Azərbaycan poçt markalarının kataloqu/№764
Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 764 nömrəli markadır. "Yanğınsöndürən maşınlar" mövzusunda buraxılmış 4 markadan biridir.
Təsviri
redaktəMarka üzərində 1926-cı ildə istehsal olunmuş "AMO - F15" yanğınsöndürən maşının şəkli təsvir olunub.
Markanın göstəriciləri
redaktə- Dövriyyəyə buraxıldığı tarix: 28 dekabr 2006
- Rəssam: X. Mirzəyev.
- Çap növü: ofset. Təbaşirli, yapışqanlı marka kağızı. Marka dişlərinin növü - darağabənzər 15,0
- Markanın ölçüsü 40x28 mm.
- Çap olunduğu yer: "Belaruskiy Dom Peçati", Belarusiya.
- Tiraj: 25000 ədəd.
- Qiyməti: 10 qəpik.
Suvenir vərəqinin göstəriciləri
redaktəHər bir suvenir vərəqi 2x2 formatlı 4 müxtəlif markadan – 764, 765, 766, 767 nömrəli markalardan ibarətdir; ölçüsü 100x71 mm, rəngi dördrənglidir. Vərəqin tiraji 25000 ədəddir.