Fındıqçılıq/Fındıq

Giriş Fındıqçılıq

Fındığın sortları
Sister Projects. Həmçinin baxın: Haqqında •

Fındıq özünün yüngül, ətirli və dadlılığına görə yeyinti sənayesində geniş istifadə olunur.

Axır 20 ildə dünyada fındıqdan istifadə 2 dəfə artmışdır. Fındıq – tam və xırda, qızardılmış və qovurulmuş halda – konfetlərin, şokoladın, şirniyyatların, tortların, piroqların, bişintilərin hazırlanmasında istifadə olunur.

Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla zəngindir; tərkibində isə xolesterin yoxdur. Fındığın səhhətə xeyrinin əsas səbəbi tərkibində çox miqdarda xeyirli və doymamış yağların olmasıdır. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün xeyirli olan doymamış turşulardan - olein və linol turşularından təşkil olunmuşdur. Elmi sübut olunub ki, doymuş yağlardan qidada istifadəni minimuma çatdırmaq lazımdır çünki bu insan da ürək qan-damar xəstəliklərinin yaranmasına gətirə bilən əsas səbəblərdən biri ola bilər. ABŞ-da 70-ci illərdən bizim günlərədək, qidasında daim fındıqdan istifadə edənlərin səhhətlərinin tədqiqi aparılır. Bu tədqiqat nəticəsində məlum edilmişdir ki, ürək xəstəliklərinə tutulma ehtimalı qidada fındıqdan istifadə edənlər etməyənlərə nisbətən 50% aşağıdır.

Fındıq insan üçün enerji mənbəyidir - 100 q. fındıq ləpəsində 639 kkal enerji malikdir, həmçinin yüksək faizli zülalla da 16%dan 19%a qədər zəngindir. B qrupunun vitaminləri və E vitamini ürək, əzələ, insanın reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə kanserogen faktorların əmələ gəlməsinə maneə olması bacarığıdır. Yəni, Е vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ sisteminə qarşı güclü profilaktik üsullardan biridir. Tərkibində yüksək miqdarda olan kalium və kalsium natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxardır.

Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstlikərinin yaranmasının qarşısını alır, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir. Sadəcə maraqlıdır ki, bir neçə xeyirli məhsulun əlavə edilməsi çox gözəl dadın alınmasına şərait yaradır.

Yoğurt və süd kokteyllərinə əlavə olunmuş fındıq pastası məhsula xüsusi zəngin bir dad verərək məhsulun daha da qidalı olmasında öz rolunu oynayır. Fındıq yağı qənnadı məhsullarının qida ehtiyatını qaldıraraq, onların dadını yaxşılaşdırır, məhsulun ətrini saxlayır və prolinə edilmiş yağların struktur alınmasında rol oynayır. Ovulmuş fındıq – maye reseptli komponent, bircinsli və plastik kütlə alınmasını təmin edir.

Fındıq pastasına əsasən şirənin hazırlanması zamanı əgər yağ fazası fındıq pastası il əvəz edilsə hiss edilə biləcək qədər daha yaxşı dad əldə etmək olar.

Amerika və Avropada fındıq yağı böyük populyarlıqdan istifadə edirlər – onu hər evdə tapmaq mümkündür. Amerikalılar sendviçin və digər desertlərin hazırlanmasında fındıq yağından geniş istifadə edirlər.

Fındıq yağının əsas üstünlüyü ondadır ki, o təbii məhsullardan hazırlanır və hazırlanma müddətində heç bir konservantdan və qida boyaq maddəsindən istifadə olunmur. Orqanizminin normal fəaliyyəti üçün tərkibi Е və В vitaminlərindən, müxtəlif minerallardan ibarətdir, həmçinin tərkibində kardioloji və onkoloji xəstəliklərinin inkişafının qarşısının alan, hamiləlik dövründə təhlükəliliyin ehtimalını azaldan foliye turşusu daxildir. Tərkibində xolesterinin olmamağı fındıq yağını insan üçün ürək qan-damar fəaliyyətinin tənzimlənməsində əvəzsizdir. Fındığın tərkibindəki komponentlər (fitosterol, karetenoid, flavonoid) bu məhsulu diyetik etməyə imkan yaradır, fındıqda olan digər orqanizmə xeyirli amin turşuları, vitaminlər, makro-mikro elementlər hazır məhsulun xeyrini dəfələrlə artırır. Fındıq yağı füsunkar dada malikdir və orqanizm tərəfindən rahat qəbul olunur.

Fındıq pastasının hazırlanması yeni bir məhsulun əmələ gəlməsinə gətirib çıxartmışdır: fındıqlı-şokolad kremi. Bu fındıq pastasının yüksək keyfiyyətli komponentlərlə ovulmuş yüngül yağ kütləsini təşkil edir. Onun çörəklə istifadəsi sürətli, doyumlu və ekonomik yolla aclığın qarşısını almaq üçün gözəl imkandır. Bu yalnız uşaqların deyil böyüklərində sevimli şokolad dadlı, fındıqlı çərəzidir. Fındıqlı-şokolad kremi qənnadı istehsalında, çörək-bulka məmulatlarında istifadə olunur və fındıqlı-şokolad kreminin tamı ilə gözəl dad əldə edilir. 100 qram məhsulun tərkibi: 3 q. zülal ,51.2 q. karbohidrat, 37 q. yağ, 0 q. xolesterin, enerji miqdarı isə 550 kkal ibarətdir.

BakFem-in çeşidləri arasında “qrilyaj” şokolad kremi də mövcuddur. Bu məhsulun tərkibi yaxşıca qızardılmış, xırdalanmış fındıqdan ibarətdir. Şokolad gözəl dad xüsusiyyətlərindən əlavə, 553 kkal qida enerjisi verir. Teobromin və kofein sayəsində bu məhsul tez yorğunluğu aradan qaldırır, iş fəaliyyətini artırır.

Yaxşıca qızardılmış fındığın əldə olunması ilə müxtəlif ölçülərdə şokolad drajeləri hazırlanmağa başlanmışdır.

Fındığı heç də boş yerə bu növ məmulatların kralı adlandırmırlar. Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə məşhurdur. Fosfor və kaliumun miqdarına görə onların tayı-bərabəri yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir. Qabığının həlimi və yarpaqlarının şirəsi kapillyar qanaxmanın, damarların daraldılması kimi müalicəvi əhəmiyyətə malikdir. İştahın artırılması üçündə istifadə olunur.