Resept:Bahar salatı

(Bahar salatı səhifəsindən yönləndirilmişdir)

Lazımdır

redaktə
  • Turp (ağ və qırmızı) – 100 q.,
  • yumurta - 2 əd.,
  • xiyar – 100 q.,
  • bolqar bibəri - 100 q.,
  • yerkökü – 50 q.,
  • yaşıl kahı – 20 q.,
  • göy soğan, şüyüd - 50 q.,
  • mayonez - 100 q.,
  • duz.

Hazırlanması

redaktə

Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır. üzərinə mayonez əlavə edilir, dairəvi kəsilmiş xiyar, bibər, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd, soğan səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur.