Biologiya/Genefond haqqında

../ Biologiya

../


Genefond sözü "gen""fond" sözlərinin birləşməsindən əmələ gəlməklə eyni cinsə, nəslə, əcdadlara malik olan heyvanların genlərinin, genomlarının, həmin genlərin daşıyıcısı olan nəsillərin toplanıb saxlanılaraq mühafizə olunmaq və inkişaf etdirmək üçün qruplaşdırılmasını nəzərdə tutur.

Genefond sözü ilk dəfə zootexniya ədəbiyyatına və biologiyaya rus alimi A.S. Serebrovski tərəfindən gətirilmişdir.

Genefond istilahı cinsə, populyasiyaya, qrupa daxil olan heyvanların alel tərkibini göstərir. Bu genlər, alellər fərdlərə uzaq nəsillərdən gələrək orqanzmdə saxlanılır. Genefondun yaradılmasında məqsəd eyni əcdadlardan törəyən, onun genlərini özündə gəzdirən fərdlərin toplanaraq mühafizə edilib artırılmasından ibarətdir. Genefondun yaradılması eyni gen və ya genom daşıyıcıları olan heyvanların nəsillərə çatdırmaq üçün onların genomlarının saxlanılması, yaxud həmin heyvanların törədicilərinin spermasının toplanıb dondurularaq maye azotda saxlanılmasını nəzərdə tutur.

Hər bir ölkənin, dövlətin ərazisində olduğu kimi, bizim respublikamızın ərazisində də onun coğrafi iqlim və ekoloji şəraitinə tam uyğunlaşmış bir çox xəstəliklərə davamlı, tarixi təkamül nəticəsində formalaşmış heyvan və quş cinsləri populyasiyaları mövcuddur.