Elektron imza/Sertifikat

../ Elektron imza

../

Sertifikat – imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəddir. Sertifikat əsasən aşağıdakı məlumatları saxlayırlar:

  • Subyektin açıq açarı haqqında məlumat
  • Subyektin identifikasiyası ilə əlaqədar məlumat. Məsələn, adı və e-poçtu
  • Fəaliyyət müddəti (sertifikatın həqiqi sayıldığı müddət)
  • Müəllifin e-imzası

Hər bir sertifikatda fəaliyyət müddəti mütləq göstərilir (... zamandan ... zamana kimi). Fəaliyyət müddəti bitdikdən sonra subyekt yeni sertifikat tələb etməlidir.