Basic
BASIC dili – 1960-cı illərin ortalarında John Kemeney və Thomas Kurtz tərəfindən inkişaf etdirilmişdir. Hər nə qədər BASIC adının "Beginner's All_purpose Symbolic Instruction Code" sözlərinin baş hərflərindən yaradıldığı deyilsə də, bu sözlərin daha sonradan uydurulduğu fərz edilir. Yüksək səviyyəli dillərin ən köhnə və ən sadə olanlarından biridir. Bütün sadəliyinə qarşı, bir çox biznes sahələrində istifadə edilmişdir. BASIC dili də ANSI tərəfindən standartlaşdırılmışdır. Ancaq BASIC dilinin əlavə xüsusiyyətləri mövcuddur. Məsələn Microsoft firmasının yaratdığı Visual Basic dilinə Obyekt Yönümlü Proqramlaşdırmaya bağlı bir çox xüsusiyyət əlavə olunmuşdur. Ayrıca BASIC dilinin bəzi versiyaları tətbiqi proqramlarda (Məsələn Microsoft Excel və Microsoft Wordda) istifadəçinin xüsusiləşdirmə və avtomatlaşd;rma məqsədiylə yazacağı makroların yazılmasında istifadə edilən proqramlaşdırma dili olaraq da ümumi qəbul edilmişdir.
Standartlar
redaktə- ANSI X3.60-1978 «FOR MINIMAL BASIC»
- ISO/IEC 6373:1984 «DATA PROCESSING — PROGRAMMING LANGUAGES — MINIMAL BASIC»
- ANSI X3.113-1987 «PROGRAMMING LANGUAGES FULL BASIC»
- ISO/IEC 10279:1991 «INFORMATION TECHNOLOGY — PROGRAMMING LANGUAGES — FULL BASIC»
- ANSI X3.113 INTERPRETATIONS-1992 «BASIC TECHNICAL INFORMATION BULLETIN # 1 INTERPRETATIONS OF ANSI 03.113-1987»
- ISO/IEC 10279:1991/ Amd 1:1994 «MODULES AND SINGLE CHARACTER INPUT ENHANCEMENT»
Digər proqramlaşdırma dilləri
redaktəƏdəbiyyat
redaktə- Роберт В Себеста, Concepts of Programming Languages, 2001.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Definition of "Computer Program" at dictionary.com