Fındıqçılıq/Fındığın qurudulması
←Fındığın yığılması | Fındıqçılıq |
Məhsul yığımından sonra bağa qulluq→ |
Fındığın qurudulması. Yığılan məhsulu kisələrdə çox saxlamaq olmaz. Fındıq, yığıldığı günün axşamı mütləq qurutma sahələrinə boşaldılmalıdır. Boşaldılan fındığın üst-üstə yığılmamasına diqqət edilməli və onlar 10-15 sm-dən çox olmayan qalınlıqla bərabər səviyyədə yerə sərilməlidir.
Qurudulmaq üçün günəş altına sərilən fındıqlar, xarici təbəqəsinin yaşıl rəngi qızarıb solana qədər qarışdırılmalıdır. Daha sonra bu fındıqları maşın və ya əllə dənələyərək qarzaxdan ayırmaq lazımdır. Qarzaxdan ayrılmış qabıqlı fındıqlar nazik kətan üzərinə 3-5 sm qalınlığında sərilməli və gün ərzində bir neçə dəfə qarışdırılaraq qurudulmalıdır.
Fındıq qurudulacaq yerin xüsusiyyətləri. Fındıq, günəş işığı düşən maili şəkilli beton yer üzərində qurulmalı və bu yerin nəm olmamasına xüsusi diqqət yetirilməlidir. Beton yer olmadığı zaman, günəş işığı düşən və üzərində su yığılmayan maili şəkilli otlu sahələr və ya daşdan təmizlənmiş sərt üzlü torpaq sahələrdən də istifadə oluna bilər.
Fındığın quruduğu necə bilinir?. Qurumaq üçün sərilən qabıqlı fındıqdan bir ovuc götürüb silkələyiniz. Fındıq ləpəsinin qabığından ayrıldığını hiss edirsinizsə və fındıq qırılaraq ləpəsi iki barmaq arasında qüvvətlə sıxıldığında ikiyə ayrılmır, rezin kimi yumuşaq deyil və özünəməxsus qoxusu hiss olunursa, fındıq qurumuşdur. Əgər, fındıq tam olaraq qurumamışsa qurutma işlərinə davam etmək lazımdır.
Qurudulan fındığı günəş altından götürüb isti-isti kisələrə yığmaq olmaz. Buna görə də fındıqları axşam vaxtı və ya səhər tezdən kisələrə yığmaq məsləhət görülür. Yığılma və qurudulma zamanı fındıqlara isti və ya soyuq su dəyməməli, onlar torpağa basdırılmamalıdır.