Arıçılıq/Arı xəstəlikləri/Avropa çürüməsi

Amerika çürüməsi Arıçılıq/Arı xəstəlikləri

Təbaşir xəstəliyi
Sister Projects. Həmçinin baxın: Şəkilləri •

Avropa çürüməsi

redaktə

Xəstəlik yolxucudur. Açıq və sonra isə möhürlü sürfələrə yoluxur. Xəstəlik əsasən yaz aylarında təsadüf olunur. Zədələnmiş sürfə əvvəlcə saralır, büzüşür və sonradan tələf olur. Çürümüş kütləyə çöp ilə toxunub çəkdikdə 2-3 sm qədər uzanır və tezliklə qırılır. Ölmüş sürfə quruyur, asanlıqla qopan kütlə halında san qovucuğunun dıbınə yapışır, turş və çürüntü iyi verir. Xəstəliyin hər dönəmində pətək önünə atılmış ölü sürfə qalıntılarına rast gəlinir.

Həm Amerika həm də Avropa çürümə xəstəlikləri pətəkdən pətəklərə, arıxanadan arıxanalara yayılması səbəbi aşağıdakılardır:

  • Arıçının törətdiyi xətalar və səhlənkarlıqlar səbəbindən,
  • Pətəkdə nəzərə çarpan böcəklərlə (qarışqa, qulağagırən və s.),
  • Işçi arıların yuvalarını azması ilə,
  • Pətəklər arasında yumurtalı çərçivə dəyişməklə,
  • Zəif ailələrin birləşdirilməsi ilə,
  • Mənşəli bəlli olmayan ballarla arıları yemlədikdə,
  • Basqın və beçə verməklə və s.