Erməni soyqırımı/Qondarma erməni soyqırımı haqqında maraqlı faktlar

Erməni soyqırımı


ABŞ: “Arxivləri açdıq... ermənilər türklərdən üzr istəyəcək”

redaktə

“O zaman Reyqan bizə “erməni soyqırımı”nı araşdırmağı tapşırmışdı”.

Bu sözlər ABŞ Prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feysnə məxsusdur. Məhz o bir neçə il bundan öncə Reyqan dövründə “soyqırım” araşdırmalarıyla bağlı fikirlərini səsləndirərək, erməniləri məyus etmişdi.

Axar.az Bryus Feynin fikirlərini yenidən oxucularımıza təqdim edir:

“Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vədə Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin “soyqırım”la bağlı söylədikləri əsassızdır. “Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vədə Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya Müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Bütün hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar”.[1]

Rusiya arxivlərindən gətirilən sənədlərin ümumi siyahısı

redaktə

Məhz ermənilər özlərinin uydurduqları 1915-ci ildəki “soyqırım”da bir milyondan çox erməninin qətl edildiyini söyləyirlər. Lakin tarixi faktlar bunu tamamilə təkzib edir. Diqqət edək: 1914- cü ildə Osmanlı dövlətinin ərazisində 18.520.016 sayda insan yaşayırdı. Bu rəqəmin 15.044.846-sı müsəlmanlar, qalanları isə rumlar və ermənilər olmaqla xristianlardan və musəvilərdən ibarət idi. Bu dövrdə Qriqoryan ermənilərinin sayı 1.161.169, katolik ermənilərinin sayı 67.838 nəfər olmaqla ermənilərin ümumi sayı 1.229.007 nəfər idi. Əgər protestantların da sayının 65.844 nəfər olduğunu (baxmayaraq ki, ermənilərdən kənarda başqa millətlərdən də protestantlar var idi) və bu rəqəmi də ermənilərin ümumi sayına əlavə etsək, o zaman Osmanlı dövlətində 1.294.851 nəfər yaşadığını görürük. Bu da Osmanlı ərazisində yaşayan ermənilərin əhalinin ümumi sayının 6,9%-ni təşkil etdiyini göstərir.

Ermənilərə qarşı 1915-ci ildə soyqırımını olmadığını sübut edən, Rusiyanın dövlət arxivlərindəki sənəd (bu sənədlər ilk dəfədir arxivlərdən toplanılır və olduğu kimi nəşr edilir. Hazırda 200-dən çox belə sənəd tapılmışdır)

Bu sənədlər sübut edir ki, ermənilərə qarşı soyqırım siyasəti yürüdülməyib. Əksinə, ermənilər Rusiya tərəfindən Türkiyəyə qarşı savaş aparıb, hərbi dəstələr yaradıb döyüşüblər. 1914, 1915 və 1916-cı illərə aid olan arxiv sənədlərində bu faktlar Rusiya dövlətinin rəsmiləri, xüsusən də hərbi xadimləri tərəfindən təsdiq edilir. Bu sənədlərdə imzalar, möhürlər və qeydiyyat sayları arxiv sənədlərinin rəsmiliyini, ciddiliyini təsdiq edir.

Bu sənədlərin əhəmiyyətliliyi

redaktə

Rusiyanın Dövlət Arxivlərindən toplanılmış bu sənədlərdə aşağıdakı ciddi məqamlar var:

  • Bu sənədlər ilk dəfədir foto-sənəd olaraq nəşr edilir və ictimaiyyətə çatdırılır. Bu sənədlər uzun müddət məxfi sayılmış, şifrəli, möhürlü və imzalıdır.
  • Bu sənədlər ermənilərin rəhbəri Andronikin hərbi birləşmələr yaradıb türklərə qarşı savaşdığını təsdiqləyir.
  • Bu sənədlərdə ermənilərin hərbi birləşmələrinin siyahıları mövcuddur. Ermənilər isə bu siyahılardakı hərbiçiləri “dinc əhalinin qırılması” adı ilə dünya ictimaiyyətinə təqdim edib onları aldatmışlar.
  • Bu sənədlər ermənilərin Birinci Dünya savaşında çar Rusiyası Ordusunun tərkibində və ya sərbəst olaraq hərbi birləşmələr formasında döyüşdüyünü təsdiqləyir.
  • Bu sənədlərdə türklərə qarşı döyüşən erməni hərbi birləşmələrinin sayının 130 000-dən çox olduğu rəsmi olaraq təsdiqlənir.[2]

Birinci Dünya müharibəsində erməni xəyanəti

redaktə

Birinci Dünya müharibəsinə girməmişdən öncə erməni siyasi təşkilatlarının (İstanbul Patriarxlığı,Daşnaqsütyun partiyası, Qnçaq təşkilatı və s.) fəal üzvləri İstanbulda toplanaraq gələcək siyasi məsələləri bir daha gözdən keçirdilər. Toplantının yekununda iki qərar qəbul edildi. Birinci qərara görə “Osmanlı dövlətini şübhələndirməmək, həmçinin müharibəyə girdiyi halda erməni xalqını Osmanlı dövlətinə sadiq qalaraq hökumətin çıxardığı qərarlara biganə qalmamağı nəzərdə tuturdusa, ikinci qərar sırf gizli xarakter daşıyırdı. Bu qərar Osmanlı hökumət nümayəndələrindən gizli saxlanılsa da əslində təlimat şəklində bütün erməni komitələrinə paylanılmışdı. Burada ermənilərin Osmanlı dövlətinə xəyanəti və eyni zamanda ruslara yardım etmələri tələb olunurdu.

Van bölgəsini ermənilərdən təhvil alan ruslar Bitlisə doğru irəliləyərkən Van, Muradiyyə, Erciş, Adilcevaz, və Ahlatdakı türk əhalisi Bitlis əhalisi ilə birlikdə səfil və pərişan halda Diyarbəkirə köçürüldü. Yollar on minlərlə türk köçkünləri ilə dolmuşdu. Yollarda baş vermiş erməni vəhşilikləri barəsində Rafael de Noqales yazırdı: “Erməni komitəçiləri bu məcburi köçürülən türklərə amansız işgəncələr verərək Bitlis dərəsinin müsəlman qanı ilə qırmızı rəngə boyanmasına vəsilə olmuşlar.[3]

İstinadlar

redaktə
  1. ABŞ: “Arxivləri açdıq... ermənilər türklərdən üzr istəyəcək”
  2. Erməni “soyqırımı” haqda yeni - Faktlar
  3. Cəfərov Taleh Vəzir oğlu. Qondarma erməni soyqırımı faktların dili ilə. Bakı; “Kitab aləmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2013.