Azərbaycan poçt markalarının kataloqu/№530
Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 530 nömrəli markadır. Sürətli şahmat üzrə dünya çempionatına həsr olunmuş 11 markadan (520, 521, 522, 523, 524, 525, 526, 527, 528, 529, 530) biridir. Lakin bu marka digərlərindən sonra dövriyyəyə buraxılmışdır.
Təsviri
redaktəMarkanın üzərində cəld şahmat oynayan "Disneylənd" personajları olan "Disney" loqosu təsvir olunub.
Markanın göstəriciləri
redaktə- Dövriyyəyə buraxıldığı tarix: 28 dekabr 1998.
- Çap növü: Marka mellə ağardılmış yapışqanlı kağız üzərində ofset üsulu ilə çap olunmuşdur.
- Perforasiya: 14.0.
- Markanın ölçüsü: 37.5x51.0 mm.
- Rəngi: Çox rənglidir.
- Çap yeri: Londonda THOQ tərəfindən çap olunmuşdur.
- Tirajı: 200000.
- Qiyməti: 250 manat.
Vərəqinin göstəriciləri
redaktəHər vərəq 5x4 formatlı 20 eyni markadan ibarətdir.