../ Elektron imza

../

Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Elektron imza sənədin həqiqiliyi, bütövlüyü və dəyişilməzliyini təmin etməyə imkan verir. E-imza ilk dəfə Uildfild Diffi və Martin Xellman tərəfindən 1976-cı ildə təklif edilmişdir. 1977-ci ildə ilk kriptoqrafiya alqoritmi RSA yaradılmışdır.

Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.

Bu gün Azərbaycanda 2 mindən artıq e-imza sahibi vardır. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı elektron sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.

Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. İdentifikasiya və autentikasiya.