Azərbaycan poçt markalarının kataloqu/№1092

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 1092 nömrəli markadır. "Müqəddəs Apostol Andrey Pervozvanni" ordeninin kavaleri, görkəmli dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr edilmişdir. Bu marka həm də Rusiya poçtu tərəfindən buraxılan "Müqəddəs Apostol Andrey Pervozvanni" ordeninin kavalerlərinə həsr olunmuş markalardan birinin Azərbaycan buraxılışıdır.

1092 nömrəli marka
Rusiya markası

Təsviri redaktə

Markanın üzərində Heydər Əliyevin şəkli, "Müqəddəs Apostol Andrey Pervozvanni" ordeni, və arxa fonda Hökumət Evi təsvir olunub.

Markanın göstəriciləri redaktə

  • Dövriyyəyə buraxıldığı tarix: 6 may 2013.
  • Rəssamı: X. Mirzəyev
  • Çap növü: ofset, təbaşirli, yapışqanlı marka kağızı, çərçivəli dişi 13,5.
  • Markanın ölçüsü: 52x37 mm.
  • Tirajı: 49000.
  • Qiyməti: 50 qəpik.

Suvenir vərəqinin göstəriciləri redaktə

 
Suvenir vərəqi

Suvenir markanın ölçüsü 125x169 mm-dir.

Suvenir vərəqi 7 eyni markadan və bu markanın ölçüsündə olan filateliya məhsulundan ibarətdir.

Tirajı 7000 səhifədir.

Mənbə redaktə