Azərbaycan poçt markalarının kataloqu/№159

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 159 nömrəli markadır. Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikası tərəfindən buraxılan ilk rəsmi poçt markasıdır. Xəzər dənizinin ekologiyasına həsr edilmişdir.

159 nömrəli marka

Təsviri

redaktə

Markanın üzərində rus rəssam Yuriy Nikolayeviç Artsimenevin sənət əsəri "Заповедник природно-ландшафтный. Каспийское море" təsvir edilmişdir. Belə ki, həmin sənət əsərində Xəzər dənizinin qürub işığında landşaftı, dirəklərlə neft buruqları təsvir olunub.

Markanın üzərindəki yazılar Azərbaycan dilindədir. "Xəzər dənizi" kiril, "Azərbaycan" sözü isə həm kiril, həm də o dövrdə müzakirəsi gedən latın hərfləri ilə yazılıb.

Markanın göstəriciləri

redaktə
  • Dövriyyəyə buraxıldığı tarix: 2 fevral 1992.
  • Rəssamı: Yuriy Nikolayeviç Artsimenev
  • Çap növü: Mellə ağardılmış kağız üzərində yapışqan vasitəsilə dərin şəkil.
  • Perforasiya: 12:12.5.
  • Markanın ölçüsü: 40x28 mm.
  • Çox rənglidir.
  • Çap yeri: "Moskva Poçt İdarəsi", Moskva, Rusiya Federasiyası.
  • Tirajı: 2,3 milyon.
  • Qiyməti: 15 qəpik.

Bu marka əvvəlcə poçt dövriyyəsində deyildi. Yenidən "Moskva Poçt İdarəsi" tərəfindən dövriyyəyə tipoloji yolla buraxılıb.

Suvenir vərəqinin göstəriciləri

redaktə

Suvenir vərəqi 6x6 formatlı 36 eyni markadan ibarətdir.

Yenidən çapı

redaktə

Azərbaycan poçt markalarının kataloquna daxil olan №161, №162, №163, №164, №165 nömrəli markalar elə bu markanın yenidən çapı ilə hazırlanmışdır[1].

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1992, May, 7. 159 markasının yuxarı hissəsində yeni nominal dəyərin və ölkənin adı "Azərbaycan" yenidən çapı.