Ekspert sistemlər/Ekspert sistemlərin təsnifatı
←../ | Ekspert sistemlər |
../→ |
İşlənmə səviyyəsinə görə ES belə klassifikasiya oluna bilərlər.
- Təsviri prototip (2-3 ay,50-100 qayda) - Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədəuyğunluğunu göstərir
- Tədqiqat prototipi (1-2 il,200-500 qayda) - Sistem qane edici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir
- İşləyən prototip (2-3 il,500-1000 qayda) - Sistem problemin həllini lazımınca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil
- Sənaye sistemi (2-4 il,1000-1500 qayda) - Sistem yüksək etibarlıq göstərir və sifarişçiyə verilir
- Ticarət sistemi - ES təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilərə də satıla bilir.
Biliklərin paylanma xarakterinə görə mərkəzləşmiş və paylanmış BB əsasında yaradılan ES mövcuddur.
Giriş icazəsinin olmasına görə ES fərdi və kollektiv ola bilərlər.