Azərbaycan türklərinin təşəkkülü tarixindən/II Fəsil

I Fəsil Azərbaycan türklərinin təşəkkülü tarixindən

III Fəsil

Azərbaycan ərazisində ən qədim etnoslar

redaktə

Azərbaycan ərazisində ən qədim etnoslar onun cənub hissəsində er.əv.III minillikdən mənbələrdə adları çəkilən kutilər (yaxud qutilər) və lulubilərdir. Kutilər er. əv. XXIII əsrdə ( er.əv.2202\2201-ci ildən 2109-cu ilədək) Dəcla və Fərat çayları arası ərazidə o zaman Akkad adlanan ölkəni zəbt etmiş və hakimiyyətdə olmuşlar ( 102, 110).Akkad çarı I Salmanasarın ( er.əv.XXIII əsr) ― göydə ulduzlar qədər miqdarı bilinməyən kutilər‖ ifadəsindən ( 101, 266) görünür ki, kutilər sayca böyük etnos idi. Yuxarıda I fəsildə kutilər, lulubilər və kaslar haqqında mövcud baxışların xülaləsindən aydın oldu ki, kutilərin etnik mənsubiyyətinə dair bitkin fikir yoxdur. Yalnız Qəbələ rayonunun Nic kəndində və Oğuz qəsəbəsində yaşayan Dağıstandilli udinlərin etnik adı olan,” udin” etnonimi ilə ― kuti‖ etnonimi arasında zahiri oxşarlığa görə kutilərin Qafqazdilli olması fikri yaranmışdır ( 102, 206). Er.əv.V əsrdə Herodat və I əsrdə Strabon Midiya ərazisində uti adlı tayfanın yaşadığını yazmışlar. Ehtimal edilir ki, eramızın əvvəllərində həmin kuti – utilərin bir hissəsi şimala gəlmişdir və indiki udinlər onların nəsilləridir ( 44, 65). Kutilərin sonrakı utilər olması fikrinin düz və ya yanlış olduğunu söyləmək çətindir. Lakin aşağıda deyiləcəyi kimi, türk utilərin möxcüd olduğuna görə cənubda kutiləri və utiləri Qafqazdilli saymağa əsas yoxdur. Fikrimizi aydınlaşdırmaq üçün biz uti – udin məsələsini qısaca nəzərdən keçirməliyik. Qeyd edilməlidir ki, Azərbaycanın etnik tarixində ən dolaşıq məsələlərdən biri də Albaniyada uti adını daşıyanların etnik mənsubiyyəti məsələsidir.1944-cu ildə İ.P.Petruşevski ortaya bir fikir atdı: Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalığıdır (154, 77). Bu fikrə sonra başqa tədqiqatçılar – S.T.Yeremyan ( 108,304), Z.İ.Yampolski ( 189, 83), Z.M.Bünyadov ( 76, 178), Q.A.Klimov ( 116, 96), A.Q.Şanidze ( 178, 8), İ.H.Əliyev ( 51), V.L.Qukasyan ( 92), F.Məmmədova ( 129) tərəfdar oldular, lakin heç bir araşdırma aparılmadan. Əlbəttə, Dağıstandilli tayfaların birinin qalığıdır.Lakin söhbət alban etnosundan, yəni Alban dövlətini yaradanlardan və etnik adı ― alban‖ olanlardan gedirsə,utilərin albanlarla eyniləşdirilməsi qondarmadır. Heç olmasa, ona görə ki, Strabon Atropatenada ― Midiya dağları‖ adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir ( Strabon.XI, 8,8).Bu o deməkdir ki, alban və uti müstəqil tayfaların adlarıdır. Yuxarıda adlarını çəkdiyimiz müəlliflər isə udinləri məhz er.əv.IV əsrdən miladın VII əsrinə qədər dövləti, Vəsrdən yazısı olan Alban etnosunun qalığı sayırlar. Məsələn,1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan yazmışdı ki, qədim alban dili udin dili idi.( 108, 327). İki il sonra gürcü tarixçisi A.Q.Şanidze göstərir ki, erməni tarixi ənənəsində Azərbaycan ərazisində ən qədim etnoslar onun cənub hissəsində er.əv.III minillikdən mənbələrdə adları çəkilən kutilər (yaxud qutilər) və lulubilərdir. Kutilər er. əv. XXIII əsrdə ( er.əv.2202\2201-ci ildən 2109-cu ilədək) Dəcla və Fərat çayları arası ərazidə o zaman Akkad adlanan ölkəni zəbt etmiş və hakimiyyətdə olmuşlar ( 102, 110).Akkad çarı I Salmanasarın ( er.əv.XXIII əsr) ― göydə ulduzlar qədər miqdarı bilinməyən kutilər‖ ifadəsindən ( 101, 266) görünür ki, kutilər sayca böyük etnos idi. Yuxarıda I fəsildə kutilər, lulubilər və kaslar haqqında mövcud baxışların xülaləsindən aydın oldu ki, kutilərin etnik mənsubiyyətinə dair bitkin fikir yoxdur. Yalnız Qəbələ rayonunun Nic kəndində və Oğuz qəsəbəsində yaşayan Dağıstandilli udinlərin etnik adı olan,” udin” etnonimi ilə ― kuti‖ etnonimi arasında zahiri oxşarlığa görə kutilərin Qafqazdilli olması fikri yaranmışdır ( 102, 206). Er.əv.V əsrdə Herodat və I əsrdə Strabon Midiya ərazisində uti adlı tayfanın yaşadığını yazmışlar. Ehtimal edilir ki, eramızın əvvəllərində həmin kuti – utilərin bir hissəsi şimala gəlmişdir və indiki udinlər onların nəsilləridir ( 44, 65). Kutilərin sonrakı utilər olması fikrinin düz və ya yanlış olduğunu söyləmək çətindir. Lakin aşağıda deyiləcəyi kimi, türk utilərin möxcüd olduğuna görə cənubda kutiləri və utiləri Qafqazdilli saymağa əsas yoxdur. Fikrimizi aydınlaşdırmaq üçün biz uti – udin məsələsini qısaca nəzərdən keçirməliyik. Qeyd edilməlidir ki, Azərbaycanın etnik tarixində ən dolaşıq məsələlərdən biri də Albaniyada uti adını daşıyanların etnik mənsubiyyəti məsələsidir.1944-cu ildə İ.P.Petruşevski ortaya bir fikir atdı: Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalığıdır (154, 77). Bu fikrə sonra başqa tədqiqatçılar – S.T.Yeremyan ( 108,304), Z.İ.Yampolski ( 189, 83), Z.M.Bünyadov ( 76, 178), Q.A.Klimov ( 116, 96), A.Q.Şanidze ( 178, 8), İ.H.Əliyev ( 51), V.L.Qukasyan ( 92), F.Məmmədova ( 129) tərəfdar oldular, lakin heç bir araşdırma aparılmadan. Əlbəttə, Dağıstandilli tayfaların birinin qalığıdır.Lakin söhbət alban etnosundan, yəni Alban dövlətini yaradanlardan və etnik adı ― alban‖ olanlardan gedirsə,utilərin albanlarla eyniləşdirilməsi qondarmadır. Heç olmasa, ona görə ki, Strabon Atropatenada ― Midiya dağları‖ adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir ( Strabon.XI, 8,8).Bu o deməkdir ki, alban və uti müstəqil tayfaların adlarıdır. Yuxarıda adlarını çəkdiyimiz müəlliflər isə udinləri məhz er.əv.IV əsrdən miladın VII əsrinə qədər dövləti, Vəsrdən yazısı olan Alban etnosunun qalığı sayırlar. Məsələn,1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan yazmışdı ki, qədim alban dili udin dili idi.( 108, 327). İki il sonra gürcü tarixçisi A.Q.Şanidze göstərir ki, erməni tarixi ənənəsində albanların varisləri udinlər hesab edilir ( 178, 8). Beləliklə, bu müəlliflər albanları indiki Dağıstandilli udinlərin ulu əcdadları hesab edirlər və bununla da dolayı yolla orta əsrlərdə Azərbaycanda türkləşmə prosesinin getməsi və deməli, Azərbaycan dilinin kənardan gətirilmə olması haqqında başabəla müddəanın tərəfində dururlar. Alban tarixçisi Musa Kalankatlının ― Alban tarixi‖ əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində - Arsakda (I kitab,23-cü fəsil), Bərdə zonasında ( I kitab, 24-cü fəsil),Girdimanın Xalxal şəhəri ( indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında (I kitab, 27-ci fəsil) və Azərbaycanın şimal – qərbində (II kitab, 23-cü fəsil). Tədqiqatçıları çaş – baş salan da budur.Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: utilər Albaniyada aparıcı tayfa idilər. Sonra bi fikri V.L.Qukasyan təkrar etmişdir: uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi. Lakin bu belə deyil. İş burasındadır ― uti‖ adını daşıyanlar Albaniyadan kənarda da məlumdur.

1)Midiyada, sonra da Atropatenada. Yuxarıda deyildiyikimi, ilk dəfə Herodot (er. əv. V əsr) Midiyada iki əyalətdə utilərin yaşadığını qeyd etmişdir (Herodot, III,93; VIII,68). Sonra Iəsr müəllifi Strabon Atropatenada, Xəzərin cənub-qərbində Midiya dağlarında ―albanların bir hissəsi‖ (diqqət verin: alban adını daşıyanlar Cənubi Azərbaycan ərazisində də yaşayırdı), kaduslar (indiki talışların əcdadları),kellər (indiki giləklərin əcdadları) və amardlarla yanaşı Uti adlı əyalətdə utilərin yaşadığını yazmışdır (Strabon,XI,8,18). Ona görə bir sıra tədqiqatçıların (M. Markvart, N. Q. Adons) ardınca İqrar Əliyev yazmışdır ki, həmin utilər eramızın əvvəllərində şimala keçmiş və Albaniyada yerləşmişlər (44,65). Alban tarixçisi Musa Kalankatlı da utilərin Albaniyaya gəlmə olduğunu yazmışdır (I kitab, 4-cü fəsil). Oxucuya aydın oldu ki, Albaniyada utilər (udinlər) eranın əvvəllərində gəlmə hesab olunur, başqa sözlə, ondan əvvəl Albaniyada utilər yaşamırdı. Buradan da utilərin konkret mənada, albanlar olması fikrinin puçluğu üzə çıxır: alban adını daşıyanlar Albaniyada er. əv. IV əsrdən məlumdursa, udinlər Albaniyaya-alban tayfasının adı ilə adlanan ölkəyə çox sonra gəlmədirsə, onda alban və uti ayrı-ayrı etnoslardır. Bundan başqa nəticə də çıxır: utilər Albaniyada aparıcı tayfa ola bilməzdi, çünki hələ er. əvvəl IV-III əsrlərdən Alban dövləti mövcud idi (65;66). Alban çarı Roma ordusunun başçısı Qney Pompeylə er. əv. 65-ci ildə qanlı döyüşlər keçirmişdi.

2) Er. əv. VIII-VII əsrlərə aid Urartu yazılarında indiki Göyçə gölünün hövzələrində Etiuni adlı ―ölkə‖nin adı çəkilir. Bu adın ―uni‖ hissəsi Urartu dilində yer adlarına əlavə olunan şəkilçidir. V əsr erməni mənbələrində bu ölkə Uti adlanır (23, II kitab, 44-cü fəsil). Deməli, Urartu mənbələrindəki Eti (uni) əslində Uti adının urartuca yazılış formasıdır. Bu əyalət tarixən Albaniyaya mənsub olmuş (23,I kitab,8-ci fəsil), sonralar ermənilərə keçmişdir. Biz bu məsələ üzərində dayanmayacayıq, çünki məqsədimiz başqadır. Qeyd edək ki, Midiya-Atropatenada yaşayan utiləri Qafqazdilli sayırlar və kutilərlə bağlayırlar. Lakin Urartu mənbələrində qeyd edilən Etiuni-Uti haqqında nədənsə bir söz deyilmir. 3). Antik müəlliflər albanlardan şimalda, yəni Şimali Qafqazda uti, udi adlı bir etnosun yaşadığını göstərirlər. I əsr müəllifi Pliniy yazır ki, albanlardan şimalda skiflərdən olan Udin adlı tayfa yaşayır (Pliniy, VI, 38)(―skif‖ adı altında qədim türklərin nəzərdə tutulduğunu aşağıda deyəcəyik). Həmin müəllif sonra yazır ki, udinlərdən şimalda isə Utidors adlı tayfa məskundur (Pliniy, VI,39). ―Utidors‖ etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdir (121). Bu fikri inkişaf etdirən K. V. Trever oldu (171,174-175). Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdur (122). Oxucu yəqin hiss edir ki, bütün bunlar ağlabatan şeylər deyil. Əslində Plininin utidors kimi yazdığı etnonim “utidur”-danbaşqa bir şey deyil: Pliniy ―u‖ səsini ―o‖ kimi vermiş, sonra da adın sonuna ―s‖ adlıq hal şəkilçisini əlavə etmişdir. Utidur etnoniminin ikinci hissəsi olan “dur” sözü oğuz tayfalarından bayandur, çavundur, hundur və b. adlar üçün səciyyəvidir. Deməli, Utidur türk mənşəli tayfa idi. Antik müəllifin onu ―skif tayfası‖ adlandırması da bu fikri təsdiqləyir. II əsr müəllifi Ptolemey Şimali Qafqazda udi adlı tayfanın yaşadığını yazmışdır (Ptolemey, V,8,16). Sonra eramızın IV-V əsrlərində Bizans müəllifləri Şimali Qafqaz çöllərində hunların bir tayfasının utiqur adlandığını göstərirlər (97,30). Utiqur etnoniminin “qur” komponenti bəzi türk tayfalarının (uyğur, sarıqur, kuturqur, oğuz tayfalarından yazqur, salqur və b.) adları üçün səciyyəvidir (97). V. V. Bartolda görə monqolca qur ―xalq‖ mənasındadır (70,269).Utiqurların türk tayfası olduğunu təsdiqləyən başqa faktlar da vardır: Rəşidəddin (XV əsr) monqolların içərisində udiut (udi və türk-monqol dillərində cəm bildirən-ut şəkilçisindən) tayfasının adını çəkir (28). Altay dillərinə mənsub udmurtların adında da “udi” komponenti nəzərə çarpır. Elə buna görə də Albaniyada indiki Dağıstandilli udinlərin uqrofin mənşəli gəlmələr olması fikri də mövcuddur (bax: 116). XVII əsrdə Sibirdə yaşayan bir türk ulusu Udin adlanırdı. Həmin tayfanın adı ilə bağlı şəhər indi Нижне-Удинск adlanır (124). XVIII əsrdə Azərbaycanda yaşayan Şahsevən türk tayfa birləşməsinin bir qolu Udulu adlanırdı və s. Müəyyən olunmuşdur ki,‖VII əsr erməni coğrafiyası‖ adlı mənbədə Arsakdakı Uti əyalətinin mahal adlarının (Aranrot, Tiri, Rot-Pasian, Aluyen, Tuçkatak, Qardman və Şakaşen) hamısı türkmənşəlidir (bax:85). Beləliklə, Albaniyada, Atropatenada, Ermənistanda və Şimali Qafqazda yaşamış Uti, Udi, Udin adlı tayfalardan şimalda yaşayanlarının türk olması aşkarlandı. Onda belə çıxır ki, Azərbaycanda indiki Dağıstandilli udinlərin ulu əcdadları ya cənubda-Midiyadan (Atropatenadan), ya da indiki Ermənistan ərazisindən-Urartu mənbələrində er. əv. 764-cü ildə qeyd edilən Etiunidən gəlmə ola bilər. L. M. Meliksetbekov Azərbaycanda Dağıstandilli udinlərin mənşəyi məsələsinə xüsusi məqalə həsr etmiş və onların məhz Ermənistanda Etiunidən gəldiklərini yazmışdır (139). Məlumdur ki, Etiunidə bir yaşayış məntəqəsi ―VIII əsr erməni coğrafiyası‖nda Niq (Ermənistanda indiki Abaran) adlanır (19), udinlərin indi yaşadıqları kəndin adı da Nicdir, deməli udinlər Nic adını özləri ilə gətirmişlər. Bu fikri əvvəllər N. Y. Marr və İ. İ. Meşşaninov söyləmişlər (132,81; 140,97). Q. A. Melikişvili albanlarda udin tayfasını (sözsüz ki, o Dağıstandilli udinləri nəzərdə tutur) Etiuni ilə əlaqələndirmişdir (133,3).Türk tarixçisi F. Kırzıoğlu da udinlərin Albaniyaya gəlişini Urartu çarlarının Etiuniyə (Utiyə) dağıdıcı hərbi səfərləri ilə bağlamışdır (191). II əsr müəllifi Ptolemey Albaniyada Kürün sol sahilində bir məntəqəni Niqa (sondakı ―a‖ yunan dilində əlavə olunma hal şəkilçisidir) adlandırır və bu, şübhəsiz ki,elə Nicdir. Deməli indiki udinlərin Etiunidən Albaniyaya gəlməsi II əsrdən əvvəl baş vermişdir. Yuxarıda deyilənlərdən iki nəticəyə gəlmək olar: birincisi, Albaniyanın Uti adlanan mahallarında əhalinin hamısı Dağıstandilli utilər (udilər) deyildilər, burada türk utilər də məskun idilər. Lakin Albaniyada göstərilən Uti mahallarından hansılarında türkmənşəli utilər, hansılarında Dağıstandilli udinlər yaşayırdı sualına mənbələrin yoxluğu üzündən cavab vermək olmur. Burası şəksizdir ki, Bərdə bölgəsində və Arazbardakı Uti mahallarında yaşayanlar türk utilər idilər. M. Barxudaryan keçən əsrdə yazırdı ki, Tərtərin sağ sahilində yaşayan Seysulan kəndində əhalinin dili türk dilidir, amma özlərini udin sayırlar (71,45). İkincisi, Midiya və Atropatenadakı utilər Dağıstandillilər deyildilər. Herodot Midiyada utilərdən danışdıqda onların bir hassəsinin İranın başqa bir əyalətində yaşadığını yazır (Herodot, III,93,), R. Fray isə həmin utiləri Orta Asiyada lokalizə edir (176,79). Aydındır ki,Orta Asiyada Dağıstandilli tayfa yaşaya bilməzdi, bu utilər türklər idi. Deyilənlərdən görünür ki, əgər Midiyadakı utilər kutilərin sonrakı nəsilləridirsə, onda nə kutiləri, nə də utiləri Qafqazdilli etnoslar saymaq olmaz və bu barədə deyilənlər yanlış fikirlərdir. Lakin utilərin qədim kutilərlə eyniliyi məsələsini həll olunmuş məsələ saymaq olmaz. Ehtimal ki,kuti və uti müstəqil türkmənşəli etnoslardır. Midiyada, Şimali Qafqazda və Albaniyanın Uti mahallarının bəzilərində yaşayan utilər türkmənşəli olmuşdur. Əhməd Zəki Validi Tuqana görə, Arrandakı türk utilər er. əv. VII əsrdə türk sakların içərisində gəlmişlər (192,162). Alban tarixində udin problemi tarixçiləri çaşdırmışdır. Ona görə də eranın əvvəllərində Şimali Qafqazda türk udin, uti tayfalarının Albaniyada indiki Dağıstandilli udinlərlə eyniləşdirilməsi nəticəsində belə nəticəyə gəlmişlər ki, Albaniya Dağıstanı da və hətta Şimali Qafqazı da əhatə etmişdir (122). İndi Azərbaycan ərazisi hesabına Ləzginistan dövlətinin yaranması tələbləri həm də bu yanlış nəticələr ilə bağlıdır. Deyilənlərdən görünür ki, indiki Dağıstandilli udinlərə görə kutilərin Qafqazdilli sayılması üçün heç bir əsas yoxdur. Bəzi tədqiqatçıların kutiləri kürdlərin ulu əcdadları saymaları (bax: Наllo W. W. Gutium. Reallexikon der Assuriologie vol. 3, 1957,Ⅶ 19-71, s. 708,720) da ağlabatan deyil. İ. M. Dyakonov yazır ki, kutilərin şəxs adları məlum qədim Şərq dilləri (deməli, o sıradan Qafqaz dilləri ilə bir mənşəyə aid edilən Hürrit və Urartu dilləri) əsasında izah olunmur (102,109). Burası atdındır ki, kutilərin er. əv. III minillikdən I minilliyin sonlarına qədər yaşadığı ərazi er. əv. IX əsrdən Manna və Midiya adları ilə məlumdur. Aşağıda bu etnosların türk mənşəli etnos olduğunu deməyə əsas verən faktları gətirəcəyik. Bu belədirsə, kutilərin etnik mənsubiyyəti haqqında ehtimal tərzdə olsa da, başqa fikir söyləmək mümkündür. Son illərdə Y. B. Yusifov Manna və Midiya toponimlərinin və şəxs adlarının təhlili əsasında kuti etnosunun Altay mənşəli olduğu fikrini söyləmişdir (184,105-108). Bu fikir diqqətəlayiqdir və onun xeyrinə bəzi faktlar vardır. 1. Yuxarıda deyildiyi kimi, er. əv. III minillikdən I minilliyin sonuna qədər Cənubi Azərbaycan ərazisində arasıkəsilməz etnik vərəsəliyin olması və er. əv. I minilliyin əvvəllərindən həmin ərazidə türk mənşəli Manna və Maday etnoslarının mövcudluğu. 2. Kutilərin bir hissəsinin er. əv. I minilliyin əvvəllərində yaranmış Urartu ərazisində-indiki Türkiyənin Şərq bölgələrində, Van gölünün hövzələrində yaşaması (102,128). Məlumdur ki, Urartu çarlarının mixi əlifba ilə er. əv. VIII-VII əsrlərdə yazdırdıqları kitabələrdə Urartu ölkəsinin adı ―Biaini ―kimi göstərilmişdir. ―Urartu‖ adı onların ölkəsinə kənardan verilmə semitmənşəli addır. Bu da məlumdur ki, ―Biaini‖ kimi yazılmış ad Türkiyənin şərqində Van gölünün adında indiyədək qalmışdır. ―Biaini‖ toponimi ―Bia‖ sözündən və urartu dilində yer adlarına əlavə olunan ―ini‖ şəkilçisindən ibarətdir. İndiyədək tədqiqatçılar Biaini adının mənasını aça bilmirlər. Halbuki, ölkə və dövlət Bia adlanmış gölün (indiki Van gölünün) adını daşımışdır. Gölün adı isə Altay dillərində bia-―su‖ sözündən ibarətdir! Aşağıda biz Manna və Midiya ərazisində ―bia‖, ―bua‖ sözü ilə bağlı toponimlərdən danışdıqda Altayda indi də hidronimlərdə ―su‖, ―göl‖, ―çay‖ mənasında ―bia‖ sözünün iştirak etdiyini deyəcəyik. Deməli, əvvəlcə bu göl Altay – türk dillərində Bia ― Göl‖, ― Su‖ adlanmış, Urartu dövləti er.əv. IX əsrdə yarandan sonra gölün adı ilə ölkə və dövlət urartuluların dilində Bianın adlanmış, gölün əsl adı unudulmuş, yalnız Bianinin təhrifi kimi ― Van‖ formasında indiyədək qalmışdır. İ.İ.Meşşaninova görə, Urartu dilində mu ― su‖ deməkdir. Əgər Altay dilləri üçün səciyyəvi b- m əvəzlənməsini nəzərə alsaq, güman etmək olar ki, mu – ― su‖sözü həmin dillərdəki ― bia‖ ― buya‖( ―su‖) sözünün fonetik şəklidir. Urartu dilində türkmənşəli sözlər də vardır: tiay ― demək‖, ― danışmaq‖, türkcə ti, di ― demək, danışmaq‖, terai ―qayda‖, ― müəyyən etmə‖, türkcə törə ―adət‖, ―qayda‖, sue ― göl‖, türkcə su, şani ― qab‖, azərbaycanca çən, sure, şuri ―silah‖, türkcə sur ―cida‖, ərşə ― cavan‖, ər “ kişi‖ və çə şəkilçisindən ( azərbaycan ―ərsə‖), e ―ev‖, türkcə ev, tar ( a) ―dərə‖, türkcə dərə və s.( bax: İ.İ.Meşşaninov. Аннотированный словаръ урартского ( Биаинского языка, с. 15, 52, 210, 264, 267, 290, 302, 304). Urartu mənbələrində türkmənşəli Kuerai-Taşe, Tuarasi və b. toponimlər və türkmənşəli şəxs adları da çəkilir. Bu barədə biz ―Qədim türklər və Ermənistan‖ kitabında danışdığımıza görə təkrar etmirik. Urartu dilində türkmənşəli sözlərin olması göstərir ki, urartular bir türkmənşəli etnosla bilavasitə təmasda olmuşlar. Bu etnos kutilər ola bilərdi, başqa sözlə, urartu dilindəki türkmənşəli sözlər kutilərin dilindən mənimsəmələrdir. Ümumiyyətlə, belə mənimsəmələr Elam dilində də vardır: elamca ihşi “məşəl”, türkcə işıq; elamca ikə ―qardaş‖, türkcə əkə, aka; elamca kuti ―güdmək‖, ―gözləmək‖, türkcə ―güdmək‖; elamca kik ―göy‖ türkcə gög, göy; elamca şak ―uşaq‖, türkcə uşak və b. (misallar İ. M. Dyakonovun ―Языки Древней Передней Азии» kitabındadır). Qədim Şərq dillərində türkmənşəli mənimsəmələr Şumer dilindən də ola bilərdi. Manna və Midiya teofor şəxs adlarının müəyyən hissəsinin Şumer dili əsasında izah olunması göstərir ki, Cənubi Azərbaycan ərazisində yaşayan qədim tayfalara şumerlərin böyük mədəni təsiri olmuşdur. Kutilərlə əlaqədar olaraq bir məsələni də nəzərdən qaçırmaq olmaz. Biz ehtimal edirik ki, Van gölü hövzələrində urartulularla yanaşı yaşamış kutilərin müəyyən hissəsi sonra indiki Ermənistan ərazisinə də keçmişdir. Yeri gəlmişkən onu da deyək ki, indiki Ermənistan ərazisində ermənilər köklü deyillər. Er. əv. VIII-VII əsrlərdə Urartu çarları bu əraziyə hərbi səfərlər etdikdə əhali Dağıstandillilərdən (indiki udinlərin və qrızlıların-haputluların ulu əcdadları) və Göycə-Zəngəzur bölgələrində türkmənşəli tayfalardan ibarət idi. Bu barədə biz ―Qədim türklər və Ermənistan‖ kitabımızda yazmışıq. Hərbi əsirlər kimi erməni ailələrini isə Urartu çarları indiki Ermənistan ərazisinə köçürmüşdülər. ―Erməni‖ və ―hay‖ adları etnik adlar deyillər. Tarixşünaslıqda deyilir ki, indiki ermənilərin ulu əcdadları er. əv. XII əsrdə Balkan ölkəsindən Kiçik Asiyaya gəlmişlər. ―Erməni‖ adı Kiçik Asiyada er. əv. ikinci minilliyin əvvəllərində (Asur çarı Naramsinin çarlığı dövründə), adı çəkilən Arma əyalətinin, ―hay‖ adı isə er. əv. XIV əsrdən xet mənbələrində çəkilən Hayasa əyalətinin adları ilə bağlıdır. Deməli, Arma və Hyasa adlı əyalətlər ermənilər Balkandan gəlməmişdən əvvəl vardı. Ermənilərin əsl etnik adları ―friq‖ (triq adının qədim yunanca yazılışı) olmuşdur. Əgər kutilərin Altayməşəli olması sübut olunsa, onda Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların ulu əcdadlarının hələ er. əv. II minillikdən etibarən oralarda yaşaması nəticəsi alınacaqdır. 3. Kutilərdə bəzi şəxs adlarının türkmənşəli olması. Cənubi Azərbaycan ərazisində kutilərin, lulubilərin, kassitlərin (kasların), daha sonra mannaların və madayların şəxs adlarının mənalarını üzə çıxarmaq çox çətindir. Bunun bir neçə səbəbi vardır. Əvvələn, bu atnoslarda şəxs adlarının bur qrupunun kökləri qədim şumerlərlə bağlıdır. Şumerlərin şəxs adları isə semit mənşəli akkad adları ilə qarışmışdır. İkincisi, şumer və akkad mənşəli şəxs adları əsasən teofor adlar idi, yəni qəbilə allahlarının adları şəxs adlarının bir komponentini təşkil edirdi. Ümumiyyətlə, qədim qəbilələrdə dini görüşlərdə fərdlərlə qəbilə allahları arasında münasibətlərin aspekti, bu əlaqənin əqidələrdə və inamlarda əksinitapmanın mahiyyəti etnoqrafiya elmində mübahisəli məsələlərdəndir. Bəzi tədqiqatçılar bu əlaqəni hakim ilə qul, yaxud ata ilə oğul arasındakı münasibətlər kimi təsəvvür edirlər. Qəbilə allahları qəbilənin və ailələrin himayəçiləri sayıldığına görə uşaqlara advermədə allah adları əksini tapmalı idi. Teofor adlar belə yaranırdı. Bu adların yaranma motivi, şübhəsiz, ilahinin ( allahın) tərifi, uşağın doğulması üçün onun təşəkkür, uşağın sağlam olması və təhlükəsizliyi üçün yalvarış və s.ola bilərdi.Qədim insanlar sağlamlığı, təhlükəsizliyi və ailə səadətini fövqəltəbii qüvvələrin işi sayırdılar; yaxşı ruhlar insanların keşikçiləri hesab edilirdi.Əksinə, körpənin ölməsi, xəstəliklər, gündəlik həyatda uğursuzluqlar qəbilə allahlarının himayəsizliyi ilə izah olunurdu. Deyilənlərdən aydın olur ki, teofor adlar iki hissədən ibarət olmalı idi: allahın adı və bu allaha təşəkkür, yalvarış, xahiş və s.bildirən söz. Ona görə də adların bir komponentini təşkil edən bu söz şəxs adını daşıyanın mənsub olduğu etnosun dilində olmalı idi.Teofor adlarda bizi məhz həmin sözlər maraqlandırır.Məsələn, şumerlərdə Utu – man –sum ― Utu ( allahı) mənə ( onu, yəni körpəni) verdi‖; Nanna – man –sum ― Nanna (ilahəsi) mənə ( onu) verdi‖; Nanna –man-ba ― Nanna ( ilahəsi) mənə ( onu) bağəşladı‖; Nanna –qat –il ― Nanna, mən yaşayacağam‖ ( körpənin dilindən Nanna ilahəsinə rica); Nanna –zi –mu ― Nanna həyatımdır‖; Anna-bi –duq ― Göydə o yaxşıdır‖, Ur –Suen ―Suen ( allahına) sitayiş edən‖; Amar Suen ― Suen ( allahının) balası‖ ( uşağa ad verən ata –anasının dilində); akkadlarda Anna Sin –luş-telik ― Qoy mən Sin ( ilahəsinə) ibadət edim‖; Aşşurbanapal ― Aşşur ( allahı) varis yaradır‖; Danili ― Allahım qüvvətlidir‖; İli – İşkul ― Allah ölçüb –biçmişdir ( körpəni verəndə)‖; Rim-Sin ― Suen (Sin) allahın öküzü‖; Nur-Adad ― Adad ( allahının) nuru‖, İbbi –Sin ― Sin ( Suen ( allahı) ad verib‖və s. Teofor şəxs adları başqa yolla da yaranırdı: qəbilə allahları həm də ― çar‖, ― hakim‖ mənalarında işlənirdi, çünki hakimlər qəbilə allahlarının adlarını qəbul edirdilər. Bu, qəbilə başçısının həm də kahin olması ilə əlaqədar idi. Məsələn Şumerdə Namtar allahının adı ilə Ur –Nammu şəxs adı vardı ki, tədqiqatçılara görə ― Nam (allahı) nəzərdə tutulan‖ mənasını verirdi. Şumerlərdə An, Ea, Enlil, Ki, Utu, Ninni, İnnana, Huma (sonuncusunun Altay mənşəli Umay, Humay ilahəsinin adı ilə eyniliyi diqqəti cəlb edir) Zuən, Şar (Şumerin Umma şəhərinin allahı),lulubilərdə və kaslarda Harbe, Kiur ( qədim türklərdə Kuar allahı ilə eyniliyi diqqəti cəlb edir) və b.allahların adları ilə bağlı çoxlu şəxs adları məlumdur.Lakin çar I Sarqonun (er.əv. 2369- 2314) vaxtında akkadlar Şumeri işğal etdikdən sonra semit mənşəli allah adları ilə Altay-türk mənşəli allah adları qarışmışdır.Məsələn, mənşəcə Şumer mənşəli Zuen ―Günəş və Ay allahı‖nın adı akkad dilində ― Sin‖ formasına düşmüş və şəxs adlarında əksini tapmışdır ki, bu da Altay mənşəli sin ( çin, şin) sözü ilə eyniliyə gətirib çıxarmışdır.Şümerlərin Umma şəhərinin allahı Şar adlanmışdır. Lakin akkadlarda da Şar ( ― r‖səsinin qoşalaşdırılması və sonuna ― u‖adlı hal şəkilçisinin əlavə olunması ilə Şarru) allahı vardı. Bundan başqa akkad dilində ―çar‖mənasında ―sar‖ sözü də vardı. Araşdırmalarımız göstərir ki, kutilərdə, lulubelərdə və kassidlərdə bəzi şəxs adları Altay-türk və şumer mənşəlidir. Hind-Avropa və Qafqaz dillərində sözlərin qədim, ilkin köklərini tapmaq üçün tələb olunan mürəkkəb filoloji təhlil türk dilləri üçün o qədər də zəruri deyil, çünki bu dillərdə kök necə yaranmışca, min illər boyu elə də qalmışdır və belə də qalacaqdır. Deməli, ən qədim adları hətta müasir türk dillərindəki sözlərin kökləri vasitəsilə müqayisə etmək olar. Aşağıda biz Azərbaycan ərazisinin qədim etnoslarında şəxs adlarını təhlil etdikdə müqayisə üçün orta əsrlərdə türk şəxs adlarını misal gətirəcəyik. Belə paralellər də oxucunu narahat etməməlidir. Bir etnik mühit daxilində müəyyən şəxs adları arasında zaman etibarilə məsafə minilliklərlə ölçülə bilər. Məsələn, Akkad çarı I Sarqonun (er. əv. 2334-2279) adı ilə ikinci bir çarın (II Sarqon) adı yalnız er. əv. I minillikdə çəkilir (er. əv. 721-105). Nəhayət, bir məsələni də nəzərə almaq lazımdır. Kutilərdə, lulubilərdə və kaslarda şəxs adlarının mənaları haqqında mülahizələrimiz ehtimal səciyyəlidir. İ m t a. Kutilərdə ilk çarın adı (er. əv. XXIII əsr). Ehtimal ki, şumercə am- ―bu‖, ―budur‖ və da-―(Allahın) qərarı ilə‖ sözlərindən ibarət teofon addır. Ad ―Bu yəni körpə, uşaq) allahın qərarı ilədir‖ mənasındadır. K u r u m. Kutilərdə bir çarın adı (Er. əv. XXIII əsr). Şumerlərin Ur şəhər-dövlətin adamları içərisində er. əv. III minillikdə Kurum şəxs adı məlumdur (И. М. Дъяконов. Люди города Ура. М. 1990, С. 399). İ. M. Dyakonov bu adı sual işarəsilə «qəm‖, ―qüssə‖ kimi tərcümə adir. Lakin bu ağlabatan fikir deyil. çünki oğlan uşağına ata-anası belə ad verməzdi. Ehtimal ki, ad şumer-türk mənşəlidir. Qədim türkcə qur ―dərəcə və rütbə bildirən söz‖, ―ləyaqətli‖, ―dəyər‖, ―qədir-qiymət‖ (L. Y. Tuquşeva, 35), şumercə guru ―xeyr verən‖ deməkdir. Körpəyə ad qoyduqda valideynləri uşağa münasibətini (―mənim qurum‖, ―ləyaqətim‖ ―dəyərim‖, ―xeyr verənim‖)ifadə edir. E n r i d a v a z i r, yaxud Erridunizir (er. əv. XXIII əsrdə kutilərdə bir hakimin adı). Bu şəxs adında şumerlərdə Puzur-Saxan, Puzur-İli, Puzursun və mannalarda Puzursin adlarında olduğu kimi naməlum ―puzur‖, ―pizir‖ komponenti nəzərə çarpır. Əgər ad ―Enridavazir‖dirsə, onda əvvəlində şumerlərdə En ―Göy (allah)‖ sözünün durduğunu güman etmək olar. Bu adı şumer dilindəki En (Allah adı), dib ―tutan‖, ―saxlayan‖ və ozir ―qoruyan‖ sözlərindən ibarət olmaqla ―En saxlayır və qoruyur‖ kimi də izah etmək olar. Əgər ad ―Erridupizir‖dirsə, onda adda Şumer-Akkadın Eredu şəhərinin adı və semit mənşəli puzur-―allahın sirri‖ sözlərinin əks olunduğu demək olar. Sonralar xəzərlərdə bir xaqan İbuzir adlanırdı (58). Xəzərlərdə İbuzir adı da güman ki, semit mənşəlidir (xəzərlərdə yəhudi dini vardı) və semit dillərindəki ibbi- ―adlanırdı‖ və puzur-―allahın sirri‖ sözlərindən ibarətdir. S a r l a q a b (er. əv. XXIII əsrdə kutilərdə bir hakimin adı). Şumerlərdə Sar allahının adı ilə bağlı teofor addır. Bu adın sonundakı “ab” komponenti kutilərdə Lairab və Yarlaqab şəxs adlarında da vardır. Diqqəti cəlb edən cəhət odur ki, Yarlaqab və Sarlaqab adları mənbədə həm də Yarlqab və Sarlanqab formalarında da yazılmışdır. Y. B. Yusifovun qeyd etdiyi kimi, (177,65) bu adlarda “nq” qovuşuq səsi nəzərə çarpır. “Ab” komponentini türk dillərindəki an,ab-―möhkəm‖, ―bacarıqlı‖, ―mahir‖, ―fərasətli‖, ―işcil‖ (166, I, 287) sözü hesab etmək olar. Bu söz ―an‖ və ―ep‖ kimi eranın əvvəllərində indiki Ermənistan ərazisində məskunlaşmış xəzərlərin və basillərin başçısı Vnasep Surxan adında da vardır (23, II, 65). Qədim ermənicə yazılmış bu şəxsin adında bu söz ehtimal ki, ―əb‖ ―ab‖ kimi səslənmişdir və deməli qədim ermənicə ―Vnasep‖ kimi verilmiş ad əslində ―Banasap‖ (türk dillərində söz ―v‖ səsi ilə başlana bilməzdi) olmalı idi. Türk dillərində b-m əvəzlənməsinə görə Banasap adı Manasap adındandır ki, bu da Manas (qədim türkcə manq ―bahadır‖ sözündən və ―as‖ şəkilçisindən) və ―ab‖ sözündən ibarətdir. Surhab (qədim ermənicə yazılışında Surhab, ―h‖ səsinin əlavə olunması ilə) adı isə türk-monqol dillərində sur, çur-―qüvvət‖, ―qüdrət‖, ―vüqar‖, ―əzəmət‖, ―igid‖ (160, IV, I, 672) və “ab” sözlərindən ibarətdir. Bizcə ―ab‖ sözü əfsanəvi Turan hakimi Əfrasiyab şəxs adında da vardır. Tədqiqatçılar Əfrasiyab adını İran mənşəli saymaqda yanılırlar. Bu ad türkcə abra-―xilas adən‖, ―qoruyan‖,‖saxlayan‖, ―xeyir verən ―, ―böyük xidmət göstərən‖, ―ehtiyacdan qurtaran‖ (166, I, 69-60) sözündən, -si (-çi) şəkilçisindən və “ab” komponentindən ibarətdir və bütünlükdə ―igid xilaskar‖ mənasını verir. Skiflərdə Olkab (Appian. Mitridatın müharibələri, 79, uluq və ―ab‖ sözlərindən) şəxs adı da bu sıraya aid edilə bilər. Çox sonralar bu söz Atropatın atası Bəyvarasif (yazılış ərəbcədir, əslində Bəybars-in) adında da görürük. Bütün hallarda “ab”, “ep”, “in” sözlərinin şəxs adlarının sonunda durması onların dil mənsubiyyətinə görə eyniliyini göstərir və kuti adlarının quruluşca türkmənşəli olduğunu söyləməyə güman verir. Kutilərin şəxs adlarında (Yarlaqab, Yarlaqanda, Yarlaqaş, Sarlaqab və s.) Altay-türk dilləri üçün səciyyəvi iki xüsusiyyət diqqəti cəlb edir: y-s əvəzlənməsi (Yarlaqab və Sarlaqab adlarında) və “nq” qovuşuq səsi (Yarlaqab adının həm də Yarlanqab kimi yazılışı). Kutilərin şəxs adlarında (Yarlaqab, Yarlaqanda, Yarlaqaş, Nikilaqab, Sarlaqab və b.) “laq” komponentinin mənasını aydınlaşdırmaq çətindir. Biz əvvəllər qədim türk dillərində l-s əvəzlənməsinə görə (məsələn, Azərbaycan dilində alt-ast sözlərində) onun saq, şaq-―uşaq‖ (elam dilində şak-―oğul‖, 103,98) sözü güman etmişdik. Lakin bu, səhv fikirdir. Şumer və Akkadda hələ er. əv. III minillikdən əvvəl çar adları içərisində Alaqar şəxs adı məlumdur. Ehtimal ki, bu söz qədim türkcə ―əlaqə yaradan‖, ―birləşdirən‖ mənasında ulaq sözünün fonetik şəklidir. Güman etmək olar ki, şəxs adlarında bu söz ata-ananın oğlan uşağının gələcəkdə qəbilə üzvlərini birləşdirən, bir-biri ilə bağlayan ər olması arzusunu ifadə edir. İndiki Ermənistan ərazisində miladdan qabaq Sak çarlarından Eslak, Orta Asiyada Eftalit çarlarından Yavunlax (IV əsr), Attilanın oğlu Ellak, 529-cu ildə Türk xaqanlığından Bizansa göndərilmiş səfir Mailax, Hun çarlarından Sanqilaq, Cənubi –Şərqi Avropada türk mənşəli Uturqur tayfa birləşməsinin başçısı Sandilax (72,153,174), suvar xaqanlarından Bolax, erkən orta əsrlərdə Uyğur xaqanlarından Yaqlak-Ar, Saqdilaq (168,18), XII əsrdə türk Xarəzmşahlardan Ozlaq, XIV əsrdə Sibirdə Taybuqin türk tayfasının hakimi Xabolak və b. şəxs adlarının sonlarındakı ―laq‖, ―lax‖ komponentləri ilə kuti adlarındakı ―laq‖ sözü bizcə, eynidir. E l u l u m e ş (er. əv. XXIII əsr) . Kutilərdə bir çarın adı. Qeyd olunmalıdır ki, bu şəxs adının sonunda kasların və madayların şəxs adları üçün səciyyəvi aş, eş sonluğu vardır. Bunu İ. M. Dyakonov da qeyd etmişdir.(102,128). Ehtimal ki, şumerlərin Luma allahının adı ilə bağlı teoforaddır. İ n i m a b a k e ş (er. əv. XXII əsr). Kutilərdə bir çarın adı. Şumercə inim ―qərarına görə‖, ―sözünə görə‖, ―rəyinə görə, aba (k) ―əcdad‖, ―qoca‖, ―ata (103,430), (qədim türkcə aba ―ata‖, ―baba‖ sözü ilə müqayisə edin) və eş şəkilçisindən ibarətdir. Ad ―Əcdadın (abanın) qərarına (sözünə) görə‖ mənasındadır. İ n q e ş u ş (Er. əv. XXIII əsr). Kutilərdə bir çarın adı. Ehtimal ki, Şumerin baş allahlarından biri olan Enqi allahının adından və şumercə şuş ―ağuşunu açdı‖, ―yayıldı‖ sözlərindəndir. T i r i g a n. Kutilərdə bir çarın adı (er. əv. XXIII əsr). Ehtimal ki, şumercə dirik ―böyük‖, ―ulu‖ sözündən və An ilahəsinin adından ibarət teofor addır. ―An allahı böyükdür‖ mənasındadır. Bəlkə bu ad şumercə dirik ―artıqdır‖, ―yüksəkdir‖ sözündən və An ilahəsinin adından ibarət olmaqla ―An (allahı) (hər şeydən) artıqdır, (yüksəkdir)‖ mənasındadır. Kutilərin toponimləri məlum deyil. Onların dilləri əsasında yaranmış coğrafi adların bəziləri miladdan əvvəl I minilliyin əvvəllərindən başlayaraq Manna və Midiya toponimləri kimi məlumdur və onların türkmənşəli olması indi şübhə doğurmur. Əlbəttə, gətirdiyimiz faktlar kutilərin etnik mənsubiyyəti haqqında tam fikir söyləməyə imkan vermir. Lakin İ. M. Dyakonovun heç bir Şərq dillərində izah olunmayan adlar kimi səciyyələndirdiyi kuti şəxs adlarının türkcə olması fikri istisna edilə bilməz. Həm də mannalar kutilərin və lulubelərin sonrakı nəsilləridirsə (bunu bütün tədqiqatçılar təsdiqləyirlər) və əgər aşağıda deyiləcəyi kimi, mannalar və madaylar qədim türklərdirsə, birmənalı nəticə özlüyündə aydındır. Cənubi Azərbaycan ərazisində digər bir etnos er. əv. XXIII əsrə aid akkad mənbələrində lulubum adlandırılır. İ. M. Dyakonova görə, bu etnonim naməlum ―lul‖ komponentindən və elamca cəm bildirən “b” şəkilçisindən ibarətdir (102,101). Məhz bu ehtimal lulubilərin Elamdilli və yaxud ―Kaspidilli‖ olması fikrinə səbəb olmuşdur. İ. M. Dyakonovun özü də bu fikrə tərəfdardır. Belə çıxır ki, akkadlar bu etnonimi elamlılardan götürmüşlər. Aşağıda deyəçəyik ki, er. əv. V əsrdən məlum olan Kaspi etnonimindəki “pi” şəkilçisini də elam mənşəli sayırlar və ona görə də onlarə da etnik mənsubiyyətcə Elam dili qrupuna şamil edirlər. Ümumiyyətlə, Urartu mənbələrində Luli-in-a –―düşmən ölkə‖anlamındadır. Lulubi etnonimi hürritlərdə ―lullu”, urartulularda “lulu” kimi işlənirdi. Deməli “bi” şəkilçisi urartululara və hürittlərə məlum deyildi. Q. A. Melikişviliyə görə, lulubi etnonim deyil,ona görə ki, hürritcə lullu ―içərisindən qul gətirilən dağlı‖, urartuca ―yadelli‖, ―düşmən‖ mənalarındadır (132,135,157). Lakin lulubilərin və kaspilərin “bi”, “pi” şəkilçisinə görə Elammənşəli sayılması fikri ağlabatan deyil. Bu şəkilçi qədim türk etnonimiyası üçün səciyyəvidir. Herodot skiflərdə aqrippi və traspi adlı tayfaların adlarını çəkir. Mərkəzi Asiyada və Altayda erkən orta əsrlərdə barabi, nuşibi, syanbi və tatabi adlı türkmənşəli tayfalar məlumdur. Bu tayfaların adlarındakı “bi”, “pi” şəkilçisi ilə lulubi, subi və kaspi etnonimlərində “bi”, “pi” şəkilçiləri bizcə, eynidir. Göstərilən türk etnonimlərində “bi” şəkilçisinin olması ondan görünür ki, məsələn, Tuvada həm Tata (35,65), həm də Tatabi (yenə orada) tayfası vardı. Bu sıraya türkmənşəli kuba, tuba (tuva) etnonimlərini də daxil etmək olar. Ehtimal ki, ―lulubi‖ etnonimi şumer dilində formalaşmış və onlardan bu ad başqa qonşu xalqlara da keçmişdir. Şumercə be-―cənab‖, ―hökmdar‖ (7,19) sözü qədim türkcə bi, biy-―bəy‖ (166,II,97) sözü ilə eynidirsə, onda ümumiyyətlə, lulubi, sunbi (subi), kaspi, skif və qədim türk etnonimlərindəki ―bi‖, ―pi‖ komponentləri türkmənşəli sayıla bilər. Sibirdə yaşayan tunqusmənşəli ulçilərin özünüadlandırması olan ―manqbu‖ etnoniminin sonundakı ―bu‖ komponentini skif etnonimlərindəki “pi”, bəzi türk etnonimlərdəki ―bi‖ komponenti ilə eyniliyi güman edilsə, onda bu komponentin Altaymənşəli olması nəticəsinə gəlmək mümkündür. Beləliklə, akkad mənbələrində “lulube” adlandırılanların etnik adı müəyyən olunmasa da, etnonimdəki “be” sözü göstərir ki, lulubilərin qonşuluğunda dilində “be” sözü olan bir türk etnosu yaşayırdı. Başqa sözlə, lulu adlanan etnosu bir qonşu türkmənşəli etnos (güman ki, şumerlər ya da kutilər) “lulube‖ yaxud “lulibi‖ adlandırmış və belə şəkildə akkadlara da keçmişdir. Ehtimal ki, mənbələrdə “lulu” kimi qeyd olunmuş bu etnosun adı Cənubi Azərbaycanda Lalandağ (Urmu bölgəsində), Leyla dağı (Səhənddə), Leylan və b. toponimlərdə qalmışdır. Lulubilərin etnik mənsubiyyəti barədə mövcud fikirləri yuxarıda vermişik. Ümumi fikir belədir ki, guya onlar Elammənşəli idilər (202,98). Lakin Y. B. Yusifov bu fikri təkzib etmiş və lulubilərin türk, Altaymənşəli olması fikrini söyləmişdir. (183,186,17). O yazmışdir ki, Ön Asiyada Altaymənşəli tayfalar er. əv. III minillikdə yaşayırdı (183). Bu fikrə haqq qazandıran bəzi faktlar vardır. Lulubilərin çar adları məlumdur. Lakin bu adlar semit mənşəli akkad dilində yazıldığına görə çox təhrif olunmuşdur. Həm də ki, lulubi çarlarının adlarıda əsasən teofor adlardır və allah adlarının bəziləri semit mənşəlidir. S a t u n i (er. əv. XXIII əsr). Lulubi çarlarından birinin adı. Mənası indiyədək aydınlaşdırılmamışdır. Ehtimal ki, şumercə sa ―ürək‖, Utu ―Günəş allahı‖ və ni ―verdi‖, ―mükafatlandırdı‖ sözlərindən ibarətdir. Ad ―Utu (allahı) ürək verdi‖ mənasındadır. İ m a ş k u n (er. əv. XXII əsr). Lulubilərdə bir çarın adı. Ehtimal ki, şumercə ama ―ana‖ (güman ki, ilahə nəzərdə tutulur) və akkadca işkun ―ölçüb-biçmişdir (yaradanda)‖ sözlərindəndir. İ. M. Dyakonov yazır ki, lulubilərin dilində kin, kinq sözü ―qala‖ mənasında idi (102,138). O bunu da qeyd edir ki,həmin mənada “kin” sözü kasların (kassitlərin) dilində də vardı.”Kin”, “kinq‖ sözünün həm lulubilərdə, həm kassitlərdə olması onların etnik cəhətdən qohumluğuna işarə edən bir faktdır. Diqqəti cəlb edən cəhət ―kin‖ sözünün həm də ―kinq‖ (türk dilləri üçün səciyyəvi “nq” qovuşuq səsi ilə) formasının mövcud olmasıdır. Qeyd etmək lazımdır ki, buryat-monqol dillərində ―çayın sıldırımlı hündür sahili‖, ―sıldırım qaya‖, ―yarğan‖ mənalarında qanq sözü vardır (145,139). Danışıqda “qanq” sözünün qınq (qinq) formalarına düşməsi mümkündür. Dağlıq Altayın toponimiyasında kanq (ay) ―dik qalxmış dağ‖ mənasındadır (148,202). Orxon türk runi yazılarında Kanq toponiminin adı çəkilir. Xalxa – monqolca qanq – ―sahildə sıldırım‖, ―çay sahili terras‖ deməkdir. Orta Asiyada Sır-Dəryanın sıldırım sahilində Kanq qalası və onunla bağlı Kanqa əyaləti eranın əvvəllərindən məlumdur. Bu adın İran dillərində kan ―qazımaq‖ (kanal sözü də bu sözlə bağlıdır) sözü ilə bağlayan iranşünaslar səhv edirlər. ―Kanal‖ sözündən də qala, ölkə adları yaranarmı? Qədim türk tayfalarından olan kəngərlər adlarını həmin Kanq toponimindən almışlar. Monqol dilində xyanqon (bu söz Çinin şimal-şərqində Xinqan dağ silsiləsinin adında əksini tapmışdır) –―dik yamac‖, ―dik sahil‖, ―dağ qılıncı‖ sözü də vardır. Qalaların əsasən sıldırım yerlərdə tikilməsinə görə qanq, qinq sözü ―qala‖ mənasını kəsb edə bilər. V. İ. Abayev osetin dilində ―qala‖ mənasında qanax sözünü türkmənşəli hesab edir. Uyğularda erkən orta əsrlərdə Kinq Sun Ayak və Kinq-Daş xaqan adları məlumdur (168,174,178). Azərbaycanlıların ulu əcdadlarından biri də kaslar, yaxud elmi ədəbiyyatda yazıldığı kimi kassilərdir. Er. əv.II minilliyinin ortalarından Assur mənbələrində kaşşu ( asur dilində “s”səsi “ş”ilə əvəzlənmiş, “ş”səsi qoşalaşdırılmış və sonuna adlıq hal şəkilçisi “u” əlavə olunmuşdur) kimi qeyd olunan kaslar Kamal Balkana görə Mərkəzi Asiyadan gəlmişlər (193, 48). Lulubilərin dilindən yeganə Kiur – ―allah‖ sözü məlumdur.Kassitlərdən bu söz Kuri kimidir. Güman ki, Kiur sözü ilə qədim türklərdə Kuar – ― ildırım allahı‖(22, II kitab, 34-cü fəsil) sözü eynidir. Kasların etnik mənsibiyyəti müəyyən edilməmişdir. Bu barədə mıvcud fikirləri yuxarıda vermişik. Onların er. əv. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən ―p‖ şəkilçisinə görə hər ikisinin Elam dil qrupuna mənsub olması göstərilir.Lakin elə ilk baxışda bu baxış inandırıcı deyil. Əgər kaslar er.əv.II minillikdə Mərkəzi Asiyadan gəlmə olması qəbul edilirsə, onlar er. əv. IIIminillikdə İranın indiki Xuzistan və Luristan bölgələrində dövlət qurumuna malik olan elamlılarla necə qohum ola bilərdi? Kas adını daşıyanlar Azərbaycan ərazisində ən qədim türk mənşəli etnosdur.Deməli, şumerlər, kutilər və lulubelər nəzərə alınmazsa, kaslar tarixdə adı çəkilən ən qədim türk etnosudur. Bunu kasların şəxs adları da təsdiqləyir. Qeyd edilməlidir ki, kassitlərdə şəxs adları teofor adlar idi: şəxs adlarında qəbilə allahlarının adları iştirak edirdi.Kasların Babilistanda er.əv. 1595- 1155-ci illərdə hakimiyyətdə olması ilə əlaqədar olaraq çar adlarında semit mənşəli akkad sözləri və Şumer –Akkad allahlarının adları əksini tapmalı idi.Kas çarlarının bir hissəsi isə akkad dilində idi. Ulamburiaş. Türkcə ulam – ― çapar‖, ― xəbər gətirən‖( 166, I, 589), yaxud ulam – ― daimi‖, ―həmişə‖ ( 166, I, 519), yaxud da ulam – ―dayaq‖, ―dirək‖, ―arxa‖, ―söykənəcək‖ (100, 608) və Buriaş allahının adındandır. Kasların I Burna – Buriaş və II Burna – Buriaş (er.əv.1375-1347) çar adları da məlumdur. Qədim türklərdə geniş yayılmış, qurd totemi Midiyada Buriaş ( er.əv.848-cü il), ―Kitabi Dədə Qorqud‖da Baybura, Orta Asiyada XIII əsrdə Buritay, orta əsrlərdə Buribaş (Xorasanda bir türk hakiminin adı, 36, 268) və b.adlarda öz əksini tapmışdır.‖ Ulam‖ komponenti kassit çarı Ulamxala (er.əv.XI əsr) .əxs adında da iştirak edir.Qədim türklərdə Ulam şəxs adı (100, 124) məlumdur. K a r a –X a r d a ş. Türkcə kara ―qara‖ və kardaş-―qardaş‖ sözlərindəndir. Antik müəllif Kursiy Ruf Orta Asiyada Sır-Dərya hövzələrində yaşayan skiflərin (saklar nəzərdə tutulur) Kartazis adlı çarının Makedoniyalı İsgəndərə qarşı çıxdığını qeyd edir (Kursiy Ruf, VII,7,I). Mənbədə yunanca ―Kartazis‖ kimi verilmiş ad türkcə Kartaş və yunan dilində ―is‖ adlıq hal şəkilçisindən ibarətdir (yunan dilində ―ş‖ səsi olmadığına görə müəllif onu ―z‖ səsi ilə vermişdir). Orta əsrlərdə ―kartaş‖, ―qardaş‖ sözünü əks etdirən türk şəxs adları məlumdur. K a d a ş m a n-Turqu. Türkcə kadaş (qardaş), ―qohum‖, ―doğma‖, ―əziz‖, ―bir nəslə mənsub‖, manq-―bahadır‖ (81,110) və Turqu sözlərindəndir. Adın ikinci hissəsi olan ―Turqu‖, ehtimal ki, qədim türkcə turi, turu-“doğruçul‖, ―ədalətli‖, ―düzgün‖ (bax: L. Rasoni. Sur guelgues Categories de noms de Perken. ―Ural-Altaısche Sahrbücher‖, 34. Wiesbaden. 1953, s. 235) və qədim türkcə şahzadələrə məxsus ku titulundan (149,128), yaxud küü ―şan‖, ―şöhrət‖ (bax: Л. Ю. Тугушева. Уйгурская версия биографии Сюань-Цзана. М., 1991, С. 341) sözlərindən ibarətdir. Kassit çarlarının dördünün (iki Kadaşman-Harbe və iki Kadaşman-Enlil) adında da ―kadaş‖ sözü var. Türk dillərində ―qardaş‖ sözü qa-―qohum‖, ―qəbilə üzvü‖ (100,399) və ―həmrəy‖ mənasında daş sözlərindən ibarətdir. K a d a ş m a n-H a r b e. Türkcə kadaş (qadaş), manq-“bahadır‖ və ―harbe‖ (elamlılarda Hurvi, kaslarda Harbe allah adlarından idi, 102, 134) sözlərindəndir. K a n d a ş (Qandaş). Türkcə kan-―qan‖və daş-―həmrəy‖ (qardaş, yoldaş, sirdaş sözlərində olduğu kimi) sözlərindəndir. Türkcə kandaş ―bir atadan olanlar‖ mənasındadır. Qeyd edilməlidir ki, kasların şəxs adlarında taş, daş-“həmrəy‖ sözü geniş yer tutur: Nazimaruttaş (er. əv. XIV əsr), Maruttaş, Karain-taş, Kidin-Hutrutaş,Kikkiurtaş, Nambanidaş, Nattaş və b. (193). Bu komponent şəxs adlarında bəlkə də daş ―bərk‖, ―möhkəm‖ mənasındadır. Uyğur xaqanlığında Kinq-Daş xaqan (168,174), Orta Asiyada XII əsrdə türk qara-kitayların xanı Yeloy-Daş (1143-cü ildə ölmüşdür), səlcuq sultanı Məlikşahın (1072-1092) əmiri Arslan-Taş, Xarəzmdə XIII əsrdə Altuntaş (1017-1032), Azərbaycanın Beyləqan bölgəsində XII əsrdə Altuntaş, XI əsrdə Səlcuq nəslindən Ər-Taş-Yabqu, həmin əsrdə oğuz bəylərindən Su-Taş,XVI əsrdə qazaxlardan xan Buydaş şəxs adları məlumdur. Nizami Gəncəvi (―Yeddi gözəl‖,Bakı 1983. s. 140) Türktaz (əsli ehtimal ki Türktas) şəxs adını çəkir. K i k k i u r t a ş. Türkcə qök-―göy‖, ―səma‖ Kiur- ―allah‖ (türklərdə Kuar ―ildırım allahı‖ adının fonetik forması) və taş sözlərindəndir. Qeyd edilməlidir ki, elam dilində də kik- ―göy‖ deməkdir (102,122). M a r u t t a ş. Marut və türkcə taş sözlərindəndir. Qeyd edilməlidir ki, Marut şəxs adı V əsrdə Albaniyada da məlumdur və 487-ci ildə alban kilsə yığıncağında iştirak edən bir nəfərin adıdır. ―Marut‖ adı türkcə deyil, görünür, qədimdə Hindistanla sərhəddə yaşamış türk tayfalarının qərbə gətirdikləri addır. Kaslarda və Albanlarda Marut şəxs adını qədim hindlərdə külək allahı Marut ilə əlaqələndirmək olar (102,134). Arxeoloji qazıntılar Mərkəzi Asiyanın və Orta Asiyanın Şimali Hindistanla er. əvvəl III minillikdən başlayaraq ticarət əlaqələri saxladığını göstərmişdir (33,40). ―Marut‖ komponenti kassitlərdə iki Nazi-ma-rut-taş çar adında da əksini tapmışdır. Sanskrit dilində marut iblis, şeytan dərəcəsini bildirən addır. Nazimaruttaş şəxs adı şumerlərlə Nasi (Nazi) allahının adından, sanskritcə marut ―iblis (şeytan) dərəcəsini bildirən ad‖ və qədim türkcə taş sözlərindən ibarətdir. U r z i q u r u m a ş. Kaslarda bir çarın adı (er. əv. II minilliyin ortaları). Şumer dilində urzi (Allaha) həqiqi pərəstiş edən‖, kuru ―xeyr verən‖ və meş ―igid‖ sözlərindən ibarətdir. Ad ―həqiqi pərəstişkar və xeyr verən kişi (igid)‖ mənasındadır. Quruluşca şumerlərdə Gilgameş şəxs adı ilə müqayisə olunur. H a r b a ş i p a k. Kaslarda bir çarın adı (er. əv. II minilliyin ortaları). Kaslarda Harbe allahının adından və şumercə aş ―bir‖, pak, bak ―parıldamağa başlamaq‖, ―açılmaq‖ sözlərindən ibarət olub ―Harbe allahının köməyilə bir açılan‖ mənasını verir. K u d u r-E n l i l. Kaslarda bir çarın adı (er. əv. 1264-1256). Akkadca kudurri ―(mənim) payımdır‖ və şumercə Enlil (Allah) adından ibarətdir. ―Enlil (mənim) payımdır‖ mənasındadır. Ş a q a r a k t u-Ş u r i a ş. Kaslarda bir çarın adı (er. əv. 1255-1243). Teofor addır. Adın ―Şaqaraktu‖ hissəsi şumercə şaq―xeyr gətirən‖, ara ―qul‖ və Utu (Günəş allahı) sözlərindən ibarət olub ―Utu (allahına)xeyir gətirən qulu‖ mənasındadır. Adın ikinci hissəsi kaslarda Şuriaş allahının adından ibarətdir. Bütünlüklə ad ―Şuriaş allahının Utu allahına xeyir gətirən qulu‖ mənasındadır. A b i r a t t a ş. Kaslarda bir çarın adı (er. əv. II minilliyin ortaları). Bu adda ―t‖ səsi akkad dilində yazılışda qoşalaşdırılmışdır. Qədim türkcə amır, abır ―sakitlik‖, ―əmin-amanlıq‖ (166,I,59) və taş sözlərindəndir. K a r a i n t a ş. Kaslarda iki Karaindaş (yaxud Karaintaş) çar adı məlumdur. I Karaindaş (er. əv. II minilliyin 40-cı illəri) və II Karaintaş. İ. Əliyev (44,78) bu adı elam dilində Kuri, kassitcə Kari allahının adı ilə bağlamışdır. Türkcə karu, monqolca xaru ―əziz‖, ―sevimli‖, ini ―kiçik qardaş‖ və taş, daş sözlərindəndir. Quruluşca skiflərdə Xarasin adı ilə müqayisə olunur. İbn Xordadbeh (IX əsr) Təbəristanın və Gilanın hakiminin Cin-Cilan Xorasan adlandığını yazır (1,16). Xorasan (fars dilində ―şərq‖, ―gündoğan‖) toponimi ilə əlaqəsi olmayan bu şəxs adı xoru və türkcə əsən-―sağlam‖, ―gümrah‖ sözlərindən ibarətdir. K u r i q a l z u. Kassitlərdə müxtəlif vaxtlarda yaşamış iki çarın adı (er. əv. II minillik). Teofor addır. Ad ―Kuri‖ və ―qalzu‖ hissələrindən ibarətdir. Birinci hissə güman ki, lulubelərdə və kaslarda Kiur allahının adından (bax: kasalarda Kikkiurtaş adına), ya da şumercə kuru ―xeyr verən‖ sözündən ibarətdir. Kasların çar şəxs adlarında qəbilə allahının adı, həm də ―hakim‖ mənasını verirdi, çünki, qəbilə başçısı həm baş kahin, həm də qəbilə allahına bərabər şəxsiyyət sayılırdı. Lulubelərdə və kaslarda Kiur allahı, qədim türklərdə Kuar allahı ilə müqayisə olunur. Adın “qalzu‖ hissəsi şumercə galzu ―müdrik olmaq‖ (gal ―böyük‖, ―ulu‖ və zu ―bilik‖ sözlərindən – bax: 103,78) mənasındadır. Bütünlükdə bu şəxs adı ya ―Kiur (allahı) müdrikdir‖, ya da ―xeyir verən müdrik‖ deməkdir. Şumer dilinə mənsub qal-―böyük‖ sözü hələ er. əv. III minillikdə Akkad çarlarının adlarında vardı. Məsələn, çar Nerqal və onun arvadının adı Ereşkiqal və b. Lakin bu söz ilk dəfə məhz şumerlərdə Ninqal allah adından əksini tapmışdı. Ona görə şumerlərin şəhərdövlətlərində er. əv. III minillikdə Akurqal, Utuxeqal və b. çarlar olmuşdur. Şumercə qal-“böyük‖, ―başçı‖ sözü ilə qədim türkcə kal- ―qoca‖, ―hörmətli‖ (bax: 100,410) sözü arasında da həm zahiri, həm də semantik yaxınlıq nəzərə çarpır. T i p t a k z i. Kslarda bir çarın adı (er. əv. II minilliyin ortaları). Şumercə dib ―tutan‖, ―saxlayan‖, ta ―k‖ ―Allahın qərarıilə‖, zi “rəhmli‖, yaxud zi (g) ―həqiqi‖ sözlərindən ibarət teofor addır. Ad təxminən ―Rəhmli (yaxud həqiqi) allahın tutduğu, saxladığı‖ mənasındadır. Adın ―tip‖ hissəsinin oğuzların şəcərəsində Dib-Yavku, IX əsrdə Azərbaycan Sacilər dövlətinin banisi, əslən türk Əbu Sac Divdad (879-cu ildə ölmüşdür) və XV əardə qızılbaşlarda bir bəyin adı olan Div-Soltan Rumlu şəxs adlarındakı “dib”, “div” sözü ilə zahiri oxşarlığı diqqəti cəlb edir. Kasların allahlarının adları məlumdur, Şukamuna, Şimaliya, Kaşşu, Harbe, Şixu, Sax (yaxud Şuriaş), Qidar, Dur, Kamulda, İmmiriya, Mirizir və b. (102,130-131). Lakin bu adların mənaları aydınlaşdırılmamışdır. Mirizir Allahı ehtimal ki,ildırım allahı idi. Bu addakı “izir” komponenti türk-monqollarda osir, oçir-―ildırım şaxəsi‖ sözü də ola bilər. Kaslarda Harbe allahının adının əvvəlinə ―h‖ səsi əlavə olunmaqla qədim türk dillərindəki arba sözü ilə müqayisə oluna bilər. Müasir türk xalqlarında geniş yayılmış, lakin az işlənən bu söz ―ovsun‖, ―cadu‖, ―sehir‖, ―tilsim‖ mənalarındadır (166,I,168-169). Kaslarda çoxallahlılıq vardı. Görünür, Arbe allahı ovsun, sehir, cadu və s. əlaqədar qəbilə allahı idi. Maraqlısı odur i, kas dilində “da-kiki” sözü ―göy‖, ―səma‖ deməkdir (102,122). Yuxarıda kaslarda Kikkiurtaş şəxs adında ―kik‖ sözünün iştirak etdiyini və bu sözün Elam dilində də ―göy‖ mənasında olduğunu (102,122) demişik. Kassitlərin Elam dilqrupuna mənsub edilməsi fikri həm də bu sözə əsaslanır. ―Dakiki‖ sözü fikrimizcə, ‖Danq-kiki‖ kimi bərpa oluna bilər və türkcə tanq (danq) –―dan yeri‖, ―sübh‖ və gig – ―göy‖ sözlərindən ibarət olması ehtimal edilə bilər. Deməli, bu sözdə məhz dan yerinin sökülməsi ilə havanın, işıqlanması nəzərdə tutulurdu. Kas dilində Suriyaş ―Günəş allahı‖ deməkdir. Bu adın İran mənşəli olması fikri inandırıcı deyil. Bizcə bu qəbilə allahının adı bəzi türk dillərindəki sar (a-u əvəzlənməsinə görə sur)-―Günəş‖ və qədim türk dillərindəki yaş – ―qürub‖, ―gizlənmə‖, ―batma‖ (166,I,676) sözlərindən ibarətdir. Başqırdlarda və bəzi türk xalqlarında Günəş indi də Koyaş adlanır. Kas allahlarından biri Şimaliya adlanırdı (er. əv. 1171-ci il). Bu allahın adındakı “iya‖ sonluğu akkad dilində şəkilçidir. ―Şimal‖ formasında bərpa edilən teonim güman ki, qədim türk dillərində işım-―ildırım‖ və al-―qırmızı‖ sözlərindən ibarət olmaqla ―qırmızı parıltı‖, ―şəfəq‖ mənasını verir. Ehtimal etmək olar ki, kaslarda bu allah adı səhərlər və axşamlar üfüqün qızarması, qırmızı rəngə çalması ilə əlaqədar olmuşdur. İ. M. Dyakonov yazır ki, kassitlərdə bir tayfa Karzi-yabku adlanırdı (102,137). Bu etnonimdəki yabku sözü qədim türklərdə yabku ―elin, tayfanın başçısı‖, ―hökmdar‖ sözü (bax: Рашид ад-Дин. Сборник летописей, том. 1,кн. 1, М.-Л.,1952) ilə səsləşir. Quruluşca XIII əsr müəllifi Rəşid əd-Dinin ―Oğuznamə‖sində oğuz xanlarının şəcərə cədvəlində çəkilən Kurs-Yavkuy, Dib-Yavkuy, Tokuz-Tavkuy şəxs adları ilə eynidir. Kasların dilində yanzi ―hakim‖, ―hökmdar‖ mənasında idi (102,127). Bu sözün ağlabatan izahı verilməmişdir. Halbuki, təmiz türkmənşəli olan bu söz əvvəlinə danışıqda ―y‖ səsi əlavə olunmaqla anq-―qabaqdakı‖, (―başda duran‖ mənasında), ―ali‖, ―əlahəzrət‖, ―ən birinci‖, ―dərrakəli‖, ―istedadlı‖, ―fərasətli‖, ―zirək‖ (166,I,153) sözündən və - si, -çi şəkilçisindən ibarətdir. Semit dillərində ―ç‖ səsi yoxdur, ona görə mənbədə onu ―z‖ səsi ilə vermişlər. Kaslardan aşrak-―müdrik‖, dakaş-―ulduz‖, haşmar-―şahin, qartal‖ sözləri də məlumdur. Aşrak-―müdrik‖sözünün “aş” hissəsi güman ki, qədim türkcə as-‖ağıl‖, ―zəka‖, ―dərrakə‖ (166,I,306),us-―müdrik‖, ―usta‖ (166, I, 607) sözləri ilə əlaqədardır. Sözün ―rak‖ hissəsinin mənasını aydınlaşdırmaq çətindir. Bəlkə də bəzi türk dillərindəki ıra-―rəhmli ruh‖, ―mərhəmətli başlanğıc‖ (166,I,185) sözü və - k şəkilçisindən, yaxud qədim türkcə ar, aris-―təmiz‖ (100,53) sözlərindən ibarətdir. Kas dilindəki dakaş- ―ulduz‖ sözü bizcə qədim türkcə tanq (sonu “nq” qovuşuq səsi ilə və bu səsin ―q‖, ―g‖ səsinə keçməsilə, Azərbaycan dilində “dan”) –―sübh‖, ―o başdan‖ və yaşu – ―parıltı‖, ―şəfəq‖ (L. Q. Tuquşeva, s. 387) sözlərindən ibarət olmaqla dan ulduzunu ifadə etmişdir; başqa sözlə, güman ki, dakaş ―Dan parıltısı‖ mənasında Zöhrə ulduzunun adı idi. Kas dilindəki haşmar-―şahin‖, ―Qartal‖ sözü təmiz türkmənşəlidir. Bizcə, sözün əvvəlindəki ―h‖ səsi protezdir və deməli, əslində bu söz ―asmar‖ kimi olmaqla qədim türk dillərində as- ―dişləyib qoparmaq‖, ―bir neçə dəfəyə didib qoparmaq‖ (166, I, 672), yaxud es-―yırtıcı heyvanların və quşların qurbanı‖ (100,183) və umar-―arzu etmək‖, ―gözləmək‖,‖ummaq‖ (166,I,595) sözlərindən ibarətdir. Güman ki,bütövlükdə asmar (s-ş əvəzlənməsi akkad dilinə aid edilə bilər)-―dimdikləyib qoparmaq istəyən‖ mənasını verir ki, bu da ümumiyyətlə, yırtıcı quşun ovunu didib- parçalayıb yeməsi xassəsinə uyğundur. Qədim türk dillərində səciyyəvi a-u əvəzlənməsinə görə Mahmud Qaşqarinin lüğətindəki us-―kərkəs‖ (leş yeyən yırtıcı quş) sözünü bizcə məhz as sözünün fonetik şəkli saymaq olar. Kasların türk mənşəli olmasını sübut edən digər fakt bəzi qədim türk etnonimlərində Kas etnoniminin əks olunmasıdır. Mərkəzi Asiyada yaşayan uyğurların qədimdə 6 tayfasının Kas adlanması məlumdur (58,114). Yuxarıda kasların iki şəxs adlarında ―kadaş‖ sözünün iştirak etdiyini demişik. Maraqlıdır ki, erkən orta əsrlərdə ―kadaş‖ sözü sosial termin kimi uyğurlarda geniş yayılmışdı və xaqana (onun nəslinə) mənsub və vərəsəlik hüququna malik olan şəxsi ifadə edirdi (168,172-175). Yuxarıda deyildiyi kimi, kasların Midiya ərazisinə Mərkəzi Asiyadan gəlməsi göstərilir. Mərkəzi Asiyanın ən qədim türk xalqlarından biri də qırğızlar sayılır. ―Qırğız‖ etnoniminin mənası indiyədək açılmamışdır. Bəlkə də bu adın “kız” komponenti türk dilləri üçün səciyyəvi a-ı əvəzlənməsinə görə qədim Kas etnoniminin fonetik şəklidir. Xakaslarda Kızıl tayfasının adı əslində Kazal (Kasal) etnonimində a-ı əvəzlənməsi ilə əlaqədar olaraq Kas adı əksini tapmışdır. Xakasiyada Kaşlık şəhərinin adı kas, kaş etnonimi ilə bağlıdır. Son tədqiqatlar ―xakas‖ adının Kas etnonimindən yarandığını göstərmişdir (123,61-63). Qədim çin mənbələrində Mərkəzi Asiyada qırğızların dövlətinin Xa-Qas adlanması ( 38,297) da məlumdur. Çin Türküstanındakı Kaşqar şəhərinin qədim türk runi yazılarında Kaş adlanması da diqqəti cəlb edir. Erkən orta əsrlərdən məlum olan Xəzər, Qazax, Qazan türk tayfalarının adları əslində Kasar, Kasak və Kasan olmuşdur (bax,85). Er. əvvəl VI əsrdən məlum olan Qafqaz oroniminin Kas etnonimi ilə bağlılığı fikri hələ keçən əsrdə deyilmişdir (67). XVII əsrdə Sibirdə Udin mahalında türk tayfaları məlumdur. (99,247,254). Aşağıda haqqında danışacağımız kaspilər də kaslar ilə mənşəcə eynidir. Kasların kaspilərlə mənşəcə eyni etnos sayılması (bunu bir sıra tədqiqatçılardemişlər) və kaspilərin türk mənşəli olması kasların Elamidilli olması baxışını rədd edir. Elamlıların və kasların dillərində bəzi sözlərin eyniliyi heç də kasların bu sözləri Elam dilindən mənimsəməsi demək deyildir, əksinə də ola bilər. Deyilənlərdən aydın olur ki, Ön Asiyada guya uzaq keçmişdə lulubi-kuti-elam-hürrit-kassit dil ailəsinin mövcud olması fikri (183,38) təsdiqlənmir. Yalnız Hürrit və Urartu dilləri qohumdur, elam dilinin isə Hindistanın Dravid dil ailəsinə mənsub olması güman edilir. Bəzi tədqiqatçılara görə, qədim kaslar tarix səhnəsinə sonra kaspi adı ilə çıxırlar. Kaspilər Azərbaycanın hər iki hissəsində yaşamış qədim etnoslardan biridir. ―Kaspi‖ etnonimindən “pi” şəkilçisinin elammənşəli sayılması fikri ağla batmır. “Kaspi‖ etnoniminin Gürcüstanda qədimdən azərbaycanlılar yaşayan Kaspi yaşayış məntəqəsinin adında əks olunması göstərir ki, “kaspi‖ özünüadlandırmadır, başqa sözlə, elamların “pi” şəkilçisi Gürcüstanda kaspilərin etnik adında əks oluna bilməzdi. Kasların Azərbaycanda və ümumiyyətlə, Ön Asiyada tarixi rolu məsələsində tarixşünaslıqda qaranlıq çoxdur. Onların Maday və Manna etnosları ilə etnik mənsubiyyətcə yaxınlığının dərəcəsi aydın olmasa da Kas, Maday və Manna toponimlərini və şəxs adlarını Azərbaycan dilinin ən qədim leksik vahidləri saymaq olar. Beləliklə, er. əv. III minillikdən Cənubi Azərbaycan ərazisində və ona bitişik əyalətlərdə Altaymənşəli etnosların yaşaması ehtimal edilə bilər. Azərbaycan türklərinin birbaşa ulu əcdadları olan Manna və Maday etnosları belə bir etnik mühitdə tarix səhnəsinə çıxmışdır.

Bu sözün ağlabatan izahı verilməmişdir. Halbuki, təmiz türkmənşəli olan bu söz əvvəlinə danışıqda ―y‖ səsi əlavə olunmaqla anq-―qabaqdakı‖, (―başda duran‖ mənasında), ―ali‖, ―əlahəzrət‖, ―ən birinci‖, ―dərrakəli‖, ―istedadlı‖, ―fərasətli‖, ―zirək‖ (166,I,153) sözündən və - si, -çi şəkilçisindən ibarətdir. Semit dillərində ―ç‖ səsi yoxdur, ona görə mənbədə onu ―z‖ səsi ilə vermişlər. Kaslardan aşrak-―müdrik‖, dakaş-―ulduz‖, haşmar-―şahin, qartal‖ sözləri də məlumdur. Aşrak-―müdrik‖sözünün “aş” hissəsi güman ki, qədim türkcə as-‖ağıl‖, ―zəka‖, ―dərrakə‖ (166,I,306),us-―müdrik‖, ―usta‖ (166, I, 607) sözləri ilə əlaqədardır. Sözün ―rak‖ hissəsinin mənasını aydınlaşdırmaq çətindir. Bəlkə də bəzi türk dillərindəki ıra-―rəhmli ruh‖, ―mərhəmətli başlanğıc‖ (166,I,185) sözü və - k şəkilçisindən, yaxud qədim türkcə ar, aris-―təmiz‖ (100,53) sözlərindən ibarətdir. Kas dilindəki dakaş- ―ulduz‖ sözü bizcə qədim türkcə tanq (sonu “nq” qovuşuq səsi ilə və bu səsin ―q‖, ―g‖ səsinə keçməsilə, Azərbaycan dilində “dan”) –―sübh‖, ―o başdan‖ və yaşu – ―parıltı‖, ―şəfəq‖ (L. Q. Tuquşeva, s. 387) sözlərindən ibarət olmaqla dan ulduzunu ifadə etmişdir; başqa sözlə, güman ki, dakaş ―Dan parıltısı‖ mənasında Zöhrə ulduzunun adı idi. Kas dilindəki haşmar-―şahin‖, ―Qartal‖ sözü təmiz türkmənşəlidir. Bizcə, sözün əvvəlindəki ―h‖ səsi protezdir və deməli, əslində bu söz ―asmar‖ kimi olmaqla qədim türk dillərində as- ―dişləyib qoparmaq‖, ―bir neçə dəfəyə didib qoparmaq‖ (166, I, 672), yaxud es-―yırtıcı heyvanların və quşların qurbanı‖ (100,183) və umar-―arzu etmək‖, ―gözləmək‖,‖ummaq‖ (166,I,595) sözlərindən ibarətdir. Güman ki,bütövlükdə asmar (s-ş əvəzlənməsi akkad dilinə aid edilə bilər)-―dimdikləyib qoparmaq istəyən‖ mənasını verir ki, bu da ümumiyyətlə, yırtıcı quşun ovunu didib- parçalayıb yeməsi xassəsinə uyğundur. Qədim türk dillərində səciyyəvi a-u əvəzlənməsinə görə Mahmud Qaşqarinin lüğətindəki us-―kərkəs‖ (leş yeyən yırtıcı quş) sözünü bizcə məhz as sözünün fonetik şəkli saymaq olar. Kasların türk mənşəli olmasını sübut edən digər fakt bəzi qədim türk etnonimlərində Kas etnoniminin əks olunmasıdır. Mərkəzi Asiyada yaşayan uyğurların qədimdə 6 tayfasının Kas adlanması məlumdur (58,114). Yuxarıda kasların iki şəxs adlarında ―kadaş‖ sözünün iştirak etdiyini demişik. Maraqlıdır ki, erkən orta əsrlərdə ―kadaş‖ sözü sosial termin kimi uyğurlarda geniş yayılmışdı və xaqana (onun nəslinə) mənsub və vərəsəlik hüququna malik olan şəxsi ifadə edirdi (168,172-175). Yuxarıda deyildiyi kimi, kasların Midiya ərazisinə Mərkəzi Asiyadan gəlməsi göstərilir. Mərkəzi Asiyanın ən qədim türk xalqlarından biri də qırğızlar sayılır. ―Qırğız‖ etnoniminin mənası indiyədək açılmamışdır. Bəlkə də bu adın “kız” komponenti türk dilləri üçün səciyyəvi a-ı əvəzlənməsinə görə qədim Kas etnoniminin fonetik şəklidir. Xakaslarda Kızıl tayfasının adı əslində Kazal (Kasal) etnonimində a-ı əvəzlənməsi ilə əlaqədar olaraq Kas adı əksini tapmışdır. Xakasiyada Kaşlık şəhərinin adı kas, kaş etnonimi ilə bağlıdır. Son tədqiqatlar ―xakas‖ adının Kas etnonimindən yarandığını göstərmişdir (123,61-63). Qədim çin mənbələrində Mərkəzi Asiyada qırğızların dövlətinin Xa-Qas adlanması ( 38,297) da məlumdur. Çin Türküstanındakı Kaşqar şəhərinin qədim türk runi yazılarında Kaş adlanması da diqqəti cəlb edir. Erkən orta əsrlərdən məlum olan Xəzər, Qazax, Qazan türk tayfalarının adları əslində Kasar, Kasak və Kasan olmuşdur (bax,85). Er. əvvəl VI əsrdən məlum olan Qafqaz oroniminin Kas etnonimi ilə bağlılığı fikri hələ keçən əsrdə deyilmişdir (67). XVII əsrdə Sibirdə Udin mahalında türk tayfaları məlumdur. (99,247,254). Aşağıda haqqında danışacağımız kaspilər də kaslar ilə mənşəcə eynidir. Kasların kaspilərlə mənşəcə eyni etnos sayılması (bunu bir sıra tədqiqatçılardemişlər) və kaspilərin türk mənşəli olması kasların Elamidilli olması baxışını rədd edir. Elamlıların və kasların dillərində bəzi sözlərin eyniliyi heç də kasların bu sözləri Elam dilindən mənimsəməsi demək deyildir, əksinə də ola bilər. Deyilənlərdən aydın olur ki, Ön Asiyada guya uzaq keçmişdə lulubi-kuti-elam-hürrit-kassit dil ailəsinin mövcud olması fikri (183,38) təsdiqlənmir. Yalnız Hürrit və Urartu dilləri qohumdur, elam dilinin isə Hindistanın Dravid dil ailəsinə mənsub olması güman edilir. Bəzi tədqiqatçılara görə, qədim kaslar tarix səhnəsinə sonra kaspi adı ilə çıxırlar. Kaspilər Azərbaycanın hər iki hissəsində yaşamış qədim etnoslardan biridir. ―Kaspi‖ etnonimindən “pi” şəkilçisinin elammənşəli sayılması fikri ağla batmır. “Kaspi‖ etnoniminin Gürcüstanda qədimdən azərbaycanlılar yaşayan Kaspi yaşayış məntəqəsinin adında əks olunması göstərir ki, “kaspi‖ özünüadlandırmadır, başqa sözlə, elamların “pi” şəkilçisi Gürcüstanda kaspilərin etnik adında əks oluna bilməzdi. Kasların Azərbaycanda və ümumiyyətlə, Ön Asiyada tarixi rolu məsələsində tarixşünaslıqda qaranlıq çoxdur. Onların Maday və Manna etnosları ilə etnik mənsubiyyətcə yaxınlığının dərəcəsi aydın olmasa da Kas, Maday və Manna toponimlərini və şəxs adlarını Azərbaycan dilinin ən qədim leksik vahidləri saymaq olar. Beləliklə, er. əv. III minillikdən Cənubi Azərbaycan ərazisində və ona bitişik əyalətlərdə Altaymənşəli etnosların yaşaması ehtimal edilə bilər. Azərbaycan türklərinin birbaşa ulu əcdadları olan Manna və Maday etnosları belə bir etnik mühitdə tarix səhnəsinə çıxmışdır.