Camışçılıq/Kəlçələrin bordaqda kökəldilməsi

Camışların artırılması Camışçılıq

Camışçılığın iqtisadi cəhətdən gəlirli sahə olması ilə əlaqədar onun damazlıq və məhsuldarlıq keyfiyyətlərini daha da yaxşılaşdırmaq istiqamətində təkmilləşdirilməsinin aparılması vacibdir. İri buynuzlu qara malın səmərəli kökəldilməsi diri çəkinin, köklük dərəcəsinin artması və yüksək keyfiyyətli ət istehsalı edilməsi üçün ən vacib amillərdən biridir.

Təcrübələr göstərir ki 90-120 gün müddətində kökəldilən cavan heyvanların diri çəkisi 1,5% cəmdəyin və iç piyinin çəkisi iki dəfəyə qədər artaraq ətinin koloriliyi də yüksəkdir. Camışların ət keyfiyyəti kökəlmə xüsusiyyətləri kəndli fermer təsərrüfatlarında demək olar ki, kifayət qədər öyrənilməmişdir. Buna görə də təcrübə adi təsərrüfat şəraitində saxlanılmış Azərbaycan camış cinsi üzərində 18-20 aylıq yaşda aparılmışdır. Belə ki, erkək kəlçələr götürülərək intensiv sürətdə kökəlməyə qoyulmuşdu.

Heyvanların yemlənməsi və bəslənilməsi gündəlik iş qaydasına və hər ayda tərtib edilmiş gündəlik yem payına əsasən yerinə yetirilmişdir. Kökəlmə müddətində təcrübə qrupunda olan heyvanların 1 kq diri çəki artımına orta hesabla 8,88 kq yem vahidi, hər yem vahidinə 103 qr həzm olunan poteyn, nəzarətdə isə uyğun olaraq 10,77 kq və 122 qr sərf edilmişdi. Təcrübə qrupunun rentabellik səviyyəsi nəzarətinkinə nisbətən daha yüksək olmuşdur. Buda normal yemləmə və bəsləmənin daha əhəmiyyətli olmasını sübut edir.

Erkək kəlçələrin kökəldilmə müddətində diri çəki və gündəlik çəki artımının dəyişməsi cədvəldə göstərilmişdir. Cədvəldən göründüyü kimi kəlçələrin diri çəki artımına yem məsarifi kökəltmənin üsullarına uyğun olaraq müxtəlif olmuşdu. Təcrübə qrupunda camışların diri çəkisi nəzarət qrupuna nisbətən 58 kq, gündəlik çəki artımı isə 484 qr çox olmuşdur. Kökəlmə müddətində təcrübə heyvanlarının diri çəkisi 31,4%, nəzarətininki isə 18,4% artmışdır. Təcrübə qrupunun köklük dərəcəsi ortadan yuxarı olmaqla ət çıxarı 52,5% təşkil etmişdir.

Heyvanların intensiv üsulla kökəltməklə ətin keyfiyyətini yaxşılaşdırmaq, onun istehsalını çoxaltmaq mümkündür. Bu da kökəltmənin iqtisadi cəhətdən əhəmiyyətli olmasını göstərir.