Arıçılıq/Arı xəstəlikləri/Akarapidoz

Varrotoz Arıçılıq/Arı xəstəlikləri


Akarapidoz: Akarapis vudi gənəsi tərəfindən törədilən, yaşlı arıların tənəffüs orqanlarının invazion xəstəliyidir. Bu gənə yaşlı arıların döş nahıyəsindəki birinci cüt traxeyyasında parazitlik edir. Bundan başqa gənə arının bədənınin xarici səthində və qanadların arasında da parazitlik edə bılər.

Gənə arı orqanizmindən kənarda yaşaya bilmir. O həmçinin şanda, balda və pətəyin dıvarında sağ qala bilmir. Gənə arının traxeyasına daxil olduqdan sonra onun dıvarlarını deşir və arının hemolimfasının sovurmaqla qıdalanır. Gənənin traxeyada sürətli inkişafı onun orada sonrakı yaşayışını çətinləşdirir və mayalanmış dışi gənə arı bədənınin xaricinə çıxır. Arının başqa arı ilə təmasda olması yoxlamaya səbəb olur. Parazitlə yoluxmuş aılələr tezliklə məhv olur.

Xəstəliyin əsas əlamətləri yazın əvəllərində və yazda çoxlu yağıntı dövründə nəzərə çarpır. Xəstə arılar pətəyin ətrafında səplənərək uça bilmədikləri üçün sürünə-sürünə hərəkət edirlər. Arılar adi halda fərqli olaraq, arxası üstə çevrilib dövrə vurur və parazitdən yaxa qurtarmağa çalışırlar. Arxanalardan belə halların yaranması akarapıdozun ilk nişanələrindəndir. Beləliklə pətək ətrafında torpağın üstündə çoxlu sayda arı sürünməsi müşahidə olunur və onların qanadları çəp durur.