Azərbaycan poçt markalarının kataloqu/№1533
Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 1533 nömrəli markadır. "Aprel döyüşləri-2016. Lələ Təpə" mövzusuna həsr olunmuşdur.

Hazırlanması redaktə
Markalar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və "Zəfər" İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın yaxından iştirakı ilə hazırlanmışdır.
Təsviri redaktə
Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələ Təpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub. Marka işğal olunmuş Dağlıq Qarabağ ərazisində 1-5 aprel 2016-cı il tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib.
Markanın göstəriciləri redaktə
- Dövriyyəyə buraxıldığı tarix: 3 aprel 2019
- Ölçüsü: 40x28 mm
- Dizayn: Nəriman Məmmədzadə.
- Çap olunub: Bobruysk Integrated Printing House, Bobruysk şəhəri, Belarus Respublikası, A.T. Nepoqodin adına mətbəə
- Tiraj: 24 000
- Qiyməti: 0.6 AZN
Vərəqinin göstəriciləri redaktə
Səkkiz markadan ibarət 3000 kiçik vərəq şəklində hazırlanmışdır. Bir vərəqin ölçüsü 98x130 mm-dir.
Birinci gün zərfləri redaktə
Üzərində bu markanın olduğu birinci gün zərflərindən 200 ədəd dövriyyəyə buraxılmışdır.