Resept:Düşbərə

(Düşbərə səhifəsindən yönləndirilmişdir)

Tərkibi

redaktə
  • un - 2 st.
  • qoyun əti - 100 q.
  • soğan - 2 baş
  • keşniş, şüyüt, duz, istiot
  • sarıkök və ya pomidor

Hazırlanma qaydası

redaktə

Soğan və ət maşında çəkilir, üzərinə duz istiot əlavə edib qarışdırılır. Adi xəmir hazırlanır. 2 kündəyə bölünür. Kündələr yayılır və dördbucaqlı şəklində kəsilir. Kəsilmiş xəmirlərə ət qoyulur, papaq şəklində bürülür. Suyu qaynadıb üzərinə duz, sarıkök (və ya tomat) əlavə edilir. Daha sonra bükülmüş xəmirlər suya tökülür və 10 dəq. bişirilir.

Xarici keçid

redaktə