Azərbaycan tarixi/Teymur və Azərbaycan
←Şah İsmayılın daxili və xarici siyasəti | Azərbaycan tarixi |
Azərbaycan Birinci Dünya Müharibəsi illərində→ |
XIV əsrin sonu –XV əsrin əvvəlində Azərbaycanın və bir sıra Şərq ölkələrinin siyasi vəziyyətində bir sıra mühüm amillər əsaslı rol oynadı. Bunlardan ən başlıcası bu yerlərin Teymurun basqınlarına məruz qalması idi.
Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti I İbrahimin hakimiyyəti (1382-1417) altında müəyyən iqtisadi – siyasi tərəqqiyə nail olmuşdu. I İbrahimin ağıllı və tədbirli siyasəti nəticəsində Şirvan öz istiqlaliyyətini qoruyub saxlaya bildi. Hətta Şəki hakimini Seyid Əlinin oğlu Seyid Əhmədi Teymurla barışdırıb Şəki torpaqlarını işğalçıların basqınından xilas etdi. Gürcü çarı Georğinin də Teymurla sülh mü-qaviləsinin bağlamasında I İbrahimin müsbət rolu özünü göstərdi. Təbiidir ki, Teymu-run vassallarına çevrilmiş Şirvan və Şəki öz qoşunları ilə həm Qızıl Orduya və həm də Türkiyəyə qarşı vuruşda iştirak etmişdilər.
Azərbaycanın sərvətləri Qızıl Ordu xanlarının da diqqətini çəkirdi. Onlar Elxanilərə qarşı müharibələrdə məğlub olaraq istədiklərinə, Azərbaycanın zəngin sərvətlərinə yiyələnə bilməmişdilər. İndi əlverişli şəraitin yetişdiyini görən Toxtamış xan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlamışdı.
Bu dövrdə Orta Asiyada Teymurilər dövlətinin qurucusu Teymurun da Azərbaycana yürüşləri məhz həmin dövrlərə təsadüf edir. 1386-cı ilin baharında Əmir Teymur İrana soxulur. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu. Lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır.
Azərbaycan xalqı Teymurun hücumundan özünə gəlməmiş 1386-cı ilin qışında Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla (Bəy Poladın sərkərdərliyi ilə) Dərbəndi keçərək Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim Şamaxının müdafiəsini təşkil etsə də, heç bir nəticə əldə edə bilmədi. Toxtamış Şirvanı keçərək Təbrizə yaxınıaşdı və orada ciddi müqavimətə rast gəldi. Toxtamış Şənbi Qazanda yerləşərək 8 gün Təbriz qalası ətrafında dövrə vurdular, lakin şəhərə girə bilmədilər. Bunu görən Toxtamış Əmir Vəli ilə danışıqlara girdi və 250 tümən qızıl alaraq, guya geri qayıtmağa başladılar. Arxayın olan şəhər əhalisi silahı yerə qoydular.Bunu görən Toxtamış xəyanət edərək şəhəri ələ keçirdi. Şəhər əhalisi 8 gün ərzində qarət olun-dular. Bunun ardınca Marağa şəhəri qarət olundu. Mərənd, Naxçıvan həmin taleyi yaşadılar. Bundan sonra Toxtamış Qarabağa və oradan isə şimala çəkilir. Toxtamış buradan gedərkən çoxlu sərvət və 200 mindən çox əsir aparmışdı. 1387-ci ildə Əmir Teymur yenidən Azərbaycana yürüş etdi. Onlar Cəlairli Sultan Əhmədi darmadağın edərək yenidən Təbrizə gəldilər. Teymur, Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutduqdan sonra payızda Naxçıvana gələrək Əlincə qalasına yaxınlaşdı. Bu qala Əlincə çayı sahilində, yüksək sıldırım qaya üzərində yerləşmiş, möhkəm divarlar və bürclərlə əhatə olunmuşdu. Cəlairli Əhməd xəzinəsini, ailəsini, oğlunu qalada yerləşdirib, onun müdafiəsini Əmir Altuna tapşır-mışdı. Onun ixtiyarında 300-ə yaxın qorçu var idi. Qalanın müdafiəsinə Şəki və Gürcüstan kömək edirdi. 1388-89-cu ilin qışında gürcülərlə ittifaqa girən Seyid Əli Orlat Əlincə qalası müdafiəçilərinin köməyinə gəldi. Qala yaxınlığında gərgin döyüş başladı. Bu döyüşdə Seyid Əli həlak olmuşdu. Lakin qalanı almaq mümkün deyildi. Teymurun sərkərdələrindən Əmir Məhəmməd Barlas, Əbu Bəkir Mirzənin başçılçğı altında qüvvələr bir neçə dəfə Əlincəyə qəti yürüşə başlasalar da, qala təslim olmamışdı. Lakin qala daxilində Məlik Tahirin xəyanəti (Altuna qarşı) qalanı zəiflətdi.
1399-cu ildə Teymur səfərbərlik edərək yenidən Əlincə səfərinə yollanır. Oktyabrın 10-da Teymur müqavimətə rast gəlmədən başsız buraxılmış qalaya daxil olur. Əlincə fasilələrlə 12-il (1387-1399) mərdliklə müdafiə olunduqdan sonra feodal ara çəkiş-mələri nəticəsində süqut etdi.
Çox maraqlıdır ki, Teymur Əlincə qalasını fəth etdikdən sonra öz əzəməti ilə onu heyran edən və heyrətə gətirən bu qalanı xüsusi ziyarət etmişdi.
Azərbaycanın cənub vilayətlərinin və Əlincə qalasının tutulması Şirvanı da böyük təhlükə altına alırdı. I İbrahim Şirvanın təhlükəsizliyi qayğısına qalaraq Teymurla danışıqlara girdi və 1386-cı ilin payızında qiymətli hədiyyələrlə Teymurun Bərdə yaxınlığındakı düşərgəsinə getdi. Rəvayətə görə İbrahim qiymətli hədiyyələrlə yanaşı 8 qul da aparıbmış. Adətən bu rəqəm 9 olurmuş.İbrahimdən soruşanda ki, niyə 8qul gətirmisən O, cavabında “9-cu qul mən özüməm”demişdir. Elə bu cavab guya Əmir Teymurun xoşuna gəlmişdir və onunla müttəfiq olmuşdur.
Başqa bir səlnaməçi yazır ki, hədiyyələrin üstündə İbrahim, Nizami Gəncəvin
“VII gözəl” timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymurun hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.
Bütün bunlara baxmayaraq, əsas məsələ odur ki, Şirvanşah Teymurla sazişə girir və Şirvan torpaqlarını dağıntılardan xilas edir. Danışıqlar zamanı Dərbənd keçidinin Qızıl Ordadan müdafiəsi məhz İ İbrahimə tapşırılmışdı.
Hələ 1987-ci ilin əvvəlində Qızıl Ordalılar ikinci dəfə Azərbaycana soxulanda Teymurun hərbi dəstələrinin tərkibində şirvanlılar da vuruşmuşdular.
1395-ci il aprelin 15-də Terek çayı sahilində vuruşmada Teymurla Şirvan qoşunlrı Toxtamışın hərbi qüvvələrini məğlub etdi.Toxtamış Sibirə qaçır və orada Sibir xanı Şadıbəy tərəfindən öldürülür.
Şirvan və Şəki qoşunları Teymurilərlə bərabər Osmanlı Türkiyəsinə qarşı da vuruşmuşlar.1402-ci ildə Ankara yaxınlığındakı döyüşdə Türk sultanı İldırım Bəyazid məğlub oldu və əsir düşdü. Bu qələbədən sonra yaxın Şərqin xeyli hissəsi Teymurun əlinə keçdi.
Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi.O,Teymurun hakimiyyətindən öz məqsədləri üçün istifadə etdi. Birincisi, O, Teymurla Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.
Eyni zamanda I İbrahim 1398-ci ildə Şəki vilayətinin hakimliyini Əlincə ətrafındakı döyüşlərdə həlak olmuş Seyid Əlinin oğlu Seyid Əhmədə qaytarmaq barədə Əmir Teymurun razılığlını aldı.
Üçüncüsü, I İbrahimin köməyi ilə gürcü çarı VII Georgi Teymula sülh müqaviləsi bağladı. Bununla həm də Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmləndi. Həmin vaxtdan etibarən Gürcüstan və Şəki Əmirliyi Şirvanşahın mütəffiqi kimi çıxış edirdilər.
Azərbaycanın Teymur tərəfindən istila edilməsi və onun zülmü ölkənin təsərrüfat həyatına sarsıdıcı təsir göstərir, xalqı aclığa məhkum edirdi. Dövrün müasirlərindən biri yazırdı:”Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər yeri bürüdü... gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır”
Bununla belə, Teymur Azərbaycanda xeyriyyə işləri də görmüşdü.O, Ankara vuruşmasından sonra , 1403-cü ildə Qarabağa gedərkən yolüstü Beyləqana gəlmiş və buranın dağılıb pis vəziyyətə düşdüyünü görmüşdür. Buna görə də Beyləqanın abadlaşdırılması və Araz çayından bura kanal çəkilməsinə göstəriş vernişdir.
Dünyaya hökmranlıq etmək istəyən Teymur : “Göydə Allah tək olduğu kimi, yer üzündə də ancaq bir padşah olmalıdır. Bəşəriyyətə iki padşah ağalıq edə bilməz”- deyirdi.Lakin onun bu iddiası baş tutmadı.1405-ci ildə isə Teymur vəfat etdi.
Azərbaycanın şimalında Şirvan dövləti mövcud olduğu bir zamanda ölkənin cənub vilayətlərinin idarəçiliyi Teymurun oğlu Miranşahın əlində idi. Miranşahın Azərbaycanda törətdiyi dağıntılar ölkənin təsərrüfatına və mədəniyyətinə mənfi təsir göstərirdi. Miranşahın qəddarlığı xalqın qəzəbinə səbəb olmuşdur. Xalq arasında ona “Maranşah” deyirdilər.Azərbaycanın bəzi bölgələrində ona qarşı tez-tez üsyanlar baş verirdi. Məsələn, Şəki hakimi Seyid Əli ona itayət etməkdən boyun qaçırdı. Təbrizdə də Miranşaha qarşı üsyan baş verdi. Hər iki üsyan çox çətinliklə yatırıldı. Elə məhz qəddarlığına görə Miranşah atası Teymur tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Atasının ölümündən sonra hakimiyyəti ələ keçirmək üçün mübarizə aparmış,1408-ci ildə Qara Yusiflə döyüşdə öldürülmüşdür.
Teymurun ölmündən sonra onun yaratdığı böyük imperiya dağılmağa başladı.Varislər arasında hakimiyyət uğrunda mübarizə başladı.Bir biri ilə ədavət edən Miranşah və onun oğlu Ömər Mirzə Azərbaycanın cənub hissəsinə yiyələnmək istəyirdilər. Belə bir şəraitdə Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərdə xalq üsyanları geniş vüsət aldı. Eyni zamanda Gürcüstanda da Teymurilərə qarşı üsyan başlayır.
Yaranmış vəziyyətdən I İbrahim istifadə edərək Kür çayını keçməyə və Gəncə və Qarabağı tutmağa nail olur.
Bu zaman İbrahimlə Gürcü çarı Konıstantin, Şəki hakimi Seyid Əli, Qaraman tayfa-sının başçısı Əmir Yarəhməd və Ərdəbil hakimi Bistam Cəyir ittifaq bağlayaraq Teymurilərə qarşı çixırlar.1405-ci ilin yayında birləşmiş qoşun Kür sahilində Ömər Mirzənin qoşunlarını məğlub edirlər.Ömər cənuba doğru çəkilir və Təbrizə gələrək əhalidən xərac toplayır.Qəzəblənmiş xalq ayağa qalxaraq üsyan edir və ömərin qoşununu şəhərə buraxmırlar. Şeyx Əli Qəssab və Qazi İmaməddin şəhərin başçısı seçilirlər.
1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək əhalidən 100 min qızıl istəyir.Narazı olan xalq yenidən üsyan edərək I İbrahimi özlərinə köməyə çağırırlar. 1406-cı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə daxil olur. Əhali İbrahimi mehribanlıqla qarşılayır və onu öz hakimi kimi tanıyır.Şirvanşah İbrahim əahlidən alınan vergiləri qayadaya saldı.
Beləliklə, qısa müddətə də olsa Şirbvanşah İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirə bildi. Lakin o,Təbrizdə möhkəmlənə bilmədi. Çünki tezliklə Cəlairli sultan Əhməd və onunla ittifaqda olan Qaraqoyunlu hərbi birləşmələrinin başçısı Qara Yusif Təbrizə yaxınlaşırlar. I İbrahim məcburiyyət qarşısında qalaraq Təbrizi tərk etməli olur.
Azərbaycanda ictimai-siyasi vəziyyətin durmadan kəskinləşməsi nəticəsində Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda islam dini ehkamlarına və sonralar Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yayılmağa başladı. Hürufilik (hərflər sözündəndir) şiəlikdə bir təriqətdir. Bu təlimin banisi Şeyx Fəzlüllah Cəlaləddin Nəimidir. Özünün dünyagörüşü, fəlsəfi təlimi və bədii yaradıcılığı ilə Azərbaycan fəlsəfi və bədii fikiri zəmnində yetişmişdir. Hürufilik təlimi Azərbaycanın sosial fəlsəfi fikir tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik və əxilik (qardaşlıq) hərəkatları ilə üzvi surətdə bağlı idi.
Hürufilik Allahın təbiətdə, əşyada, sözdə xüsusən insanda təcəssümünü əsas götürürdü. Bu nəzəriyyənin dərin sosial kökü vardı. Hürufilər deyirdilər ki hökmdarlar qan içən, din-şəriət xadimləri riyakardırlar. İnsanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə Nəimidir. O,öz qüvvəsi ilə ədalətsizliyi, qanlı müharibələri, zülmü, soyğunçuluğu aradan qaldıracaq dini ekamları, mənasız ekamları aradan qaldıracaq.
Deməli hürufilər Allahın təcəssümünü, kamil insanları, qəsbkar zalım hökmrannlığa qarşı qoyurdular. Başqa sözlə bu dövrdə Teymurilər zülmünə qarşı geniş xalq kütlələrinin azadlıq mübarizəsinə Sərbədarlar (insan azadlığı üçün başlarından keçənlər), müxtəlif ideoloji cərəyanın başçıları rəhbərlik edirdilər. Belə başçılardan biri Fəzlüllah Nəimi idi. Hürufilikdə Allah eyni zamanda söz, kəlam şəkilində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Deməli Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunur. Məs. Peyğəmbərimiz olan Məhəmmədin nitqi 28 hərfdə öz ifadəsini tapmışdır. Fəzüllah Nəimi isə farsın 32 hərfini əsas götürmüşdür. Onun “Cavidannamə” (Əbədiyyət kitabı) əsəri 32 hərfdən bəhs edir.İnsanın üzündə andangəlmə yeddi xətt vardır: 2qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən, yəni od, su, hava və torpaqdan əmələ gəldiyi üçün hər biri dörd hesab edilir.
Hamısının say isə 28 edir. Saç, ortadan ikiyə ayrıldıqda xətt 8 olur. Bu rəqəmi dörd ünsürə vurduqda 32 alınır.
Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirrlərini açmaq mümkün olduğunu qeyd edirlər. Hürufilərə görə, Allah yaratdığı dünya daim dövr edir və bu görünən dəyişikliklərin səbəbidir.Allah iki yolla təzahür edir.Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində. Yəni Quranda və şeylərin adında.
Hürufilik ilk dəfə Naxçıvanda, Astrabadda yayılmış, Teymurilərə qarşı mübarizədə əhəmiyyətli rol oynamışdır. Hürufilik tərəfdarları istilaçılar tərəfindən amansızcasına təqib olunaraq cəzalandırılmışlar. Fəzullah Nəimi 1394-cü ildə Teymurun əmri ilə ilə Miranşah tərəfindən həbs edilərək Naxçıvandan Əlincə qalasına aparılır və orada dəhşət-li surətdə edam edilir.
Hürufiliyin digər görkəmli nümayəndələri –məşhur hürufi şairi İmaddədin Nəsimi (əsl adı Seyid Əli idi),Əbdülhəsən Əli ül Əla və başqaları idi. Bunların başçılığı ilə hürufilər Turkiyə ərazisində fəaliyyət göstərmiş və türk dilində geniş ədəbiyyat yaratmışlar.
Hürufiləri daim təqib edən islam dininin amansız müridləri 1317-ci ildə Suriyanın Hələb şəhərində Nəsiminin diri-diri dərisini soymuşlar.
Dahi Azərbaycan şairi M.Füzulinin əsərlərində də hürufilik motivləri vardır.
Yaxın və orta Şərqin hərbi-siyasi tarixində qaraqoyunlu və ağqoyunlu tayfaları mühüm rol oynamışlar. Həmin tayfalar mənşəcə oğuz tayfalarından idilər.
Əvvəllər Van gölünün cənubunda məskən salmış qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan, Sivas və Gürcüstanın şimal torpaqlarında möhkəmlənib ağqoyunlu-lara, cəlairlərə və teymurilərə qarşı mübarizə aparmışlar.
Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca idi. 80-ci illərin sonundan etibarən Qaraqoyunlularla Cəlairlər arasında gedən müharibələr nəticəsində qaraqoyunlular bir qədər zəiflədi. Qara Məhəmməd (1380-1389) cəlairlərlə vəziyyəti sahmana salaraq mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoyur.1382-ci ildə o,Təbrizə hücum edir və cəlairli Şeyx Əli üzərində qələbə çalır. 1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin ərazilərindən keçərək Teymura və ağqoyunlulara qarşı vuruşur, ağqoyunluları məğlub edirlər.
1387-ci ildə Teymur Naxçıvandan qaraqoyunlular üzərinə hücuma keçir. Bunu eşidən Qara Məhəmməd Çapaqcur dairəsindəki sərt keçidləri tutaraq Teymuri qüvvələrini darmadağın etdi. Teymurla Toxtamış arasında gedən rəqabətdən istifadə edən Qara Məhəmməd 1388-ci il mayın 24-də Cəlairli əmirlərini məğlub edərək Təbrizə daxil olur. 1389-cu ildə öz qardaşı oğlu Qara Pirhəsənin qələbə çalmasına baxmayaraq mübarizəni davam etdirə bilir və1389-cu ildə Qaraqoyunluların rəhbəri Kəmaləddin Qara Yusif(1389-1420)olur.1392-ci ildə O,Pirhəsən bəyi məğlub edir və əsir edərək Teymura göndərir.