Elmi Tədqiqat Metodları

Elmi Tədqiqat Metodları.
Bu kitab Elmi Tədqiqat Metodları haqqındadır.

Mündəricat redaktə

Elmi tədqiqat işlərinin məqsədi redaktə

1. Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlanması 2. Faktların yığılması, analizi və ümumiləşdirilməsi 3. Əldə olunan məlumatların sistemləşdirilməsi 4. Hadisələrin və proseslərin səbəbinin izahı 5. Hadisə və proseslərin praqnozlaşdırılması 6. Əldə olunan biliklərin praktiki tədqiqinin istiqamətləndirilməsi

Elmi fəaliyyətin strukturu redaktə

1.Problemin qoyuluşu 2.Tədqiqat obyektinin seçilməsi 3.Eksperiment 4.Eksperimentdə alınan faktların təsiri və izahı 5.Hipotezin yaradılması 6.Hipotezin formalaşdırılması 7.Əldə olunan biliyin yoxlanılması

Elmi tədqiqat layihəsinin təşkili redaktə

1. Tədqiqatda predmet və metod və “nə tədqiq edilir” çox önəmlidir. 2. Tədqiqatda ilk sualın cavabında elmin predmetinin təbiəti açılır, sonra isə hansı metoddan istifadə ediləcəyi izah edilir

Elmi tədqiqat layihəsinin təşkilini 4 ünsür təşkil edir redaktə

A) İstək B) Bacarıq C) Səmərəlilik D) Zaman

Hipotez və onun növləri redaktə

1. Hipotez ilkin fərziyyə deməkdir 2. Hipotez sosial elmlərdə hər hansı bir hədisə və prosesin baş vermə səbəbinə dair irəli sürülən, lakin təsdiqini tapmamış fikri ifadə edir. Qeyd etmək lazımdır ki, ictimai elmlərdə hər bir tədqiqatın hipotezi olmaya bilər. Hipotez bir araşdırma çalışmasının cavab verməsi üçün nəzərdə tutulmuş bir bəyanat şəklində və ya bir sual şəklində təxmin edilən bir ehtimal, fərziyyədir.

Hipotezin 2 növü var redaktə

A) Null hipotez – tədqiqatçı burada fərziyyənin doğru olmasını gözləmir. Tədqiqatın yekununda məlumatları təhlil edərək null hipotezi ya qəbul edəcək, ya da rədd edəcək. B) Ha (alternativ) hipotez – tədqiqatçı alternativ fərziyyənin doğru olduğunu düşünür. Burada null fərziyyəni rədd etsə, alternativ fərziyyə doğru sayıla bilər.

Elmi Tədqiqat layihəsinin təşkili redaktə

Tədqiqatda predmet və metod: Nə tədqiq edilir? və Tədqiqat necə həyata keçirilir?

Tədqiqatda ilk sualın cavabında elmin predmetinin təbiəti açılır. İkinci sualın cavabında isə tədqiqatın metodu izah edilir.

Elmi tədqiqat layihəsinin təşkilini 4 ünsür təşkil edir. Bunlar aşağıdakılardır:

  1. istək;
  2. potensial(bacarıq);
  3. səmərəlilik;
  4. zaman.

Hipotez və onun növləri redaktə

Hipotez- ilkin fərziyyə deməkdir. Hipotez ictimai elmlərdə hər hansı bir hadisə və prosesin baş vermə səbəbinə dair irəli sürülən, lakin təsdiqini tapmamış fikri ifadə edir. Qeyd etmək lazımdır ki, ictimai elmlərdə hər bir tədqiqatın hipotezi olmaya bilər. Hipotez bir araşdırma çalışmasının cavab verməsi üçün nəzərdə tutulmuş bir bəyanat şəklində və ya bir sual şəklində təxmin edilən bir ehtimal fərziyyədir. Hipotezin iki növü var:

  1. Null hipotez; Null hipotez; Tədqiqatçı burada fərziyyələrin doğru olmasını gözləmir. Tədqiqatın yekununda məlumatları təhlil edərək, null hipotezi ya qəbul edəcək, ya da rədd edəcək.
  2. Ha və ya alternativ hipotez. Ha və ya alternativ hipotez; Tədqiqatçı alternativ fərziyyənin doğru olduğunu düşünür. Null fərziyyəni rədd etsə alternativ fərziyyə doğru ola bilər.

Keyfiyyət və kəmiyyət tədqiqat metodları redaktə

Tədqiqatçı ilk addımda açıq bir uyğunluq axtarır. Kəmiyyət tədqiqatı deduktivdir. Yəni araşdırma başlamadan öncə müəyyənləşdirilmiş bir hipotezin mövcudluğuna bağlıdır. Keyfiyyət tədqiqatı isə induktivdir, yəni tədqiqat prosesini başlamaq üçün hipotez tələb etmir.

Tədqiqatın məqsəd və növləri redaktə

Tədqiqat metodları məsələnin, hadisənin və proseslərin öyrənilməsində həmçinin yeni fikirlərin və nəzəriyyələrin sınanmasında və yaradılmasında başlıca rol oynayır. Tədqiqat hər şeydən əvvəl praktiki problemlərin həlli ilə məşğul olmalıdır. Tədqiqat metedoloji mövqeyə görə iki yerə bölünür:

  1. Kəmiyyət: Kəmiyyət tədqiqatları təsviredici və izahedici xarakterə malik olur. Onlar problemin miqyasını və gedişatını dəyişənlər arasındakı əlaqələri müəyyən edir və hadisələrin səbəbini izah edirlər.
  2. Keyfiyyət: Keyfiyyət tədqiqatları reallığı iştirakçıların gözü ilə görməyə çalışır. Çünki, onlar inanırdılar ki, fərdlərin dünya görüşünü və fəaliyyətinin yalnız bu üsulla başa düşmək olar.

Sosial tədqiqatın məqsədinə görə təsnifatlandırılması redaktə

  1. Təsviredici: mahiyyətcə keçmiş mövcud və gələcək vəziyyətin xüsusiyyət və göstəricilərini təsvir etməkdən ibarətdir.
  2. İzahedici: baş verən hadisələrin və mövcud vəziyyətin yaranma səbəblərini öyrənir və mahiyyətini izah edir.
  3. Kəşfiyyat tədqiqatı: mahiyyətcə izahedici tədqiqata bənzəsə də, kəşfiyyat tədqiqatının əsas məqsədi problemin kəmiyyət və keyfiyyət xüsusiyyətlərini dərindən öyrənməkdir.
  4. Qiymətləndirici tədqiqat: bu tədqiqatın məqsədi görülən işlərin səmərəliliyini, effektivliyini və keyfiyyətini müəyyənləşdirməkdən ibarətdir.
  5. Qərarverici tədqiqat: burada modellərə, məsələyə və problemə dair həll yolları və ya qərar qəbul etmək üçün tövsiyələr hazırlanır.
  6. Müqayisəli tədqiqat: 2 və ya daha artıq subyektin bir-biri ilə müqayisəli şəkildə tədqiq və təhlilindən ibarətdir.
  7. Eksperimental tədqiqat: bu araşdırmada hipotezin yoxlanması və ya dəyişənlər arasında səbəbiyyət əlaqələrinin tədqiqi nəzərdə tutulur.

Tədqiqat mövzusunun seçilməsi və sualların formalaşmasına təsir edən amillər redaktə

Tədqiqat mövzusunun seçilməsi və sualların formalaşmasına təsir edən amillər aşağıdakılardır:

  1. Mövcud ədəbiyyatdakı boşluq və çatışmazlıqlar;
  2. Problemin həlli yolunun göstərilməsi;
  3. Yeni nəzəriyyə və ya konsepsiyaların tətbiq edilməsi;
  4. Elmdə müşahidə edilən inkişaf, dəyişiklik və yeniliklərin öyrənilməsi;
  5. Şəxsi təcrübə və maraq;
  6. Gözlənilən nəticələrin nəzəri və praktiki dəyəri;
  7. Mövcud məlumatın və ya nəzəriyyənin doğruluğunu yoxlamaq;
  8. Cəmiyyət də baş verən proselərə tətbiq etmək;
  9. Verilən sifarişlər.

Araşdırmanın stratergiyası redaktə

  1. Planlama;
  2. Qaralama;
  3. Düzəltmə;
  4. Redaktə və korrektə.

Elmi tədqiqatın məqsədi redaktə

  1. Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlanması;
  2. Faktların yığılması analizi və ümumiləşdirilməsi;
  3. Əldə olunan məlumatların sistemləşdirilməsi;
  4. Hadisələrin və proseslərin səbəbinin izahı;
  5. Hadisə və proseslərin proqnozlaşdırlması;
  6. Əldə olunan məlumatların praktiki tətbiqinin istiqamətləndirilməsi.

Elmi tədqiqat üsullarının strukturu və mərhələləri redaktə

Elmi tədqiqat fəaliyyətinin əsas təşkil edicisi subyekt, obyekt və vasitədir. Subyekt, obyekt adlanan idraki sistem konkretləşərək bu formanı alır. Tədqiqatçı tədqiqat vasitəli tədqiqat obyekti müasir cəmiyyətdə subyekt bir-biri ilə qarşılıqlı əlaqədə olan 3 müstəvidə mövcuddur:

  1. Subyekt kimi-elmi işi kollektiv işin tərkib hissəsi olmayan fərd (tədqiqatçı) fəaliyyət göstərir;
  2. Elmi idrakın subyekti kimi kollektiv çıxış edir. Burada fərdi biliklərin inteqrasiyası labaratoriya, institut, akademiya və s. rolunu oynayır.
  3. Elmi idrakın subyekti kimi bütöv bir cəmiyyət çıxış edir.

Bu üç müstəvi təqdim olunur və hər birinin öz əhəmiyyəti vardır.

Elmi fəaliyyətin struktur analizi redaktə

Elmi fəaliyyətin struktur analizi aşağıdakı formadadır:

  1. Problemin qoyuluşu;
  2. Tədqiqat obyektinin seçilməsi;
  3. Eksperiment;
  4. Eksperimentdə alınan faktların təsviri və izahı;
  5. Hipotezin formalaşması və yaradılması;
  6. Əldə olunan bilginin yoxlanılması-sınağı.

Tədqiqatın elmi metodları redaktə

Elmi metod-yeni biliklərin əldə olunmasının əsas üsullarının, həmçinin istənilən elm çərçivəsində məsələlərin həlləri üsullarının məcmuəsidir. Elmi metodun vacib tərəfi araşdırma zamanı obyektivliyə qoyulan yüksək tələbdir. Tədqiqatın elmi metodları empirik və nəzəri dərk etmə anlayışları səciyyələndirir. Empirik üsula aid kateqoriyalar:

  1. müşahidə etmə;
  2. faktların toplanması;
  3. faktların seçilməsi;
  4. onlar arasında əlaqə.

Nəzəri üsula aid olan kateqoriyalar:

  1. sistem və hadisələrin daxili strukturunu və inkişaf qanunauyğunluqlarını öyrənmək;
  2. onların qarşılıqlı münasibətlərinin şərtlərini öyrənmək.

Empitik tədqiqat metodları redaktə

  1. Müşahidə etmə- ətraf mühitdə baş verən hadisələrin insan tərəfindən araşdırılması və mənasını dərk etmək üçün onların məqsədyönlü mənimsənilməsi, əsaslı nəticə əldə etmək üçün müşahidə təkrarən də aparıla bilər. Müşahidə birbaşa və vasitəli üsulla ola bilər.
  2. Təsviretmə- elmdə hadisə əvvəlcə keyfiyyət formasında baş verib. Bundan sonra onun kəmiyyət ilə təsviri mümkün olub. Burada müşahidə protokolu adlanan müxtəlif ölçmə prosedurları zamanı yaranan cədvəl, qrafik və digər şəkildə həyata keçirilir. Müasir təsviretmədə ölçmə riyazi əsaslara söykənir.
  3. Müqayisə- hər şey bu proses zamanı ortaya çıxır. Müqayisənin səmərəli aparılması üçün 2 əsas tələbat var:
  • aralarında obyektiv ümumilik mövcud olan hadisələrin müqayisəsi;
  • obyektlərin müqayisəsi vacib və zəruri göstəricilər əsasında aparılmalıdır.
  1. Ölçmə- tədqiqat obyektinin kəmiyyət göstəricilərinin xüsusi texniki qurğuların və ölçmə vahidlərinin tətbiqi ilə əldə olunmasına xidmət edir.
  2. Eksperiment- elmi araşdırmada hipoteziin yoxlanılması və ya fenomenlər arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi üçün yerinə yetirilməsi zəruridir.

Qeyd: eksperimentin müşahidədən üstün cəhəti ondan ibarətdir ki, sınaq zamanı bu və ya digər hadisəni təmiz və aydın şəkildə öyrənmək mümkündür.

  1. Material modelləşdirmə- real obyektləri əvəzləndiricilərin köməyi ilə araşdırmağa xidmət edir. Model material cəhətdən reallaşdırılmış sistem olaraq obyektlə oxşar hala malikdir.

Nəzəri tədqiqat metodları redaktə

  1. Abstraktlaşdırma- araşdırılan obyektin az əhəmiyyətli olan xassələrini aradan götürməklə, onun maraq doğuran əsas göstəricilərinin seçilməsidir. Abstraktlaşdırma ilə abstraksiyanın fərqi ondadır ki, birinci nəticənin əldə olunmasına aparan əməliyyatlar məcmuəsidir. Apstraktlaşdırma prosesi məntiqi qavrama sistemində analiz və sintez ilə sıx əlaqədardır.
  2. Aksiomatika- ilk dəfə Evklit tərəfindən tətbiq olunmuşdur. Problemin müzakirəsinin əvvəlində sübutu tələb olunmayan ilkin hallar məlumdur. Bu hallara aksiomlar deyilir. İlkin aksiomlar və onların əsasında əldə edilmiş təkliflər toplumu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir.
  3. Analiz- bu proses zamanı tədqiqatçı araşdırılan obyekti əqli olaraq parçalayır. Onun hansı hissələrdən və hansı xassələrə malik olmasını təsəvvür edir.
  4. Sintez- analiz zamanı alınan bilikləri vahid sistemdə birləşdirmək.
  5. İdeallaşdırma- təbiətdə mövcud olmayan yalnız obrazı olan obyekt haqqında təsəvvürün yaradılmasıdır. İdeallaşdırılmış obyekt üzərində istənilən nəzəri təfəkkür işləyə bilər.
  6. İnduksiya- fərdi haldan ümumi hala keçid üçün mühakimənin irəli sürülməsidir. İnduksiyanın əsasında sınaq, eksperiment və faktların yığılmasına imkan verən müşahidələr durur. Tədqiqatçı bu faktları öyrənərək və analiz edərək bir sinfə aid olan hadisələrin ümumi və təkrar olunan xüsusiyyətlərini ümumiləşdirir.
  7. Deduksiya- ümumi məlumat əsasında fərdi nəticələri əldə etməyə imkan yaradır. Elmi tədqiqatın ilkin mərhələlərində induksiya üstünlük təşkil edir. İnkişaf mərhələsində isə tədricən deduksiya daha böyük rol oynayır

Elmi nəzəriyyələrin elementləri redaktə

  1. anlayış;
  2. kateqoriya;
  3. elmi termin;
  4. mühakimə;
  5. müddəa;
  6. ideya;
  7. konsepsiya;
  8. qanun;
  9. qanunauyğunluq;
  10. elmi prinsip.

Elmi tədqiqat prosesinin məntiqi quruluşu redaktə

  1. faktların toplanması;
  2. elmi problemin qoyulması;
  3. elmi hipotezin əsaslandırılması;
  4. nəzəriyyənin elmi tədqiqatdakı rolu.

Ədəbiyyat siyahısı redaktə