏSİ, SƏSİ HAQQ SƏSİ,
FƏTULLAHIN ŞİRİN SÖZÜ KƏLİMƏSİ,
XOŞ KEÇSİN HƏR İLİ, AYI ABBASIN.

AŞIQ FƏTULLAH GÖYÇƏLİ
     A B B A S I M
SƏXAVƏTDƏ YOXDU TAYI,A DOSTLAR,
MAHALIMDA QANANIMDI ABBASIM.
ETİBARDA ÇOX QİYMƏTLİ YERİ VAR,
HAQQ YOLUNDA YANANIMDI ABBASIM.

BÜTÜN MİLLƏTİNƏ HÖRMƏT EDƏNDİ,
ŞEİRDƏN SƏNƏTDƏN MÖHKƏM BİLƏNDİ,
HAQSIZLIĞA DANIŞANDI, DİNƏNDİ,
SÖZ-SÖZHBƏTİ ANANIMDI ABBASIM.

XALAMIN OĞLUDU, GÖZÜM İŞIĞI,
MƏCLİSƏ VARANDA, VAR YARAŞIĞI,
HÖRMƏT EDİB, DİNDİRƏNDƏ AŞIĞI,
GÖYÇƏ YADA SALANIMDI ABBASIM.

ARZUSU VAR GÖYÇƏMİZƏ QAYIDAQ,
TOYDA, MƏCLİSLƏRDƏ QOL-QOLA DURAQ,
BÜTÜN ELİMİZƏ QOY OLSUN DAYAQ,
HAQQA BAĞLI OLANIMDI ABBASIM.

FƏTULLAHIN VAR İSTƏYİ DİLƏYİ,
DARASIN TELİNİ VƏTƏN KÜLƏYİ,
DAR GÜNÜNDƏ ELİMİZN GƏRƏYİ,
EL YANINDA QALANIMDI ABBASIM.

NİFTALI GÖYÇƏLİ

ALLAH SEVGISI

Biliyi kamildir, ədəbi əla,
Hacı, doktor Abbas-Rəbbin vergisi.
Təfəkkür sahibi dərindən-dərin,
Qəlbinə hakimdir Allah sevgisi.

Üzündə nuru var, sözündə hikmət,
Əməlində saleh, əldə səxavət,
İstəyi Haqq yolu, düzlük, ədalət,
Sirlər aləmindən verilib dərsi.

Göyçəli, Yaradan divan yaradıb,
Şeytana uymayan mərifət dadıb.
İmanı olanı Mövlam ucaldıb,
Təqva qəbul edən anlayar bəhsi.